1. Kollektiv müqavilənin məzmununu tərəflər müəyyən edirlər.
2. Kollektiv müqaviləyə,
bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin
qarşılıqlı öhdəlikləri daxil edilir:
a) müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin
yüksəldilməsi;
b) əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin,
əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
c) qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı
miqdarının tənzimlənmə
mexanizmi;
ç) məşğulluq,
əlavə təhsil, işçilərin sərbəstləşdirilməsi şərtləri;
30
d) iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
e) işçilərə və onların ailə üzvlərinə
mədəni və məişət xidmətlərinin, sosial
təminatlar və
güzəştlərin müəyyən edilməsi;
ə) əməyin qiymətləndirilməsi, əmək normalarının
müəyyən edilməsi və yenidən
işlənməsi qaydaları;
f) qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
g) əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən
edilməsi;
ğ) əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın
ödənilməsi;
h) əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun
fəaliyyət qaydası;
x) işçilərin tibbi və sosial sığortasının üstün əlavə
şərtlərinin müəyyən edilməsi;
ı) işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqları
təşkilatı ilə razılaşmalar aparılması;
i) işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
j)
həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından həmkarlar ittifaqına üzvlük
haqlarının işəgötürən tərəfindən mühasibatlıq vasitəsi ilə tutulmasının təmin edilməsi və 4 iş
günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına
köçürülməsi, habelə həmkarlar ittifaqları təşkilatına nizamnamə
fəaliyyətini səmərəli
təşkil etmək üçün digər zəruri şəraitin yaradılması;
Dostları ilə paylaş: