2. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda danışıqların aparılması,
kollektiv müqavilənin hazırlanması və bağlanması haqqında qərarı əmək kollektivinin
ümumi yığıncağı (konfransı) qəbul edir.
3
. Kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və
digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində
və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv
müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin
bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir.
29
Maddə 29. Kollektiv müqavilənin tərəfləri
Kollektiv müqavilənin
bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları
təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv
müqavilənin ikinci tərəfi əmək kollektividir.
Maddə 30. Kollektiv müqavilənin hazırlanması və bağlanmasının qaydaları
1. Kollektiv müqavilənin layihəsinin hazırlanması, bağlanması qaydaları və
müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir. Bu məqsədlə
tərəflər bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yarada
bilərlər.
2. Komissiya (işçi qrupu) kollektiv müqavilənin layihəsini tərəflərin müzakirəsinə
verir. Daxil olmuş təkliflər araşdırıldıqdan sonra yenidən
işlənmiş layihə təsdiq
olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi
yığıncağının (konfransının) müzakirəsinə verilir.
3. Həmkarlar ittifaqları təşkilatının iclasının, konfransının və digər yığıncaqlarının
səlahiyyətli olması onun nizamnaməsi ilə tənzimlənir. İşçilərin (nümayəndələrin) 50
faizindən çoxunun iştirak etdiyi ümumi yığıncaq (konfrans) səlahiyyətli hesab olunur.
4. İşəgötürən, kollektiv müqavilənin layihəsini tərəflərin
müzakirəsinə verilməsi
üçün mövcud olan bütün imkanlardan (daxili rabitə və məlumat, surətçıxaran, texniki
və digər vasitələr) istifadə etmək üçün həmkarlar ittifaqları təşkilatına və ya müvafiq
komissiyaya (işçi qrupuna) şərait yaratmalıdır.
5. Kollektiv müqavilənin
layihəsi bəyənilməzsə, tərəflərin nümayəndələri on beş
gün ərzində (əgər tərəflər başqa razılığa gəlməyiblərsə) layihəni yenidən işləyib təsdiq
olunmaq üçün təkrarən həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin)
müzakirəsinə verirlər.
6. Kollektiv müqavilənin layihəsi iclasda (konfransda)
iştirak edənlərin səs
çoxluğu ilə təsdiq edilir.
7. Tərəflər, kollektiv müqavilə təsdiq edildikdən
sonra onu üç gün ərzində
imzalamalıdırlar. İmzalanmış kollektiv müqavilə və ona əlavələr yeddi təqvim günü
ərzində məlumat üçün işəgötürənlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına
təqdim edilir.
Dostları ilə paylaş: