1. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir. Nəzarəti həyata keçirən
səlahiyyətli şəxslərə bütün
zəruri məlumatlar təqdim edilməlidir.
2. Tərəflər kollektiv müqavilənin yerinə yetirilməsi haqqında müqavilədə nəzərdə
tutulmuş müddətdə, lakin
ildə bir dəfədən az olmayaraq, əmək kollektivinə hesabat
verməlidirlər.
Altıncı fəsil
Kollektiv saziş
Maddə 35. Kollektiv sazişin növləri
Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər
bağlanıla bilər:
a) Baş kollektiv saziş — respublikada sosial-iqtisadi siyasətin aparılmasının
razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir.
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq sahənin sosial-iqtisadi inkişafı
istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial
təminatları müəyyən edir.
c) Ərazi (rayon) kollektiv sazişi — ərazi xüsusiyyətləri ilə bağlı
müəyyən sosial-
iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir.
Maddə 36. Kollektiv sazişin tərəfləri
1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər:
a) Baş kollektiv saziş — müvafiq icra hakimiyyəti orqanı
və həmkarlar
ittifaqlarının
ümumölkə (ölkə) birliyi arasında;
37
b) Sahə (tarif) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanı, həmkarlar
ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında;
c) Ərazi (rayon) kollektiv sazişi — müvafiq icra hakimiyyəti orqanları, həmkarlar
ittifaqlarının ərazi birlikləri arasında.
2. Baş, Sahə və Ərazi kollektiv sazişləri üçtərəfli —
müvafiq icra hakimiyyəti
orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları
(birlikləri) arasında bağlanıla bilər.
Dostları ilə paylaş: