Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə28/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   24   25   26   27   28   29   30   31   ...   233
 
58
 
3. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri
elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu 
üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. 
4. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması 
qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul 
edir. 
5. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən 
müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.
59
6. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, 
habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu 
Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. 
7. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə 
komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət 
edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-
obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda 
qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. 
Maddə 51. Sınaq müddəti 
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra 
etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla 
bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. 
2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından 
ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək 
haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. 
3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən 
bağlanmış hesab olunur. 
Maddə 52. Sınaq müddəti müəyyən edilməyən hallar 
 
Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti: 
yaşı 18-dən az olan şəxslərlə; 
müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla
hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına 
böyüdən kişilərə;
təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə; 
tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.
60

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin