Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 37. Kollektiv sazişin hazırlanması və bağlanması qaydaları



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə21/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   17   18   19   20   21   22   23   24   ...   233
Maddə 37. Kollektiv sazişin hazırlanması və bağlanması qaydaları 
 
1. Kollektiv sazişlərin hazırlanması və bağlanması məqsədi ilə danışıqlar aparmaq 
üçün müvafiq tərəflərin bərabər saylı nümayəndələrindən ibarət komissiya yaradılır. 
2. Kollektiv sazişlərin hazırlanması və bağlanması, danışıqların başlama və 
qurtarma müddəti, o cümlədən həmin sazişlərə dəyişikliklər edilməsi tərəflərin 
qarşılıqlı razılığı əsasında həyata keçirilir. 


3. Əvvəlki kollektiv sazişin müddətinin qurtarmasına üç ay qalmış tərəflərdən hər 
biri yeni kollektiv sazişin bağlanması məqsədi ilə danışıqlara başlanması üçün digər 
tərəfi yazılı surətdə xəbərdar etmək hüququ vardır. Xəbərdarlığı alan tərəf on gündən 
gec olmayaraq kollektiv sazişin bağlanması haqqında danışıqlara başlamalıdır. 
4. Danışıqların qeyri-qənaətbəxş getdiyi və başlanma müddəti pozulduğu hallarda 
müvafiq həmkarlar ittifaqları birliyinin qanunvericiliklə müəyyən edilmiş tədbirlər 
görmək hüququ vardır. 
5. Yeni danışıqlar qüvvədə olan kollektiv sazişin müddəti başa çatanadək 
qurtarmayıbsa, həmin sazişin qüvvəsi tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər. 
6. Bağlanmış kollektiv saziş və ya ona edilmiş əlavələr və dəyişikliklər yeddi gün 
müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat üçün göndərilməlidir. 
Maddə 38. Kollektiv sazişin məzmunu 
1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. 
2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər: 
a) müvafiq sahələrin və müəssisələrin iqtisadi və təsərrüfat fəaliyyətinin 
yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi
b) orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi; 
c) əmək normalarının və əməyin qiymətləndirilməsi normalarının müəyyən 
edilməsi; 
ç) kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş 
miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi; 
d) əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi; 
e) daha əlverişli əmək şəraitinin müəyyən edilməsi; 
ə) məşğulluğa kömək göstərilməsi; 
f) təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi
g) müəssisələrdə qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər 
nailiyyətlərinin tətbiqi; 
ğ) tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı; 
h) ekoloji təhlükəsizliyin təmin edilməsi; 
x) müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi 
hallarından imtina edilməsi, işdən çıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin 
görülməsi; 
ı) işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin 
görülməsi; 
i) əlillərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan işçilərin, gənclərin 
(yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə 
güzəştlərin müəyyən olunması;

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin