Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə4/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   2   3   4   5   6   7   8   9   ...   233
Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər
Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: 
a) hərbi qulluqçulara
b) məhkəmə hakimlərinə; 
c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə 
seçilmiş şəxslərə; 
ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək 
funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, 
nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; 
d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə 
işləri yerinə yetirən şəxslərə. 
Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla 
tənzimlənməsi 
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının 
minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla 
müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, 
əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil 


edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron 
qaydada məlumat göndərilməsindən sonra yaranır.
7
2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında 
müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək 
münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 
3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək 
qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və 
digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə 
işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə 
nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi 
nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir. 
4. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində 
işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə 
müqaviləsi bağlanıla bilər. 
5. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, 
müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq 
müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin