c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə
qanunvericiliklə qadağan edilməyən, habelə əmək
müqaviləsi üzrə tərəflərin
öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində
çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək
haqqı almaq;
e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya
onun
verilməsini tələb etmək;
ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri,
xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə
müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün
işəgötürəndən müvafiq sosial yardımlar almaq;
g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş
yerlərində qanunvericiliklə
müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə
etmək;
x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan
ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial,
ödənişsiz, təhsil
məzuniyyətlərindən istifadə etmək;
ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;
i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən
ziyanın
ödənilməsini tələb etmək;
j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi
sosial sığorta
və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ
sığorta qaydalarından istifadə etmək;
8
k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının,
ictimai
birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi
tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə
qadağan olunmayan digər
kütləvi tədbirlərdə iştirak etmək;
q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi
müdafiə olunmaq;
l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən,
sosial sığorta hüququndan
istifadə etmək;
9
m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər
məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq;
o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi
bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək.
Dostları ilə paylaş: