Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə56/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   52   53   54   55   56   57   58   59   ...   233
V bölmə 
 


İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları 
 
On beşinci fəsil 
 
İstİrahət vaxtı 
Maddə 103. İstirahət və nahar üçün fasilə 
1. İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə 
verilməlidir. 
2. Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, 
növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 
3. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və 
davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə 
şərait yaratmalıdır. 
4. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 
saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq 
növbə cədvəlləri ilə tənzimlənir. 
5. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və 
nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. 
Maddə 104. İstirahət günləri 
 
1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait 
yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün
altıgünlük iş həftəsində isə bir gün olmalıdır.
 
117
2. İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları 
təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları 
təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. 
3. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əməkhaqqı 
saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik 
məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.
118
 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin