Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə
2-ci əlavə
İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti
havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri
1. Havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada
və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində
bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan
yaradılmaqla fasilələr verilir.
252
2. Küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ
işlər dayandırılır.
3. Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:
3.1. küləyin gücü 2 baldan artıq olduqda — kranlar qurulması üzrə quraşdırma
işləri;
3.2. küləyin gücü 3 baldan artıq olduqda — qaldırıcıların quraşdırılması və
sökülməsi işləri;
3.3. küləyin gücü 6 baldan artıq olduqda — taxta-şalban işi, habelə taxta-şalbanın
sökülməsi;
3.4. küləyin gücü 3 baldan artıq olduqda — daşınan taxta-şalbanın yerinin
dəyişdirilməsi işləri.
4. Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:
4.1. küləyin gücü 4 baldan artıq olduqda — ayrı-ayrı
özüllərdə kran gəmiləri
vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;
4.2. küləyin gücü 4 baldan artıq olduqda — daimi dəniz özülləri və estakadayanı
meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və
yükboşaltma işləri;
4.3. küləyin gücü 8 baldan artıq olduqda — qazma işləri aparılan quyularda
alətlərin quyulardan qaldırılması ilə
əlaqədar bütün işlər;
4.4. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində istismar
edilən quyularda işlər;
4.5. küləyin gücü 6 baldan artıq olduqda — daimi dəniz özüllərində estakadayanı
meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;
4.6. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı
meydançanın döşəməsi üstündəki işlər;
4.7. küləyin gücü 8 baldan artıq olduqda — özülün və ya estakadayanı
meydançanın döşəməsi altındakı işlər;
4.8. küləyin gücü 4 baldan artıq olduqda — qaynaq tikişinin aşağı
vəziyyətdə
qoyulduğu
bütün növ qaynaq işləri;
4.9. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişinin şaquli vəziyyətində
qoyulduğu bütün növ qaynaq işləri;
4.10. küləyin gücü 3 baldan artıq olduqda — qaynaq tikişin tavan vəziyyətdə
qoyulduğu bütün növ qaynaq işləri;
4.11. küləyin gücü 5 baldan artıq olduqda — ayrı-ayrı özüllərdə üzən vasitələr,
qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;
4.12. küləyin gücü 4 baldan artıq olduqda — estakada tikən kranla quraşdırma
işləri;
4.13. küləyin gücü 5 baldan artıq olduqda — kopyor vasitəsilə dayaqlar vurulması
işləri;
4.14. küləyin gücü 4 baldan artıq olduqda — dəniz neft-mədən qurğularının
sökülməsi işləri;
4.15. küləyin gücü 5 baldan artıq olduqda — daimi dəniz özüllərində buruqların
quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;
4.16. küləyin gücü 5 baldan artıq olduqda — traversin sürgü qollarının, mancanaq
dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin,
kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların
debitinin ölçülməsi işləri;
4.17. küləyin gücü 5 baldan artıq olduqda — estakada meydançalarında quyuların
cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;
4.18. küləyin gücü 10 baldan artıq olduqda — quyunun yuyulması işlərindən
başqa buruqda bütün işlər.
5. Havanın temperaturu Selsi ilə mənfi 10 dərəcə və daha aşağı
olduqda və eyni
zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılır
və ya işçilərə isinmək üçün fasilələr verilir.
6. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-
mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən
olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları
təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
7. İlin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə
müsbət
14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.
Dostları ilə paylaş: