Maddə 142. Məzuniyyət vaxtı orta əmək haqqını ödəmək üçün vəsaitin mənbələri 1. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan
vəsait hesabına ödənilir.
2. İşəgötürən bu Məcəllənin 141-ci maddəsində göstərilən qaydada müəyyən
edilmiş ödənclərin verilməsi üçün vəsaiti və onun mənbəyini müəyyən etməlidir.
İyirmi üçüncü fəsil Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi 1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu
Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən
çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən
işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi
məzuniyyətin son günü hesab edilir.
KM1
2. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə
etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və
şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi 1. ləğv edilmişdir.
166 2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı
olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan
istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
KM3
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı
maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq
məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək
müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət
haqqının müvafiq hissəsi işçidən tutula bilər.