Maddə 134. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası 1. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə
əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.
2. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə
məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş
ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
3. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə
bilər:
a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;
b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;
4. İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda
verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda
işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə
bilər.
5. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi
növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.
6. Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. 161 Maddə 135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi 162 1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası KM4