Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Fənn:HFT
Kafedra:Kimya texnologiya,təkrar emal və ekologiya
Sərbəst işi
İxtisas:Elektrik mühəndisliyi
Fakültə:EEA
Qrup: 228a4
Tələbə:İbrahimov Orxan
Müəllim:Huseynova Sevil
Baki-2021
HFT-nin nəzəri əsasları
Texniki tərəqqinin tələblərinə uyğun olaraq, istehsalat proseslərinin avtomatlaşdırılması və ağır işlərin mexanikiləşdirilməsi əmək məhsuldarlığını artırır və əmək şəraitini daha da yaxşılaşdırır. İsehsalatda təhlükəsiz əmək şəraitinin yaradılması həmişə vacib məsələlərdən biri olmuşdur.
İnsan cəmiyyətinin varlığı üçün tələb olunan şərt onun fəaliyyətidir. Əmək fəaliyyətin yüksək formasıdır. Fəaliyyət və onun formaları müxtəlif və çoxşaxəlidir. Bunlar təcrübə, intellektual və mənəvi prosesləri əhatə etməklə məişətdə, ictimai, mədəni, istehsalat, elmi və digər fəaliyyət sahələrində baş verir. Ümumi şəkildə fəaliyyət prosesinin modelini iki elementdən ibarət kimi təsəvvür etmək olar: bir-biri ilə birbaşa və əks əlaqələri olan insan və mühit. Əks əlaqə maddi dünyanın ümumi qanunlarının reaktiv təsiri ilə xarakterizə olunur.
İnsan-mühit sistemi iki məqsədlidir. Birinci məqsəd fəaliyyət prosesində müəyyən effektə nail olmaq, ikinci isə bu prosesdə xoşagəlməz nəticələri aradan qaldırmaq. Xoşagəlməz nəticələrə insanın sağlamlığına və həyatına zərər gətirən hallar, yanğınlar, qəzalar, fəlakətlər və başqaları daxildir. Bu cür xoşagəlməz nəticələri törədən hadisələr, təsirlər və digər proseslər təhlükələr adlanır.
Həyat Fəaliyyətinin Təhlükəsizliyi-əmək prosesində insanın iş qabiliyyətini sağlamlığını qoruyan, təhlükəsizliyini təmin edən qanunvericilik aktları, sosial-iqtisadi, texniki,gigiyenik, müalicə-prafilaktiki tədbirlər vasitələri sistemidir.
Təhlükələr potensial (gizli) və real (həqiqi) olurlar. Təhlükələr üçün aşağıdakı əlamətlər xarakterikdir: insan həyatına qorxunun yaranması; sağlamlığa zərərin gözlənilməsi; orqanların funksiyalarının çətinləşməsi. Potensial təhlükənin baş verməsi üçün şərait olmalıdır. Bu cür şəraitlər səbəblər adlanır. Təhlükənin və onun nəticələrini xarakterizə edən bəzi məlumatları göstərək. Yer kürəsində təbii fəlakəkətlərin sayı ildən ilə artır. Ümumdünya sağlamlıq təşkilatının məlumatına görə nevrozla xəstələnənlərin sayı il-ildən sürətlə artır. Dünyada 500 mln.-dan çox əlil var və onların beşindən biri bədbəxt hadisə nəticəsində baş verib. Hər il insanlar bu və digər səbəbdən zədə alırlar və onların yarısı həlak olur. Çox zədələr və ölümlər yol-hərəkət nəticəsində, yanğınlardan, istehsalatda və s.
Təcrübə göstərir ki, istənilən fəaliyyət potensial təhlükəyə malikdir. Bununla yanaşı təhlükənin səviyyəsini (risk) idarə etmək olar. Məsələnin bu cür qoyuluşu münasib (qəbulediləbilən) riskin konsepsiyasını təşkil edir. Bu, mütləq təhlükəsizliyin mümkün olmadığı prinsipə əsaslanır.
Təhlükəsizlik müəyyən ehtimalla təhlükənin yaranmasını istisna edən fəaliyyətin vəziyyətidir. Təhlükəsizlik – həyat fəaliyyətinin məqsədini təşkil edir və buna nail olmaq üçün «həyat fəaliyyətinin təhlükəsizliyi» fənni təhlükələri öyrənir və onları aradan qaldırmaq üçün vasitələr, yollar və metodlar hazırlayır. Bununla əlaqədar olaraq HFT bir-biri ilə əlaqəli üç məsələni həll edir.
1. Təhlükələrin eyniləşdirilməsi, yəni kəmiyyət göstəricilərini və təhlükənin koordinatlarını müəyyən etməklə hadisələri aşkara çıxarmaq və öyrənmək.
2. Xərclərin və mənfəətin müqayisəsi əsasında təhlükələrdən müdafiə olunma yollarını müəyyən etmək.
3. Mümkün ola bilən təhlükələri aradan qaldırmaq.
İnsan cəmiyyəti tarixinin hələ ilk dövrlərdə həyat fəaliyyətinin şəraitinə və bununla əlaqədar insanın sağlamlığına diqqət edildiyi məlumdur.
Aristotel (y.e.q. 384–322), Hippokrat (y.e.q. 460–477) öz əsərlərində əməyin şəraitinə geniş yer verilir. İntibah dövrünün məşhur təbibi Parasels (1493–1541) dağ mədən işləri ilə əlaqədar təhlükələri öyrənmişdir. Onun kəlamını «hər şey zəhərdir, hər şey dərmandır, yalnız bircə miqdar maddəni zəhər, yaxud dərman edir» normallaşdırma prinsipinin ilk ideyası kimi qiymətləndirmək olar. Alman həkimi və metallurqu Aqrikal (1494-1555) özünün «mədən işləri haqqında» kitabında əməyin mühafizəsi məsələlərini şərh etmişdir. İtaliya həkimi Ramasdini (1633–1714) «Kustarçıların xəstəlikləri haqqında» əsərində gigyenanın peşəkar əsaslarını vermişdir. M.B.Lomonosov (1711–1768) dağ-mədən işlərində əməyin təhlükəsizliyi əsaslarını işləyib hazırlamışdır.
XIX əsrdə sənayenin sürətlə inkişafı ilə əlaqədar olaraq təhlükəsizlik problemləri ilə məşğul olan görkəmli alimlər nəsli yetişmişdir. Onlardan V.L.Kirpiçev (1845-1913), A.A.Press (1857–1930), D.P.Nikolskey (1855–1918), V.A.Livitskiy (1867–1936), A.A.Skoçinskiy (1874–1960), S.İ.Kaplun (1897–1943) və başqalarını göstərmək olar.
Həyat fəaliyyətinin təhlükəsizliyi bir elmi fənn kimi özünün nəzəriyyəsi, metodologiyası və metodiki üsulları vardır. Lakin bununla yanaşı o, mühəndis psixologiyası, insanın fiziologiyası, əməyin mühafizəsi, ekologiya, erqonomika, iqtisadiyyat və s. fənlərin naliyyətlərindən də geniş istifadə edir. Bu fənnin metodoloji əsasını sistemli analiz təşkil edir.
HFT fənni dörd bölmədən ibarətdir.
1 HFT-in nəzəri əsasları
2.HFT-in ekoloji əsasları
3.İstehsalat şəraitində HFT
4.Fövqəladə vəziyyət şəraitində HFT
Təhlükə – müəyyən şəraitdə insanın sağlamlığına bilavasitə, yaxud dolayı yolla zərər gətirə bilən hadisələr, proseslər, obyektlər düşünülür. Təhlükələri xarakterizə edən əlamətlərin miqdarı təhlilin məqsədindən asılı olaraq azaldılıb və yaxud çoxaldıla bilər. Təhlükə enerjiyə, kimyəvi və bioloji aktiv elementlərə, həmçinin insanın həyat fəaliyyətinin şəraitinə uyğun gəlməyən xarakterik cəhətlərə malik bütün sistemləri özündə cəmləşdirir.
Təhlükələrin ardıcıllıqla öyrənilməsi
Təhlükələri aşağıdakı ardıcıllıqla öyrənmək tövsiyə olunur.
I mərhələ – təhlükələrin ilkin təhlili
1–addım – təhlükənin mənbələrini aşkar olunması
2–addım – sistemin təhlükəni yarada bilən hissəsinin müəyyən olunması
3–addım – öyrənilməyən təhlükələrin təhlildən çıxarılması
II mərhələ –təhlükəli vəziyyətlərin ardıcıllıqla müəyyən olunması.
Hadisələr və təhlükələr ağacının qurulması.
III mərhələ – nəticələrin təhlili
Dostları ilə paylaş: |