Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə70/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   66   67   68   69   70   71   72   73   ...   233
Maddə 132. Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan 
və alınmayan dövrlər 
1. Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və 
aşağıdakı dövrlər daxil edilir: 
a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının 
saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; 
b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar 
işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; 
c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; 
ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz 
hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və 
müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi 
işburaxma dövrü və ya həbsdə olduğu dövr. 
2. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial 
məzuniyyət müddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum 
edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil 
edilmir. 
KM5
 
Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik 
1. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun 
düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək 
məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. 
2. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o 
olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir. 
3. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda 
verilə bilər: 
14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan 
qadınlara;
 
159
16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma; 
hərbi qulluqçunun arvadına (ərinə); 
əlillərə; 
müharibə veteranlarına; 
Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv 
şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar 
olmuş şəxslərə; 
yaşı on səkkizdən aşağı olan işçilərə; 
işləməklə yanaşı təhsil alan şəxslərə; 
bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi 
xidmətləri olan işçilərə. 
4. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti 
arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.
160



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin