Əmək və icra intizamı
İyirmi səkkizinci fəsil
Əmək və icra intizamının təmin edilməsi qaydaları
Maddə 182. Müəssisədaxili intizam qaydaları
1. Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə
tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək
qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması
məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.
2.
Müəssisələr
birliyinin
nizamnaməsində
nəzərdə
tutulmuş
hallarda
müəssisədaxili intizam qaydaları birliyin müvafiq icra orqanı tərəfindən həmin birliyə
daxil olan müəssisələr üçün də qəbul edilə bilər.
3. Müəssisədaxili intizam qaydaları bu Məcəlləyə,
habelə əmək qanunvericiliyi
üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi
aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların
tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir.
Maddə 183. Müəssisədaxili intizam qaydalarının məzmunu
1. Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir:
a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;
b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;
c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;
ç) əmək şəraitinin təmin edilməsi qaydaları;
d) əmək və icra intizamının, əmək vəzifələrinin
yüksək səviyyədə yerinə
yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması
şərtləri
və qaydaları;
e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq
edilməsinin şərtləri və qaydaları.
2. Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr
üçün qəbul edilən
müəssisədaxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş
məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları
sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin
edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.
Dostları ilə paylaş: