183 x) yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə
ezamiyyətə göndərildikdə;
ı) müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini
müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara
göndərildikdə;
i) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;
j) donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini
verdikləri gün;
k) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt
ərzində;
q) işçilərin öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda
tətbiqi işlərində iştirak etdikdə;
l) bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən
müəyyən edilən digər hallarda.
m) dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə. 184
n) Məhkəmə-Hüquq Şurasına və ya Hakimlərin Seçki Komitəsinə üzv təyin edildikdə; o) dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə; ö) hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə. 185
Maddə 180. İşçinin müəssisənin gəlirindən pay almaq hüququ İşçilər, qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar
cəmiyyətlərin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində
(əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən
gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu
hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.