Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 21. Müəssisələrdə ictimai özünüidarə orqanlarının fəaliyyəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə13/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   9   10   11   12   13   14   15   16   ...   233
Maddə 21. Müəssisələrdə ictimai özünüidarə orqanlarının fəaliyyəti 
 
1. Müəssisələrdə həmkarlar ittifaqları təşkilatları ilə yanaşı, qanunvericiliklə 
müəyyən edilmiş qaydada yaradılan işçilərin digər nümayəndəli ictimai özünüidarə 
orqanları, 
habelə 
işəgötürənlərin 
nümayəndəli 
orqanı 
nizamnamələrinə 
(əsasnamələrinə) uyğun fəaliyyət göstərə bilər. 
2. Müəssisənin mülkiyyətçisi, işəgötürəni həmkarlar ittifaqları təşkilatlarının və 
işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanlarının fəaliyyəti üçün kollektiv 
müqavilələrdə nəzərdə tutulan və ya bu təşkilat və ictimai özünüidarə orqanlarının 
işəgötürənlə qarşılıqlı razılığı, yaxud onların arasında bağlanmış müqavilə əsasında 
müəyyən edilən müvafiq şəraitin yaradılmasını təmin edir. 
3. Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir. 
Qeyd: Bu maddədə «ictimai özünüidarə orqanları» dedikdə, əmək kollektivi 
şurası, sədrlər (direktorlar) şurası, ixtiraçılar, səmərələşdiricilər, yaradıcılıq, qadınlar, 
veteranlar cəmiyyətləri və müvafiq normativ hüquqi aktlar əsasında əmək 
münasibətləri iştirakçılarının təsis etdikləri digər ictimai birliklər başa düşülməlidir.
 
II bölmə 
 
Kollektiv müqavilə və saziş 
 
Üçüncü fəsil 
 
Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları 
 
 
Maddə 22. Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə 
yetirilməsinin əsas prinsipləri 
Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin 
əsas prinsipləri aşağıdakılardır: 
a) tərəflərin hüquq bərabərliyi; 
b) kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində 
tərəflərin müstəqilliyi və könüllülüyü; 
c) obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və 
sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi; 
ç) öhdəliklərin icrasına təminat; 
d) qanunvericiliyin tələblərinə əməl edilməsi; 
e) öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin