Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 23. Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlara dəyişikliklər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə14/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   10   11   12   13   14   15   16   17   ...   233
Maddə 23. Kollektiv müqavilənin və sazişin bağlanmasına, onlara dəyişikliklər 
edilməsinə və icrasına müdaxilənin yolverilməzliyi 
Kollektiv müqavilənin və sazişin bağlanılması, onlara dəyişikliklər edilməsi və 
yerinə yetirilməsi zamanı icra hakimiyyəti orqanlarının, başqa işəgötürənlərin, siyasi 
partiyaların, ictimai birliklərin və dini qurumların tərəflərin hüquqlarını, habelə 
qanunvericiliklə qorunan mənafelərini məhdudlaşdıran və ya onların həyata 
keçirilməsinə maneçilik törədən hər hansı müdaxiləsi qadağandır. 
Maddə 24. Kollektiv müqavilənin və sazişin şərtlərinin məcburiliyi 
 
1. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və 
sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. 
2. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial 
və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və 
sazişin şərtləri etibarsızdır. 
 
Dördüncü fəsil 
 
Kollektiv danışıqlar 
 
Maddə 25. Kollektiv danışıqlar aparmaq hüququ
26
 
1. Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlarda 
dəyişikliklər edilməsi üçün kollektiv danışıqlar aparmaq təşəbbüsünə səlahiyyətləri 
daxilində həmkarlar ittifaqları təşkilatlar (birlikləri), əmək kollektivləri, işəgötürənlər, 
müvafiq icra hakimiyyəti və işəgötürənlərin nümayəndəli orqanları malikdirlər. 
2. Danışıqlara başlamaq üçün yazılı təklif alan tərəf 10 təqvim günü ərzində danışığa 
başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun 
tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidir. 
Kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfin qeyd edilən cavab məktubunu 
aldığı gündən sonrakı gün kollektiv danışıqların başlanması günü sayılır.
27
 
3. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı (birliyi) yoxdursa, əmək 
kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya yaradır. 
4. Respublika və ya ərazi üzrə, habelə müəssisə daxilində bir neçə həmkarlar 
ittifaqları təşkilatı (birliyi) mövcud olarsa, kollektiv danışıqların aparılması üçün 
işçilərin müvafiq həmkarlar ittifaqlarına üzvlük nisbətinə uyğun nümayəndələrdən 
ibarət komissiya yaradılır. 
5. Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədi ilə kollektiv 
danışıqların aparılmasından boyun qaçırmağa yol verilmir. 
6. İşəgötürənlərin, o cümlədən icra hakimiyyəti orqanlarını, yerli özünüidarəetmə 
orqanlarını, eləcə də onların yaratdığı və ya maliyyələşdirdiyi təşkilatları təmsil edən şəxslərin 
işçilərin adından kollektiv danışıqlar aparmasına və kollektiv müqavilələr, sazişlər bağlamasına 
yol verilmir.
28
 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin