Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Sahə həkim –pediatrın nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə182/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   178   179   180   181   182   183   184   185   ...   541
Sahə həkim –pediatrın nümunəvi vəzifə 

TƏLİMATI

I. Ümumi müddəalar

1. 


Bu vəzifə təlimatı sahə həkimi-pediatrın vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir.

2. 

Sahə həkimi-pediatr vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.



3. 

Sahə   həkimi-pediatr   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Sahə həkimi-pediatr bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə 



tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Sahə həkimi-pediatr aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

185



5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4. pediatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı 

məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin