IV.
Məsuliyyət
15.
Mülki müdafiə qərargah rəisininaşağıdakılara görə məsuliyyət daşıyır:
15.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
15.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
15.3. maddi, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə
edilməsinə;
15.4. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi
və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;
15.5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
15.6. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
15.7. ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və
vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;
15.8. fövqəladə hallar şəraitində işə hazırlığa görə məsuliyyət daşıyır.
283
16.
Mülki müdafiə qərargah rəisininəmək intizamının, qanunvericilik və
normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən,
təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət
məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: |