II.
Vəzifə öhdəlikləri
6.
Mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və
tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında
iştirak edir.
7.
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının
mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks
etdirilməsində iştirak edir, operativ məlumatları təqdim edir, mühasibat (maliyyə)
hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib edir.
İlkin mühasibat sənədlərinin,
hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının,
vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və
əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin
yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edir.
8.
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas
vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin,
istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və
xidmətlərin yerinə yetirilməsində iştirak edir.
9.
Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin
qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının
qarşısının alınması üzrə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.
10. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-
maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparır.
11. Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və
373
mənimsənilməsi haqqında sənədləri tərtib edir.
12. Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən
olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.
Dostları ilə paylaş: |