Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə283/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   279   280   281   282   283   284   285   286   ...   541
İqtisadçının nümunəvi vəzifə

TƏLİMATI

I. Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   iqtisadçının   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

İqtisadçı vəzifəsinə “iqtisadçı” və ya “ maliyyəçi” ixtisası üzrə ali təhsili 



olan şəxs, iş stajına tələb qoyulmadan,  təyin edilir.

3. 


İqtisadçı   Azərbaycan   Respublikasının   qüvvədə   olan   qanunvericiliyinə 

əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən azad edilir.

4. 

İqtisadçı   bilavasitə   öz   struktur   bölməsinin     rəhbərinə,   onun   olmadığı 



halda isə müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


İqtisadçı aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını;   iqtisadiyyat   barədə 

qanunvericiliyi;

5.2.  müəssisənin fəaliyyətinin planlaşdırılması, uçotu və təhlili üzrə normativ 

hüquqi aktları, metodik materialları; planlı işin təşkilini;

5.3.  müəssisənin   maliyyə-təsərrüfat   və   istehsal   fəaliyyətinin   cari   və   illik 

planlarının işlənib hazırlanması qaydasını;

5.4.   planların işlənib hazırlanmasını;

5.5.  plan-uçot sənədləşdirməsini;

5.6. material,   əmək   və   maliyyə   xərclərinin   normativlərinin   işlənib 

hazırlanması qaydasını;

5.7.  müəssisənin   və   onun   struktur   bölmələrinin   fəaliyyət   göstəricilərinin 

iqtisadi təhlili və  uçotu qaydasını; yeni texnika və texnologiyanın tətbiqinin, əməyin 

təşkilinin,   səmərələşdirici   təkliflərin   və   ixtiraların   iqtisadi   effektliliyinin   müəyyən 

edilməsi metodlarını;

5.8.  hesablama işlərinin aparılması metod və vasitələrini;

5.9.  müqavilələr bağlanılması üçün materialların sənədləşdirilməsi qaydasını;

5.10.  operativ və statistik uçotun təşkilini; 

5.11. hesabatların tərtibinin qayda və müddətlərini;

5.12.  bazar  iqtisadiyyatı  şəraitində  müəssisənin  iqtisadi  fəaliyyətinin rasional 

təşkili üzrə ölkə və xarici təcrübəni;

5.13.  istehsalın, əməyin və idarəetmənin təşkilini;

5.14.  tibbi yardım göstərilməsinin başlıca növlərinin əsas texnologiyasını;

5.15.  təsərrüfatçılığın bazar metodlarını;

271



5.16.  müəssisənin   təsərrüfat   fəaliyyətinin   texniki-iqtisadi   təhlilinin   həyata 

keçirilməsi üçün hesablama texnikasının tətbiqi imkanlarını, onun istismarı qaydasını;

5.17.  əmək   qanunvericiliyinin   əsaslarını,əməyin   mühafizəsinin   qayda   və 

normalarını bilməlidir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin