II. Vəzifə öhdəlikləri
6.
Sosioloq işçilərin ictimai və mənəvi tələbat səviyyəsinin, əməyin
məhsuldarlığının və istehsalatın səmərəsinin artırılmasına imkan yaradan, daha əlverişli
sosial-psixoloji şəraitin yaradılmasına yönəldilən tədbirlərin işlənib hazırlanması və
tətbiqi məqsədi ilə idarə, müəssisə və təşkilatda sosioloji tədqiqatlar aparır. İdarə,
müəssisə və təşkilatın iqtisadi və sosial inkişafı üzrə perspektiv və illik plan layihələrinin
tərtibində, ictimai-mədəni tədbirlər və yaşayış-tikinti fondlarının planlaşdırılmasında
iştirak edir.
7.
Sosioloji tədqiqat proqramlarını tərtib edir, ilkin məlumatı emal edir, alınmış
təklifləri ümumiləşdirir.
8.
Aparılmış tədqiqatlar əsasında əməyin təşkili formalarının təkmilləşdirilməsi,
onun bölünməsi və kooperasiyası, əmək şəraitinin yaxşılaşdırılması, eləcə də fəhlə və
qulluqçuların seçmə, yerləşdirmə, istifadə və ixtisasının artırılması üzrə tövsiyələri
işləyib hazırlayır.
9.
İdarə, müəssisə və təşkilatlarda işçilərin əmək haqqının artımı
perspektivlərini təyin etmək, işçilərin əmək fəaliyyəti sistemində maddi və mənəvi
amillərin təkmilləşdirilməsi istiqamətlərini, eləcə də əmək kollektivi üzvlərinin
yaşayış binaları və uşaq bağçalarına olan tələbatını daha dolğun ödəmək üçün,
imkanlarını, ictimai-iaşə və məişət xidmətinin təşkilinin yaxşılaşdırılmasını, istirahət
sağlamlıq şəbəkələrinin inkişaf və tibbi yardım təminatının aparılmasında iştirak edir.
10. Psixoloqla, idarə, müəssisə və təşkilatların digər mütəxəssisləri ilə birgə
ictimai xarakter daşıyan daha aktual məsələ və problemləri, işçi axını, əmək intizamının
pozulmasını və digər problemləri yaradan səbəblərin aradan qaldırılması yollarını
müəyyən edir.
11. Konkret müddət və icraçıları, eləcə də lazımi maliyyə və maddi vəsaitləri
göstərməklə tədbirlər işləyib hazırlayır, bu tədbirlərin yerinə yetirilməsində əmək
kollektivinin səfərbər edilməsi üzrə ölçü götürür.
301
12. Əmək intizamının möhkəmlənməsi, işçilərin istirahətinin, asudə vaxtının
və məişətinin təşkili, işçilərin ictimai və yaradıcılıq fəallığını, yoldaşlıqda bir-birinə
yardım etməsi və kollektivin möhkəmlənməsi, istehsalatın idarə olunmasında fəhlə və
qulluqçuların bu işə cəlb olunmasının səmərəliliyinin artırılması üzrə təkliflər
hazırlayır.
13. İdarə, müəssisə və təşkilatlarda ictimai məsələlərin həllində işçilərə
metodiki yardım edir, sosioloji biliklərin təbliğini təşkil edir.
Dostları ilə paylaş: |