Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli


Həkim-gigiyenistin nümunəvi vəzifə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə69/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   65   66   67   68   69   70   71   72   ...   541
Həkim-gigiyenistin nümunəvi vəzifə

    T Ə L İ M A T I

68



I.  Ümumi müddəalar

1.   Bu   vəzifə   təlimatı   həkim-gigiyenistin   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. Həkim-gigiyenist vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 

Respublika   mərkəzlərində   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə   müəyyən 

edilmiş qaydada “gigiyena”  ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası üzrə ən azı 2 il 

əmək stajına malik  şəxs təyin edilir. 

3.   Həkim-gigiyenist   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir.

4. Həkim-gigiyenist bilavasitə şöbə müdirinin tabeliyində fəaliyyət göstərməklə, 

tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. Həkim-gigiyenist aşağıdakıları bilməlidir:

5.1.Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 

səhiyyə qanunvericiliyinin və Əmək Məcəlləsinin əsaslarını;

5.2.   səhiyyə   müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini; 

5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin fəaliyyətinin 

hüquqi əsaslarını;

5.5. sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını;

5.6.  təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını; 

5.7. laboratoriyanın işinin təşkilini;

5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd 

vəzifələrini, forma və metodlarını; 

5.9. inkişaf edən orqanizmin anatomik-fizioloji, yaş və cinsi xüsusiyyətlərini, 

orqanizmdə   patoloji   proseslərin   baş   vermə   səbəblərini   və   onların   inkişafı 

mexanizminin əsaslarını;

5.10. ətraf mühitin kimyəvi, fiziki və bioloji faktorlarının, fəaliyyətin müxtəlif 

növlərinin və yol verilən optimal iş yükünün gigiyenik normalaşdırma prinsiplərini;

5.11. tədqiqatın gigiyenik, fizioloji, klinik, fiziki, kimyəvi, statistik, laborator və 

instrumental metodlarının əsaslarını;

5.12.epidemiologiyanın   ümumi   qanun   və   meyarlarının   ümumi   prinsiplərini, 

yoluxucu   xəstəliklərin   bioekoloji   xarakteristikasını,   epidemiologiyasını   və   onun 

inkişafına təsir edən  faktorları;

5.13.   epidemiya   əleyhinə   tədbirlər   sistemini,   yoluxucu   xəstəliklərin 

profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını; 

5.14.  gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılmasını;

5.15. əmək fəaliyyətinin təşkilinin nəzəri əsaslarını və gigiyenik prinsiplərini;

5.16.     istehsalat   mühiti   faktorlarının   gigiyenik   xarakteristikasını   (səs,   toz, 

işıqlanma, titrəyiş, mikroiqlim); 

5.17.   peşə   yönümünün   tibbi   aspektlərini,   peşələrin   sanitariya   gigiyenik 

xarakteristikasının tərtibi metodikasını;

69



5.18.   əhalinin   səmərəli   qidalanmasının   nəzəri   əsaslarını,   vacib   qida 

məhsullarının qida  dəyərliliyini; 

5.19. fiziki tərbiyənin nəzəri əsaslarını, təşkilinin forma və metodlarını;

5.20.yaşayış   yerlərinin   (məntəqələrinin)   layihələndirilməsi,   tikintisi   və 

abadlaşdırılmasının əsas müddəalarını; 

5.21.   obyektlərin   tikintisi,     yenidən   qurulması   üzərində   aparılan   dövlət 

sanitariya nəzarətinin mahiyyətini, forma və metodlarını; 

5.22.   xəbərdaredici   və   cari   sanitariya   nəzarətinin   mahiyyətini,   təşkili   və 

metodlarını; 

5.23. mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini

5.24. sanitariya maarifləndirmənin əsaslarını;

5.25.       daxili   əmək   intizamı   qaydalarını,   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını;

  5.26.   sənədlərin   tərtibatı   qaydalarını,   sanitariya-epidemioloji   ekspertizanın 

keçirilməsi qaydalarını;

  5.27. Kompyuterlə  və digər müasir  informasiya  texnologiyları  vasitələri ilə 

işləməyi;

  5.28.   kommunal   gigiyena,   qidalanma   gigiyenası,   uşaq   və   yeniyetmələr 

gigiyenası,   əmək  gigiyenası   və  ətraf  mühitin  mühafizəsi,   radiasiya  gigiyenası   üzrə 

digər məsələləri peşəkar səviyyədə bilməlidir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin