Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 20 dekabr 2010-cu il tarixli



Yüklə 318.74 Kb.
Pdf просмотр
səhifə1/3
tarix01.05.2017
ölçüsü318.74 Kb.
  1   2   3

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

Kollegiyasının 20 dekabr 2010-cu il tarixli 

31 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 



 

 

 



 

 

 



 

İİV-in ANADAN UŞAĞA ÖTÜRÜLMƏSİNİN 

PROFİLAKTİKASI ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2010 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


55.81+57.3 

H 70 


 

 

 



 

 

 



 

 

 



 

 

 



H 70   İİV-in anadan uşağa ötürülməsinin profilaktikası üzrə klinik 

protokol. – 40 səh.  

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər Proqramı 

əsasında tərtib edilmişdir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

3

 



Klinik protokolun redaktoru:  

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin direktoru  

 

Klinik protokolun tərtibçilər heyəti: 

E.Alməmmədova – Səhiyyə Nazirliyi Respublika QİÇS-lə 

Mübarizə Mərkəzinin direktor müavini  

L.Məmmədova – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və 

Ginekologiya İnstitutunun elmi katibi 

G.Hüseynova – Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və 

Ginekologiya İnstitutu, Reproduktiv sağlamlıq şöbəsinin rəhbəri 

G.Məmməd-zadə – Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq 

və Ginekologiya İnstitutu, Neonatologiya şöbəsinin rəhbəri  

S.Vəliyeva – Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə 

Mərkəzi, pediatr 

D.Kuliyeva – Səhiyyə Nazirliyinin Respublika Gigiyena və 

Epidemiologiya Mərkəzi, Xüsusi təhlükəli infeksiyalar şöbəsinin 

həkim-epidemioloqu 

Ş.İsmayılova – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar 

Mərkəzi, Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti  

 

Rəyçilər:  

H.Qədirova – Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə 

Mərkəzinin direktoru, professor, t.e.d. 

N.Quliyev – Səhiyyə Nazirliyi K.Y.Fərəcov adına Elmi-Tədqiqat 

Pediatriya İnstitutunun direktoru, professor, t.e.d. 

 

Klinik protokol Ümumdünya Səhiyyə  Təşkilatının Avropa 



Regional Bürosunun tövsiyələrinə uyğun işlənib hazırlanmışdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası



 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

6

İxtisarların siyahısı: 



 

ART 

– antiretrovirus terapiya 



ARV  

– antiretrovirus 



ASI (AAİ)   – asılılığın ağırlığı indeksi 

AUÖ  

– İİV-in anadan uşağa ötürülməsi 



AUÖP  

– İİV-in anadan uşağa ötürülməsinin profilaktikası 



CYYİ  

– cinsi yolla yayılan infeksiyalar  



DNT  

– dezoksiribonuklein turşusu 



EuropASI6  – asılılığın ağırlığı indeksi, Avropa variantı 6 

ƏTQNİ  

– əks transkriptazanın qeyri-nukleozid inhibitorları 



ƏTNİ  

– əks transkriptazanın nukleozid və ya nukleotid  

 

    inhibitorları 



XBT-10  

– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



İFA  

immunoferment analizi 



İİV 

– insan immunçatışmazlığı virusu 



İNİ  

– inyeksion narkotik istifadəçiləri 



  

– keysəriyyə əməliyyatı 



QİÇS  

– qazanılmış immunçatışmazlığı sindromu

 

 

QHT 



– qeyri-hökumət təşkilatı 

MSS  

– mərkəzi sinir sistemi 



OƏT  

– opioidlə əvəzedici terapiya 



Pİ 

– proteaza inhibitorları  



PKƏ  

– planlı keysəriyyə əməliyyatı 



PZR  

– polimeraza zəncirvari reaksiyası 



RKT   

– randomizasiya olunmuş klinik tədqiqat 



ÜST  

– Ümumdünya Səhiyyə Təşkilatı 



v/d   

– vena daxili 



VY  

– virus yükü 



YAART  

– yüksək aktiv antiretrovirus terapiya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

7

Protokol İİV infeksiyalı hamilə qadın və yenidoğulmuş uşaqlarla 



iş aparan mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar, və digər 

tibb işçiləri üçün tərtib edilmişdir. 

 

Pasiyent qrupu: risk qrupuna aid olan qadınlar, hamilə qadınlar, 



İİV-müsbət hamilə qadınlar,  İİV-müsbət qadınlar,  İİV-müsbət 

anadan doğulmuş uşaqlar. 

 

Protokolun məqsədi: 

Тibb işçilərinin insan immun çatışmazlığı virusunun anadan 

uşağa ötürülməsinin profilaktikası sahəsində bilik və bacarıqlarını 

dünya standartları səviyyəsinə çatdırmaqla respublikada İİV- müsbət 

uşaqların sayının artmasının qarşısını almaqdır.   



I. ƏSAS KONSEPSİYA 

 

İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) İİV 



infeksiyalı qadınlara və onların uşaqlarına fasiləsiz kompleks 

yardımın bir hissəsi olmalıdır. İİV-in AUÖP kompleks xidmətləri 

reproduktiv sağlamlığın qorunması, pediatriya, İİV-lə mübarizə 

xidməti, narkoloji yardım, psixoloji və sosial yardım üzrə 

hökumət və qeyri hökumət təşkilatları ilə əlaqədə işləməlidir. 

 

İnyeksion narkotiklərdən istifadə (İNİ) edən hamilə qadınlar üçün 



tibbi yardım, o cümlədən antiretrovirus terapiya (ART), 

reproduktiv sağlamlığın qorunması ilə bağlı xidmətlər, AUÖP və 

mama yardımı narkotikdən istifadə etməyən hamilə qadınlar üçün 

olduğu kimi əlçatan olmalıdır. 

 

Bütün tibbi sənədlər, qadının İİV statusu haqqında məlumat onun 



daşıyıcısı olub-olmamasından asılı olmayaraq həkim sirri 

prinsipinə riayət edilərək saxlanılmalıdır. Tibbi sənəd yalnız 

pasiyentə birbaşa yardım göstərən tibb işçisi üçün əlçatan 

olmalıdır. Tibb işçisinin tibbi sənədlə  işi yalnız öz xidmət 

dairəsinə aid olan məlumatlarla məhdudlaşmalıdır. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

8

II. ÜMUMİ MÜDDƏALAR 



İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) – 

hamiləlik dövründə, doğuş  və yenidoğulmuşun qidalandırılması 

zamanı  İİV infeksiyasının anadan uşağa keçməsinin qarşısının 

alınmasına yönəldilmiş profilaktik tədbirlər kompleksidir. 

Hazırda AUÖP-ın effektiv üsulları mövcuddur. Bu üsulları 

düzgün istifadə etməklə AUÖ-ın tezliyini azaldaraq 1 – 2%-ə 

çatdırmaq olar (A).  

 

Qadının hamiləliyi və doğuşu zamanı, yenidoğulmuşun həyatının 



ilk həftəsində aparılan antiretrovirus profilaktika (ARV- 

profilaktika) (A) 

 

Planlı KƏ-nın aparılması (PKƏ) (A) 



 

Ana südü ilə qidalandırmaqdan imtina (A) 

Hamilə qadınların antenatal xidmətlə tam əhatə edilməsi, yüksək 

inkişaf etmiş səhiyyə infrastrukturu, əhalinin yüksək savad səviyyəsi, 

infeksiyaların yayılmasının nisbətən aşağı  səviyyəsi və AUÖP üzrə 

effektiv tədbirlərin həyata keçirilməsi körpələr arasında  İİV 

infeksiyasının yayılmasının azalmasına imkan yaradır.  

Qlobal məqsəd – BMT-nin Baş Assambleyasının İİV üzrə Xüsusi 

sessiyası  tərəfindən 2001-ci ildə irəli sürülmüş  İİV infeksiyalı 

körpələrin sayının 2010-cu ilə 50% endirilməsi məqsədinə uyğundur. 

Avropa məqsədi – 2010-cu ilə körpələrdə  İİV infeksiyasının 

tezliyinin azaldılmasına nail olunması (hər 100 000 diri doğulana 1 

İİV infeksiyalı körpə) və  İİV infeksiyalı analardan doğulmuş 

körpələrdə  İİV infeksiyasının tezliyinin aşağı salınaraq 2%-ə 

çatdırılmasıdır (2004-cü ildə qəbul olunmuş Dublin Deklarasiyası). 

Epidemiologiya 

İnsanın immun çatışmazlığı virusunun törətdiyi  İİV-infeksiyası 

və onun inkişafı nəticəsində insan orqanizmində yaranan qazanılmış 

immun çatışmazlığı sindromu (QİÇS) bütün dünyada olduğu kimi, 

Azərbaycanda da qlobal problemlərdən biridir.  

Azərbaycan  İİV-ə yoluxma hallarının səviyyəsinə görə dünya 

üzrə sonuncu yerlərdən birini tutur. Lakin son illər ölkəmizdə İİV-ə 

yoluxmuş insanların sayının artması böyük narahatçılıq doğurur. 

Azərbaycanda ilk dəfə İİV infeksiyası 1987-ci ildə aşkar edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

9

1987-ci ildən 2009-cu ilin dekabr ayınadək Respublika QİÇS-lə 



Mübarizə  Mərkəzində  İİV infeksiyası  təsdiq olunmuş 2224 nəfər 

rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri (96,1%) 

Azərbaycan vətəndaşıdır. 

İİV-ə yoluxmuş Azərbaycan 

vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. 2138 

nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) İİV-ə  yоluхmа 

inyeksion narkotiк istifadəsi nəticəsində, 495-də (23,2%) 

heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 

20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının 

köçürülməsi nəticəsində baş vermişdir, 230 nəfərdə (10,8%) yoluxma 

yolu naməlumdur. 

1992-ildən 2009-cu ilin 1 dekabr tarixinədək Azərbaycanda 780 

аilədə İİV-ə yoluxma faktı qeydə alınmışdır. Оnlardan 18 ailədə ata – 

ana - uşaq, 1 ailədə  ana - uşaq, 166 ailədə  ər - arvad, 547 ailədə 

yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur  

Risk faktorları 

 

Seks-biznes işçiləri 



 

İnyeksion narkotik istifadəçiləri 

 

Steril olmayan tibbi avadanlıqdan və alətlərdən istifadə edilməsi 



(stomatoloji, mama-ginekoloji, cərrahi, endoskopik praktikada, 

kosmetoloji kabinetlərdə və s.) 

 

Müntəzəm qanköçürmə, hemodializ əməliyyatına məruz qalan 



pasiyentlər  

 

Yoxlanılmamış qanın köçürülməsi 



 

İİV – müsbət anadan uşağa ötürülmə 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

Z20.6 – Xəstə ilə kontakt və İİV ilə yoluxma imkanı 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

10

III. İLKİN MÜAYİNƏ 



1.  Hamilələrin antenatal xidmət səviyyəsində ilkin müayinəsi 

Hamiləlik  dövründə  İİV-ə  məsləhətvermə  və müayinə – AUÖ-

nin tezliyini aşağı salmağa imkan yaradan effektiv tibbi xidmətdir 

(A). Səhiyyə Nazirliyinin göstərişinə görə bütün hamilə qadınlar 

hamiləliyin I və III-cü trimestrində bu müayinədən keçirlər. 

Hamilələrin ilkin səhiyyə xidməti səviyyəsinə ilk müraciəti 

zamanı İİV-ə müayinə aparılmalıdır (A)

Yüksək risk qrupuna daxil olan hamilə qadında  İİV testi mənfi 

olduqda hamiləliyin ikinci və üçüncü trimestrlərində  təkrar  İİV-ə 

müayinə aparılmalıdır.  

İİV-ə müayinənin keçirilməsi - İİV infeksiyasını hamilə 

qadınlarda hamiləliyin erkən dövründə aşkar etməyə və onlara AUÖ-

nin profilaktikası üzrə tam xidmətlər kompleksini aparmağa imkan 

verərək  İİV-in hamiləlik, doğuş zamanı  və doğuşdan sonrakı 

müddətdə anadan uşağa ötürülməsi riskini minimuma endirir (A)

İİV üzrə müayinə könüllü olmalıdır  (B). Lakin, tibb işçiləri 

pasiyentlərin müayinəyə  cəlb edilməsinə  təşəbbüs göstərməlidirlər. 

Qadın müayinə üçün yazılı razılıq verməlidir. Müayinədən  əvvəl 

məsləhətvermənin aparılması  və hamilənin qərarı barədə  məlumat 

hamilənin müşahidə  vərəqəsində qeyd olunmalıdır  (B). Qadın 

müayinədən  imtina etmək hüququna malikdir (B). Məsləhətvermə 

aparılmadan  İİV-ə müayinə aparmaq yolverilməzdir  (B).  İİV-ə 

müayinədən imtina edən hamilələr də tam antenatal qulluqla əhatə 

olunmalıdır (C)

İİV müsbət hamilə qadınlarda CYYİ-ın, C və B viruslu 

hepatitlərin skrininqi aparılmalıdır. Skrininq hamiləliyin mümkün 

qədər erkən dövründə aparılmalı və hamiləliyin 28 həftəsində təkrar 

olunmalıdır (C)

İİV statusunu aşkar etmək üçün ilkin qiymətləndirməyə 

aşağıdakılar daxil edilməlidir: 

 

Müayinədən əvvəl məsləhətvermə 



 

İFA üsulu ilə və / və ya ekspress testlər



 

vasitəsi ilə İİV-ə müayinə 

(doğuşda olan və  İİV statusu barədə  məlumatı olmayan 

qadınların müayinəsi üçün doğum evlərində ekspress testlər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

11

mövcud olmalıdır). Müsbət nəticənin immunoblottinq üsulu ilə 



təsdiqlənməsi;  

 

Müayinədən sonra məsləhətvermə, həmçinin müayinənin 



nəticəsindən asılı olmayaraq riskli davranışın azaldılması üzrə 

məsləhətlər. 

Əgər qadında İİV-ə ilkin testlər müsbətdirsə, növbəti mərhələdə 

təsdiqedici müayinə Respublika QİÇS-lə Mübarizə  Mərkəzində 

aparılır. Xəstəliyin kliniki mərhələsinin müəyyən olunması və AUÖP 

planının tutulması İİV üzrə mütəxəssis tərəfindən həyata keçirilir. 

Müayinədən əvvəl məsləhətvermənin əsas məqsədlərindən biri – 

qadının inyeksion narkotik istifadə edən cinsi partnyorundan 

yoluxması riskini qiymətləndirmək, və həmçinin qadının özünün hər 

hansı bir narkotikdən (inyeksion narkotiklər daxil olmaqla) 

istifadəsini aşkar etməkdir. Narkotiklərdən istifadə  və xüsusilə 

onlardan asılılıq hamiləliyin gedişatına və dölün inkişafına mənfi 

təsir edir və hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı müddətdə 

anaya olduğu kimi dölə/yenidoğulana da ixtisaslaşmış yardımın 

göstərilməsini tələb edir.  

2.  Məsləhətvermə 

İlkin müayinə aparıldıqdan sonra, İİV infeksiyalı hamilə qadınla 

konkret vəziyyətlə  əlaqədar aşağıda qeyd edilmiş  məsələlər barədə 

söhbət aparmaq lazımdır: 

 

cinsi  əlaqə zamanı  İİV infeksiyası  və digər CYYİ-lərin 



ötürülməsinin profilaktikası 

məqsədilə prezervativlərdən 

(kondomlardan) istifadə; 

 

İİV-in dölə/yenidoğulana ötürülməsi riski və profilaktika yolları; 



 

AUÖP strategiyasının bir hissəsi olan ARV profilaktikasının 

faydası və riski; 

 

B və C hepatit viruslarının perinatal ötürülməsi riski və onun 



azaldılması yolları (C); 

 

sifilisin perinatal ötürülməsi riski, İİV-in ötürülməsi riskinin 



azaldılması üçün sifilis, qonoreya və xlamidiozun müalicəsinin 

zəruriliyi (C)

 

narkotiklərin dölün inkişafına təsiri, həmçinin abstinent sindrom 



və dərmanların təsiri (bax bölmə IV.4.2 ); 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

12

 



narkotiklərdən asılılıq halları olarsa, narkologiya və  zərərin 

azaldılması xidmətlərinə, həmçinin lazım olduqda əvəzedici 

terapiyaya istiqamətləndirmək; 

 

doğuş üsulunun İİV-in anadan uşağa ötürülmə riskinə  təsiri, 



həmçinin KƏ-nın faydası və riski (A)

 

uşağın qidalanması ilə bağlı tövsiyələr (bax bölmə IV.3.1) (A). 



İİV infeksiyalı qadına təklif olunan tibbi yardımın mümkün olan 

risk və imkanları barədə tam və dəqiq məlumat çatdırıldıqdan sonra, 

o, hamiləliyin saxlanması və yaxud pozulması haqqında dərk edilmiş 

qərar verməlidir. Heç bir halda qadını hamiləliyi pozmağa təhrik 

etmək olmaz. 

IV. AUÖP-IN ANTENATAL XİDMƏT SƏVİYYƏSİNDƏ VƏ 

DOĞUM EVİNDƏ APARILMASI 

1. AUÖP-ın üsulları 

 

İİV infeksiyalı qadına hamiləliyin erkən dövründə, doğuş zamanı və 



doğuşdan sonra ana və yenidoğulmuş  uşağa zidovudinin təyin 

olunması süni qidalanmada olan körpələr arasında  İİV-in vertikal 

ötürülməsinin tezliyini 25,5-dən 8,3%-ə azaldır (A)

 

Ana və  uşağın müalicəsində üç dərman vasitəsindən ibarət, 



proteazanın inhibitoru (Pİ) daxil olunan sxemdən istifadə etməklə 

AUÖ-nin tezliyini 0,9-1,3%-ə qədər azaltmaq mümkündür (A). 

 

Əgər İİV-in anadan uşağa ötürülməsinin profilaktikası məqsədi ilə 



hamiləliyi KƏ yolu ilə başa çatdırmaq qərara gəlinibsə,  əməliyyat 

hamiləliyin 38 həftəliyində aparılmalıdır və amniosentezdən uzaq 

durmaq lazımdır  (C). Hamiləliyi KƏ yolu ilə başa çatan İİV (+) 

qadınlara antibiotikoprofilaktika aparılmalıdır (B).  

 

Antiretrovirus vasitələrlə AUÖ-nin profilaktikası aparılmayan  İİV 



müsbət hamilə qadınlarda hamiləliyin PKƏ yolu ilə başa 

çatdırılması İİV-in AUÖ riskini azaldır (A)

AUÖP üçün ARV profilaktikasının təyin olunması barədə  qərar 

antenatal xidmət göstərən tibb personalı  və  İİV infeksiyası üzrə 

mütəxəssislərin sıx əməkdaşlığı şəraitində qəbul edilməlidir (C)

Bütün  İİV müsbət hamilə qadınlara hamiləlik və doğuş zamanı 

antiretrovirus vasitələrinin qəbul olunması tövsiyə olunur (A).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

13

Hamilə qadın üçün profilaktik müdaxilələr aşağıda qeyd 



olunanlar nəzərə alınmaqla seçilir: 




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə