Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 20 fevral 2014-cü il tarixli
05 saylı qərarı ilə təsdiq edilmişdir
HAMİLƏLİKDƏ
REZUS-İZOİMMUNİZASİYA ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2014
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
57.1
H 25
H 25 Hamiləlikdə rezus-izoimmunizasiya üzrə klinik protokol,
2014. – 28 səh.
Bu klinik protokol ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin
Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır.
2
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
3
Redaktor:
C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru, t.f.d.
Tərtibçilər:
F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Elmi-
Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
direktoru, dosent, RS/AP üzrə Milli Koordinator,
tərtibçilər qrupunun rəhbəri, t.f.d.
E.Əliyeva Azərbaycan Tibb Universitetinin I Mamalıq və
ginekologiya kafedrasının müdiri, professor, t.e.d.
V.Qurbanova
Abt Associates, Azərbaycanda Səhiyyənin
Gücləndirilməsi Layihəsi, Ana və Uşaq sağlamlığı və
Sübutlu təbabət üzrə mütəxəssis, t.f.d.
M.Həsənova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
Mamalıq bölməsinin böyük elmi işçisi, t.f.d.
Ş.Qədimova Azərbaycan Tibb Universitetinin II Mamalıq və
ginekologiya kafedrasının assistenti, t.f.d.
İ.Abasova Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin
həkim-metodisti, t.f.d.
L.Rzayeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
Neonatologiya bölməsinin kiçik elmi işçisi
S.Babazadə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun
Kliniki diaqnostika laboratoriyasının müdiri
A.Babayeva
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya
kafedrasının assistenti
Rəyçilər:
H.Bağırova Azərbaycan Tibb Universitetinin II Mamalıq və
ginekologiya kafedrasının müdiri, professor, t.e.d.
Bu klinik protokol
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi
tərəfindən
maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin
eksperti, ÜST-nin Reproduktiv Sağlamlıq və Tədqiqatlar üzrə Avropa
Regional Şurasının sədri, Britaniya Krallığının Mamalıq və
Ginekologiya Kollecinin üzvü, t.e.d., professor R.Nadişauskiyenenin
iştirakı ilə işlənib hazırlanmışdır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət
edilən, randomizasiya olunmamış
tədqiqatdan
alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyələrin
etibarlılıq
səviyyəsi
Tövsiyələrin əsaslandığı sübutların
etibarlılıq dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya
yüksək olmayan (++ və ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
6
İxtisarların siyahısı
А/c
anticisimlər
ACOG
American College of Obstetricians and Gynecologists
(Amerika Mamalıq və Ginekologiya Kolleci)
AMİ
amniotik maye indeksi
Аnti-D Ig anti-D
immunoqlobulin
B/d
bətndaxili
BV
beynəlxalq vahid
DAT
döl-ana transfuziyası
DHX
dölün hemolitik xəstəliyi
DMM dopplerometrik
müayinə
D/y
dölyanı
EDTA
etilen diamin tetraasetat
Hb hemoqlobin
Ht hematokrit
XBT-10
Xəstəliklərin Beynəlxalq Təsnifatı,
10-cu baxış
KTQ
kardiotokoqrafiya
QS qanaxınının sürəti
Maks.QSS qanaxınının maksimal sistolik sürəti
МоМ
Multiples of Median (orta göstərici)
NICE
National Institute for Health and Clinical Excellence
(Milli Sağlamlıq və Klinik Təkmilləşdirmə İnstitutu)
О
2
oksigen
OBA
orta beyin arteriyası
PZR
polimeraz zəncirvari reaksiya
RAADP
Rutin Antenatal Anti-D Profilaktika
RCOG
Royal College of Obstetricians and Gynecologists
(Britaniya Krallığının Mamalıq və Ginekologiya
Kolleci)
RDS
respirator distress sindromu
Rh
rezus
USM
ultrasəs müayinəsi
YHX
yenidoğulmuşların hemolitik xəstəliyi
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
7
Protokol doğuşayardım müəssisələrində çalışan həkim mama-
ginekoloqlar, neonatoloqlar, ultrasəs diaqnostika həkimləri, həkim-
laborantlar və mamalar üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: Rezus (Rh) mənfi qan mənsubiyyəti olan hamilə
qadınlar.
Protokol Rh mənfi qan mənsubiyyəti olan qadınlarda
Rh-izoimmunizasiyanın diaqnostikası, hamiləliyin aparılması, Rh
uyğunsuzluğa qarşı immunprofilaktika üsullarının tətbiqi üzrə
sübutlu təbabətə əsaslanan
tövsiyələrin verilməsi məqsədini daşıyır.
ÜMUMİ MÜDDƏALAR
Rh-izoimmunizasiya – hestasiya müddətində qanın rezus
faktoruna əsasən Rh mənfi (Rh–) ana ilə Rh müsbət (Rh+) döl
arasında yaranan izoimmunoloji uyğunsuzluq vəziyyətinə deyilir
9
.
Döl-ana transfuziyası (DAT) – hamiləlik və ya doğuş zamanı
(xüsusilə doğuşun III dövründə) Rh– ananın qan dövranına cift
vasitəsilə Rh+ döl qanının az miqdarda sızması prosesinə deyilir
6
.
Hamilələrdə Rh-izoimmunizasiyanın əsas səbəbi DAT-nin baş
verməsidir
9
. Bu ananın immun cavabının stimullaşdırılması və onda
dölün Rh+ antigeninə qarşı anticisimlərin (a/c) əmələ gəlməsi ilə
nəticələnir
4
. A/c cift vasitəsilə dölün qanına qayıdıb eritrositlərin
hemolizinə səbəb olur
.
Hamiləlik müddəti artdıqca DAT-nin tezliyi də artır
7
.
XBT-10 ÜZRƏ TƏSNİFAT
1
О36.0 Anaya tibbi yardımın göstərilməsini tələb edən rezus-
izoimmunizasiya
Anti-D
Rh-anticismlər
Rh uyğunsuzluq (dölün hidropsu ilə)
О36.1
Anaya tibbi yardımın göstərilməsini tələb edən
immunizasiyanın digər formaları
AB0-izoimmunizasiya
ƏGO izoimmunizasiya (dölün hidropsu ilə)
P55 Döl və yenidoğulmuşun hemolitik xəstəliyi
bax: “Yenidoğulmuşların hiperbilirubinemiyası üzrə klinik protokol”. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi, Bakı - 2013. - 36 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
8
Р55.0 Döl və yenidoğulmuşun rezus-izoimmunizasiyası
Р55.8 Döl və yenidoğulmuşun hemolitik xəstəliyinin digər formaları
Р55.9 Döl və yenidoğulmuşun dəqiqləşdirilməmiş hemolitik
xəstəliyi
P56 Dölün hemolitik xəstəliklə əlaqədar hidropsu
Çıxarılıb: dölün ƏGO hidropsu (P83.2)
dölün hemolitik xəstəliklə əlaqədar olmayan hidropsu (P83.2)
Р56.0 Dölün izoimmunlaşma ilə əlaqədar hidropsu
Р56.9 Dölün digər və dəqiqləşdirilməmiş hemolitik xəstəliklə
əlaqədar hidropsu
P57 Nüvə sarılığı
İzoimmunlaşma ilə bağlı sarılığı
Р57.0 İzoimmunlaşma ilə əlaqədar nüvə sarılığı
P58 İfrat hemolizlə əlaqədar neonatal sarılıq
EPİDEMİOLOGİYA
İnsanlarda Rh– qan faktoruna rastgəlmə tezliyi irqi və etnik
mənsubiyyətdən asılıdır: asiyalılar və yerli amerikalılarda –
1-2%, ağdərili irqin nümayəndələrində 15%, qaradərililərdə – 7-8%
təşkil edir
4,7
.
Hər növbəti hamiləliklə Rh-izoimmunizasiya riski artır və
90-98% hallarda dölün və yenidoğulmuşun hemolitik xəstəliyinə
(DHX, YHX) səbəb olur
11
.
1969-cu ildən başlayaraq Rh– qadınlarda doğuşdan sonra anti-D
Ig tətbiqi nəticəsində Rh-izoimmunizasiya ilə bağlı perinatal və
neonatal ölüm göstəriciləri 46/100000 doğulmuşdan 1,6/100000
doğulmuşa
qədər enmişdir (1990-cı ildə)
9
.
DÖL-ANA TRANSFUZİYASININ RİSK AMİLLƏRİ (D)
9
Hamiləlik zamanı aşağıda sadalanan vəziyyətlər və tibbi
prosedurlar DAT riskini artırır:
anamnezdə özbaşına düşük, tibbi abort, uşaqlıqdankənar
hamiləlik
inkişafdan qalmış hamiləlik
qanaxmalar, ciftin vaxtından əvvəl ayrılması
invaziv prenatal manipulyasiyalar: amniosentez, xorion
xovlarının biopsiyası, kordosentez, döldaxili hemotransfuziyalar
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
9
dölün izah oluna bilinməyən hidropsu ( hydrops fetalis)
qarın nahiyəsinə vurulan zədələr (avtomobil qəzası zamanı və s.)
dölün qeyri-düzgün vəziyyəti ilə əlaqədar xarici döndərilməsi
doğuş, qeysəriyyə kəsiyi əməliyyatı
ölü doğulma
əkizlər (doğuşda risk ehtimalı)
ciftin əllə ayrılması və xaric edilməsi
Rh uyğun olmayan
qanın köçürülməsi və s.
RH-İZOİMMUNİZASİYANIN DÖLƏ
VƏ YENİDOĞULMUŞA TƏSİRİ
Rh-izoimmunizasiya ana orqanizminə təsir göstərmir və yalnız
hamiləlikdə dölün və yenidoğulmuşun vəziyyətinin dəyişməsində öz
əksini tapır. Bu dəyişikliklər eritrositlərin hemolizi nəticəsində baş
verir və müxtəlif dərəcəli anemiya, sarılıq və hidropsun inkişafına
səbəb olur
1,4,6
.
Hemoliz nəticəsində döl və yenidoğulmuşun zədələnmə dərəcəsi
aşağıda sadalanan səbəblərdən asılıdır:
hamiləlik zamanı hemolizin başlanma müddətindən
a/c-nin səviyyəsindən
anada a/c titrinin kritik həddə çatdığı hestasiya müddətindən
döl orqanizminin kompensator imkanlarından
yenidoğulmuşun vaxtından əvvəl dünyaya gəlməsi və
yetişkənlik səviyyəsindən
DİAQNOSTİKA
Hamilələrdə Rh-izoimmunizasiyanın diaqnostikası mümkün olan
səbəblərin təyininə, izoimmunizasiya riskinin müəyyən edilməsinə
və hazırkı hamiləlikdə onun təzahürü dərəcəsinə, eyni zamanda
qeyri-invaziv və invaziv müayinə üsullarının köməyilə dölün
vəziyyətinin qiymətləndirilməsinə əsaslanır
4,7,11
.
1. Anamnezdən alınan məlumatların təhlili: anamnezdə Rh -
izoimmunizasiyaya səbəb olan amillərin aşkarlanması və onların
əsasında hazırkı hamiləlik zamanı risk dərəcəsinin
müəyyənləşdirilməsi (yüksək, orta və ya aşağı)
10,11
Yüksək risk. Anamnezdə:
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
Rh-izoimmunizasiya səbəbindən dölə b/d qan
köçürülməsi
hamiləliyin 34-cü həftəsinədək doğulan yenidoğulmuşa
əvəzedici qan köçürülməsi
DHX-nin ödem forması səbəbindən dölün ölümü
Orta risk. Anamnezdə:
Rh-izoimmunizasiya səbəbindən doğuşun vaxtından əvvəl
induksiyası
hamiləliyin 34-cü həftəsindən sonra doğulan
yenidoğulmuşa əvəzedici qan köçürülməsi
əvvəlki hamiləliklərdən (nəticəsindən asılı olmayaraq:
doğuş, abort, uşaqlıqdankənar hamiləlik və s.) sonra anti-
D immunprofilaktikanın aparılmaması
Aşağı risk. Anamnezdə:
əvvəlki hamiləliklər zamanı müəyyən edilmiş Rh-
izoimmunizasiya səbəbindən doğuşun vaxtından əvvəl
başa çatdırılmasına göstərişin olmaması və sağlam uşağın
doğulması
2. Laborator müayinələr:
Tibb müəssisəsinə ilk müraciətdə bütün hamilə qadınlarda
qan qrupunun və Rh mənsubiyyətinin müəyyən edilməsi
(B)
3
Anada Rh– qan olduqda, atanın qan qrupu və Rh
mənsubiyyətinin müəyyən edilməsi
3,4,7,11
Atada Rh+ qan olduqda, Rh– ananın venoz qanında a/c
titrinin müəyyən edilməsi hamiləliyin erkən müddətlərində
tibb müəssisəsinə ilk müraciət zamanı aparılmalıdır (B)
4
.
Hamiləliyin gedişində a/c titrinin müayinə tezliyi hamiləliyin
sayca neçənci olduğundan, əvvəlki müayinələrdə a/c-nin
titrindən, doppler müayinəsində dölün vəziyyətindən asılıdır
(B)
4
. A/c-nin titri 1:8 və ondan yuxarı olduqda klinik
əhəmiyyətli hesab olunur; dölün zədələnməsi və anemiyası
a/c-nin titri ≥1:64 olduqda qeyd olunur
9
. Klinik səhvə yol
verməmək üçün dinamikada a/c titrinin müqayisəsi eyni
laboratoriyada aparılmalıdır (Əlavə 1)
bax: “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol”. Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi, Bakı - 2008. – 20 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
11
Dölün qan qrupu və Rh mənsubiyyətinin təyini hazırkı
hamiləlik zamanı döldə orta beyin arteriyasında qanaxını
sürəti artdıqda, anada a/c-nin titri kritik göstəricilərə çatdıqda
və əvvəlki hamiləliklərdə DHX/YHX barədə məlumat
olduqda aparılır (müayinə üçün şərait olarsa). Müayinə qeyri-
invaziv üsulla (ananın venoz qanında) və ya invaziv üsullarla
(amniosentez, kordosentez, xorion xovlarının biopsiyası)
aparıla bilər
4,6,9,12
Doğuş zamanı göbək ciyəsindən götürülmüş qanda
yenidoğulmuşun qan qrupu, Rh mənsubiyyəti, Hb, Ht və
bilirubin təyin edilir
4
3. Dölün vəziyyətinin qiymətləndirilməsi: Rh-izoimmunizasiya
nəticəsində onda yaranan dəyişikliklərin erkən aşkarlanması və
dinamikada vəziyyətinə nəzarət edilməsi məqsədilə aparılır. Bu
döldə sürətlə inkişaf edən anemiyanın vaxtında aşkarlanması və
DHX-nin müalicə taktikasının düzgün seçilməsi üçün çox
əhəmiyyətlidir: b/d hemotransfuziya və ya doğuş başa
çatdırıldıqdan sonra yenidoğulmuşun müalicəsi.
Dostları ilə paylaş: |