İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
► Hipotenziv müalicə ağır preeklampsiyalı qadınlarda və
hamiləliyi vaxtından əvvəl doğuşla başa çatmış qadınlarda
zahılıq dövründə də davam etdirilməlidir. (B)
► Zahılıq dövründə ağır hipertenziyanın müalicəsi sistolik arterial
təzyiqi 160 mm.c.süt.-dan, diastolik arterial təzyiqi 110
mm.c.süt.-dan aşağı səviyyədə saxlamağa yönəldilmişdir. (C)
► Yanaşı ağırlaşmaları olan qadınlarda doğuşdan sonrakı dövrdə
arterial təzyiqin orta dərəcədə artması zamanı hipotenziv
müalicə təyin oluna bilər. (D)
► Hipotenziv terapiya – nifedipin, labetolol, metildopa, kaptopril,
enalapril preparatları döşlə əmizdirdikdə belə istifadə oluna bilər
► Zahılıq dövründə hipertenziyanı tənzimləmək çətin olduqda,
oliquriya qeyd olunduqda, kreatininin səviyyəsi yüksək olduqda,
trombositlərin miqdarı 50x10
P
9
P
/l-dən az olduqda qeyri-steroid
iltihab əleyhinə preparatlar təyin etmək olmaz. (D)
► Preeklampsiyalı qadınlara, xüsusilə keysəriyyə
kəsiyi
əməliyyatından sonra və ya 4 gündən artıq yataq rejimi təyin
edilmiş qadınlara doğuşdan sonrakı dövrdə tromboprofilaktika
təyin etmək olar (tromboprofilaktikanın aparılması qərarı
koaquloqrammanın nəticəsinə əsaslanmalıdır).
► Ağır preeklampsiyalı qadınlarda keysəriyyə əməliyyatından
sonrakı dövrdə maqnezium sulfatın yeridilməsi davam
etdirilməlidir.
► Əməliyyatdan sonra maye qəbuluna ciddi nəzarət edilməlidir.
Standart rejim 80ml/saat ( vena daxili yeridilən maqnezium-
sulfat və qadının daxilə qəbul etdiyi maye daxil olmaqla).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.