26
Əlavə 2
Hamilə qadının tibb müəssisəsinə köçürülməsi
1. Hamilə qadının həyatı tibb personalın fəaliyyətinin cəldliyindən
asılıdır.
2. Təcili yardım briqadası tez çağırılmalı və ya hamilə qadının
stasionara təcili göndərilməsi təmin edilməlidir. Tez və başa
düşüləcək tərzdə qadına (huşu aydındırsa) və / və ya yoldaşına
nə baş verdiyini anlatmaq lazımdır. Hamilənin köçürülmələri
yalnız təkərli xərəkdə mümkündür.
3. Qadını sol tərəfə çevirmək və maska vasitəsi ilə oksigen
təchizatını təmin etmək lazımdır.
4. Maqnezial terapiya həyata keçirilir, hemodinamik nəzarət və
qeydlər aparılır
5. Protokola uyğun olaraq antihipertenziv preparatlar təyin olunur
6. Qıcolma baş verdikdə, qadın travma ala bilməyəcəyi yerə
uzadılır (düz yerə)
7. Qıcolma zamanı qadını tutmaq lazım deyil; güclə ağzına diltutan
və ya ağızgenişləndirici salmaq olmaz. Bunları qıcolmadan
əvvəl etmək lazımdır (dilinə sıxac qoymaq olmaz).
Dostları ilə paylaş: