səbəblər:
Şiş
Disk sahəsinin
infeksiyası
Epidural abses
Sınıqlar
Digər səbəblər:
Sınıqla müşayiət
olunan osteoporoz
Spondilolistez:
Anadangəlmə
İstmik
Degenerativ
Travmatik
Şişlə bağlı
Oma-qalça
oynağının
disfunksiyası və
artriti
Faset oynaq
sindromu və artriti
Diskin daxili
cırılması
Beldə uğursuz
əməliyyat sindromu
Səbəblər:
Disk yırtığı
Spinal stenoz
Araxnoidit
Bel ağrısının
irradiasiyasını
imitasiya edən yerli
patologiya:
Bud-çanaq oynağının
osteoartriti
Bud sümüyü başının
aseptik nekrozu
Oturaq sinirinin təzyiq,
gərilmə və ya
armudvari əzələdə
boğulması səbəbindən
zədələnməsi
Bel nahiyəsində
yayılmış tsiklik ağrılar
– oturaq sinirinin/oma
kələfinin endometriozu
Çanaqdaxili şişlər –
xoş və ya bədxassəli
İncik sinirinin incik
sümüyünün başı ilə
sıxılması
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
Fizikal müayinə
Fizikal müayinə aşağıdakı suallara cavab verməlidir:
Ağrı spesifik anatomik nahiyədə əmələ gəlirmi?
Nevroloji defisit varmı?
Təhlükəli somatik patologiyaya dəlalət edən hər hansı
diaqnostik əlamət varmı?
Xəstədə ağrı təzahürünün həcmi və müvafiqliyi necədir?
Ümumi müayinə beldə ağrı olan nahiyəni və belin hərəkətlilik
dərəcəsini, o cümlədən bükülmə, açılma və yanlara hərəkət
dərəcələrini əhatə etməlidir (bax cədvəl 4).
Cədvəl 4. Əzələ qüvvəsinin və reflekslərin qiymətləndirilməsi
Yerləşmə
Əzələ qüvvəsinə
aid sınaq
Onurğa
beyninin
səviyyəsi
Refleks sınaqları
Onurğa
beyninin
səviyyəsi
Barmaqlar
Topuq
Diz
Bud-
çanaq
Pəncənin bükülməsi
Pəncənin açılması
Pəncənin
bükülməsi
Pəncənin açılması
Açılma
Bükülmə
Bükülmə
Uzaqlaşdırma
Daxili rotasiya
Yaxınlaşdırma
S-1
L-5
S-1
a
L-4, L-5
L-3,4
L-5, S-1
L-2, 3
L-5, S-1
L-5, S-1
b
L-3, 4
Axil
Medial dizaltı vətər
c
Dizüstü
Babinski
S-1
L-5
L-4
Motor
neyron-
ların
funksiya-
sına aid
sınağıdır
a
Topuq oynağından pəncənin bükülməsi – ayaq üstə olarkən bir ayağı üstə 5 dəfə pəncəyə qalxmaq.
b
Daxili rotasiya – xəstə oturaq vəziyyətdə dizlər bir yerdə, pəncələr aralı, müayinə edən pəncələri
birləşdirməyə çalışır.
c
Xəstə oturaq vəziyyətdə, müayinə edən medial dizaltı vətəri palpasiya edir və eyni əlini cəld
perkussiya edir. Bu zaman dizaltı əzələnin yığılması hiss edilir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
14
Məqsədli müayinələrə əzələ gücü, reflekslər və hərəkətin
amplitudasının öyrənilməsi daxildir. Əzələ gücü müayinələri onun
tam innervasiyasının qiymətləndirilməsi üçün hər bir əzələnin
qüvvəsinin ölçülməsini əhatə etməlidir. Xüsusilə çətin hallarda: iki
əzələ müxtəlif sinirlərlə, lakin eyni kökcükdən innervasiya olduğu
zaman və bütün reflekslərin anormal olduğu halda, həqiqi
radikulopatiyanın müəyyən edilməsi daha dəqiq olur. Çox sayda
kökcüklərdə nevroloji pozuntular ciddi spinal və ya nevroloji
problemlərə işarə edir.
Medial dizaltı vətər refleksi L-5 ilə innervasiya olunur və az
hallarda yoxlanılır. Xəstə oturaq və ya uzanıqlı vəziyyətdə, dizlər
90
bükülür, bir əl dizaltı vətərin olduğu yeri palpasiya edir (dizin
arxa hissəsi). Digər əldəki diaqnostik çəkic birinci əlin perkussiyası
üçün istifadə edilir. Xəstədə vətərin cüzi aktivləşməsi hiss olunur və
dizin bükülməsi müşahidə olunur.
Müəyyən anatomik strukturda ağrının bərpası, zədələnmənin
somatik patologiyadan fərqli olaraq, “mexaniki” olmasına dəlalət
edir. Bu, spesifik spinal pozuntuya da işarə ola bilər. Belin
palpasiyası, həmçinin bükülməsi və açılması, adətən, mexaniki və
somatik pozuntuların bir-birindən diferensiasiya edilməsi üçün
istifadə olunur.
Müsbət düz ayaq sınağı ağrının dizdən aşağı irradiasiya etməsini
nəzərdə tutur. Düz (açıq) ayağın qaldırılması sınağı 90%-dən çox
hallarda diskin yırtığı etiologiyalı, klinik qabarıq ifadə olunmuş
radikulopatiyanı müəyyən etməyə imkan verir; daha az rast gəlinən
yüksək lümbal disk yırtıqları zamanı budun gərilməsi sınağı
təxminən 50% hallarda həssasdır.
Müayinəyə, eyni zamanda Qordon Vadelin (Gordon Waddel)
“qeyri-üzvi ağrının” beş əlaməti daxil edilməlidir. Beş əlamətdən
üçü və ya daha çoxu müşahidə edilirsə, xəstənin ağrı hissiyyatında
böyük ehtimalla psixogen komponent mövcuddur:
Müayinə zamanı həddindən artıq reaksiya
Sınağın simulyasiyası. Aksial təzyiq (başın üstdən basılması) və
ya çanağın və çiyinlərin eyni səthdə rotasiyası zamanı ağrının
olması sınağın müsbət olmasını göstərir (yəni xəstə simulyasiya
edir)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
15
Diqqətin yayındırılması ilə sınağın aparılması. Diqqətin
yayındırılması ilə oturaq vəziyyətdə düz ayağın qaldırılması
sınağı (məsələn, Babinski refleksinin yoxlanılmasını imitasiya
edərək oturaq vəziyyətdə dizdə ayağı açın)
Səthi, qeyri-anatomik və ya dəyişkən gərginlik. Bel səthində
qatlanılmış dəri büküşünün diyirləndirilməsi (sürüşdürülməsi)
zamanı ağrının kəskin şəkildə güclənməsi. Gərginlik zonalarını
qeydə alın və rəyin təsdiqlənməsi üçün sonra təkrar müayinə edin
Qeyri-anatomik motor və ya sensor pozuntular. Hissiyyatın
itməsinin dermatomalara uyğun olmaması və ya bütün ayaqda
hissiyyatın itməsi və ya gücün olmaması və ya əzələ gücü sınağı
aparılan zaman aşkar zəiflik göstərilməsi müsbət hesab olunur
İki və daha çox bu əlamətlərdən olması cərrahi proqnozun pis
olmasına dəlalət edir, lakin pis bərpa proqnozunu göstərmir. Onları
az rast gəlinən simulyasiya üçün spesifik hal kimi interpretasiya
etmək düzgün olmazdı. İlkin tibb yardımda bunu daha çox xəstənin
ağrı şikayətlərinin müvəffəqiyyətli müalicə üçün etibarlı yardımçı
olmayacağı və xəstənin əmək qabiliyyətinin itməsinin xronik
formaya keçməsinə xəbərdarlıq kimi qəbul etmək lazımdır.
Diaqnostik sınaqlar
Qanın tam ümumi analizi və eritrositlərin çökmə sürətinin təyini
bahalı müayinə deyil, lakin BA səbəbləri kimi xərçəng və ya
infeksiyaya şübhə olduqda effektivdir. Təhlükə əlamətlərinin
olmadığı və ya ağrının, yaxud zəifliyin artması zamanı vizuallaşdıran
diaqnostika üsulları simptomların ilk 3-4 həftəsində bir o qədər də
informativ deyil. Beldə ağrı 4-6 həftədən çox olduğu halda əlavə
müayinələr tələb oluna bilər. Radikulyar ağrılar (ayaqda ağrı və
zəiflik) 4 həftə ərzində dəyişilməz qalırsa, təxirəsalınmadan əlavə
müayinələr aparılmalıdır. Yenidən qiymətləndirmə, təhlükə
əlamətlərinin təkrar qiymətləndirilməsi və ya BA-nın qeyri-spinal
səbəblərinin aşkarlanması məqsədi ilə anamnezin yenidən toplanması
və klinik müayinələrin yenidən aparılmasından başlanır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
16
İnstrumental müayinə
MRT, KТ, KT-mieloqrafiya
Kəskin bel ağrıları olan xəstələrə qeyd edilmiş vizuallaşdırma
üsullarının tətbiq edilməsinin məqsədi medikamentoz və ya cərrahi
müalicə imkanlarının müəyyən edilməsindən ibarətdir.
Vizuallaşdırma müayinə üsullarının nəticələri klinik mənzərə və
fiziki müayinə məlumatları ilə uyğunlaşmalıdır. MRT 50%-dən çox
asimptomatik yaşlı insanlarda onurğa kanalında degenerativ
dəyişikliklər və problemlərin olduğunu göstərir; 30 yaşda
asimptomatik disk yırtığının rast gəlmə tezliyi təxminən 20% təşkil
edir. Vizuallaşdırma müayinə üsullarının nəticələri klinik müayinə
üsullarının nəticələri ilə uyğun olmadığı halda bir o qədər
əhəmiyyətli olmaya bilər.
Belə müayinələr aşağıda göstərilmiş klinik vəziyyətlərdən biri və
ya bir neçəsi olan xəstələrdə mütləq keçirilməlidir: (hamiləlik zamanı
KT tövsiyə olunmur, MRT planlaşdırılarsa, radioloqun məsləhəti
mütləqdir.)
Anamnez, klinik və ya digər müayinələrin nəticələri bel nahiyəsi
ilə əlaqəli digər ciddi problemin olduğuna işarə edir, məsələn, at
quyruğu sindromu, onurğa sütununun sınığı, infeksiya, şiş və ya
digər yayılmış zədələr və ya qüsurlar
Beldə 4 həftədən çox müddət olan irradiasiya edən ağrılar sinir
köklərinin sıxılmasının fizioloji sübutları ilə müşayiət olunur və
bu əlamətlərin mövcud olması cərrahi müdaxiləni və inyeksiyanı
müzakirə etmək üçün kifayətdir
Yaşlı xəstələrdə, inyeksiya və cərrahi müdaxilə üçün kifayət
qədər ciddi olan klinik simptomlarla müşayiət olunmaqla,
anamnezlərində onurğa sütununun stenozuna dəlalət edən keçici
axsama və digər əlamətlər olduğu halda
Beldə kəskin ağrıları olan və cərrahi əməliyyat keçirmiş
xəstələrdə kontrastlı MRT disk yırtığı residivini əvvəlki cərrahi
əməliyyatla bağlı olan çapıq toxumasından ayırd etmək üçün seçim
vizuallaşdırma üsuludur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
17
EMQ
Radikulopatiya diaqnozu klinik olaraq aydın olduqda EMQ
testləri tövsiyə olunmur. Xəstədə 3 aydan çox davam edən ciddi
radikulopatiya əlamətləri əmələ gəlməyənədək gizli sinir
zədələnmələri zamanı EMQ nəticələri etibarlı olmaya bilər. EMQ
neyropatik risk amilləri olan (məsələn, alkoqol və ya diabet)
xəstələrdə nevroloji pozuntuların aşkar edilməsi üçün yardımçı ola
bilər.
Vizuallaşma metodları ilə birlikdə, aşağı ətrafların və paraspinal
əzələlərin EMQ-si aşağıdakı hallarda faydalı ola bilər:
4 həftədən çox müddətdə olan və vizuallaşdırma müayinə
üsullarında sinir köklərinin aşkar zədələnməsi ilə müşayiət
olunmayan beldə irradiasiya edən məhdudlaşdırıcı ağrı olan
xəstələrdə
Vizuallaşdırma üsullarında aşkar edilmiş zədələnmələrin klinik
vəziyyətlə üst-üstə düşmədiyi xəstələrdə (EMQ-nin yanlış
müsbət nəticəsi ehtimalı kifayət qədər aşağıdır)
Vizual müayinədə disk yırtığı əlamətinin olmadığı halda beldə
irradiasiya edən ağrı və nevroloji defisiti olan xəstələrdə beldə
irradiasiya edən ağrı
səbəbinə
dəlalət edə biləcək
neyropatiyaların, radikulitin və fokal zədələnmələrin
qiymətləndirilməsi məqsədi ilə
MRT-də bir neçə səviyyədə patologiya tapılarkən və fiziki
müayinələrin bunlardan hansının daha çox klinik əhəmiyyət kəsb
etməsini təyin edə bilmədikdə
Rentgenoqrafiya
Təhlükə əlamətləri olmadığı və ya klinik müayinələr ciddi
problemə işarə etmədiyi hallarda 4-6 həftə ərzində beldə kəskin
ağrıdan əziyyət çəkən xəstələrdə rentgenoqrafiya olunması tövsiyə
edilmir.
Beldə kəskin ağrı olan xəstələrdə sınıqların istisna edilməsi
məqsədi ilə adi rentgenoqrafiya aparılması aşağıdakı təhlükə
əlamətləri olduğu zaman tövsiyə olunur:
yaxın zamanda ciddi travma (hər yaşda)
yaxın zamanda cüzi travma (yaşı 50-dən çox olan xəstələrdə)
anamnezdə steroidlərin uzunmüddətli qəbulu
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
18
osteoporoz
yaşın 70-dən çox olması.
EÇS və qanın ümumi analizi ilə birlikdə adi rentgenoqrafiya
aşağıdakı təhlükə əlamətləri olan xəstələrdə törəmənin və
infeksiyasının istisna edilməsi üçün faydalı ola bilər:
bundan əvvəl uzunmüddətli steroid qəbulu
gecələr və ya yuxu zamanı pisləşən bel ağrıları
çəkinin izahı olmayan azalması.
Təhlükə əlamətləri olduğu halda, xüsusilə törəmə və ya
infeksiyaya şübhə olunduqda, sümüklərin skanlaşdırılması, KT və ya
MRT kimi digər vizuallaşdırma üsullarının istifadə edilməsi, adi
rentgenoqrafiya heç bir dəyişikliyin olmadığını göstərsə belə, faydalı
ola bilər. Spinal degenerativ dəyişikliklərin, skoliozun,
spondilolistezin və ya anadangəlmə anomaliyaların skrininqi
məqsədi ilə bel nahiyəsinin rentgenoqrafiyası nadir halda faydalı
klinik məlumat verir. Hamiləlik zamanı rentgenoqrafiyadan
çəkinmək lazımdır.
Sümüklərin skanlaşdırılması
Kəskin ağrılar zamanı sümüklərin skanlaşdırılması təhlükə
əlamətləri əsasında törəmə, infeksiya və ya gizli sınığın olmasına
şübhə edildikdə tövsiyə olunur. Hamiləlik zamanı sümüklərin
skanlaşdırılması əks göstərişdir.
Kəskin və xronik ağrının proqnozu
İrradiasiya etməyən bel ağrısı olan xəstələrin böyük
əksəriyyətində 6 həftə ərzində ağrılar keçir. İrradiasiya edən bütün
xəstələrin yarısı həmin dövrdə özbaşına sağalır. Vaxt uzandıqca
proqnoz pisləşir: xəstələrin kiçik bir hissəsi təxminən 3 ay müddətinə
əmək qabiliyyətini itirmiş olur və onların 50%-dən azının bərpa
olunmaq şansı olur; təxminən bir il işləyə bilməyənlərin yalnız
10%-də müalicə almadıqda tam bərpa olunma şansı olur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
19
Beldə kəskin ağrılar diaqnozlu xəstələrə yanaşma
İlk gəliş
Ətraflı anamnez toplamaq, ümumi müayinə, zəruri ilkin
fizikal müayinələr aparmaq
Ciddi xəstəliyə, o cümlədən psixoloji və sosial risklərə, əmək
qabiliyyətinin xronik itirilməsinə işarə edən təhlükə
əlamətlərinə görə qiymətləndirmənin aparılması. Adətən
diaqnostik müayinələr tələb olunmur (С)
Xəstəyə müsbət proqnoz barədə məlumatın verilməsi (В)
Müalicə ilə bağlı tövsiyələrə daxildir: buz (D), QSİƏD (А) və
gündəlik fəaliyyətə qayıdış – yataqda dincəlmə tövsiyə
olunmur (А) (Artıq SOQ-2 inhibitorları ənənəvi QSİƏD-dən
daha effektli sayılmır və təyinatı üzrə işlənməlidir) (А)
İşə və ya gündəlik həyat rejiminə qayıtmazdan əvvəl diqqətli
klinik müşahidə (D)
İlk 2 həftə (kəskin dövr). Əmək qabiliyyətinin itirilməsi davam
edirsə, fizioterapevtin məsləhəti haqda düşünün (А) (xüsusilə işə
qayıtmaqla bağlı psixososial risklər olduğu hallarda)
Radikulyar ağrılar zamanı 2-4 həftəlik dövr. yaxşılaşma baş
vermədiyi zaman MRT (В) və ya KT etmək lazımdır. Məlumat
yetərli olmadığı halda EMQ edin. Patologiya təyin edildiyi halda
təcili olaraq fizioterapevtin, nevropatoloqun və ya cərrahın
konsultasiyası təşkil olunmalıdır (А). Patologiya təyin edilmədiyi
halda xəstəni fizioterapevtə və ya nevropatoloqa göndərin (D)
6 həftəlik dövr (yarım-kəskin dövr). Əmək qabiliyyəti
məhdudlaşdırılmayıbsa, bərpa proqramı məsələsinin müzakirə
edilməsi üçün fizioterapevtə və ya nevropatoloqa göndəriş tələb
olunur (А)
Təxminən 12 həftəlik dövr (xroniki). Həyatda və ya işdə əmək
qabiliyyətinin itirilməsi hələ də davam edirsə, kompleks bərpa
proqramı üçün mütləq fizioterapevtə və ya nevropatoloqa
göndəriş tələb olunur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
20
Müxtəlif müalicə üsulları
İsti və soyuq
. Xəstələrin özləri tərəfindən qoyulan buz (nəm
dəsmala bükülmüş plastik paketlərdə və 20 dəqiqəlik qoyulan) ağrını
müvəqqəti azaldır və iltihab əleyhinə təsirə malikdir. İsti (isti dəsmal,
duş və ya isti paket formasında) və yayındırıcı terapiya xəstənin
fikrini ağrıdan yayındırır və əzələlərə boşaldıcı təsir göstərə bilər.
Spinal manipulyasiyalar. Beldə aparılan manipulyasiyalar
(manual terapevtlər, həkim-osteopatlar və ya xüsusi təlim almış
fizioterapevtlər tərəfindən aparılan) nəzarət edilən randomizasiya
olunmuş tədqiqatların nəticəsinə əsasən ağrı simptomlarını
yüngülləşdirir (B). Yüngülləşmə tez baş verdiyinə görə xəstələrin
razılığı kifayət qədər yüksəkdir, lakin bu xəstənin tam sağalmasına
gətirib çıxarmır.
Məşğələlər
Xüsusi gimnastika – xəstələr üçün fərdi məşğələlərin seçilməsi.
MakKenzi məşğələsi
– adətən gövdənin ekstensiyası
hərəkətlərindən ibarət olan, “ağrının mərkəzləşdirilməsi” üçün
uyğunlaşdırılan xüsusi məşğələlər proqramı - irradiasiya olunan
kəskin BA-nın azaldılması üçün effektiv ola bilər. Sadə və tədricən
artırılan aerob və belin gücləndirilməsi məşğələləri proqramı fiziki
passivliklə bağlı zəifliyin qarşısını ala bilər. Belə olan yükün
minimuma endirilməsi ilə edilən aerob məşqləri proqramı (gəzinti,
velosiped sürmə və ya üzgüçülük) kəskin BA olan əksər xəstələr
üçün ilk 2 həftə ərzində başlana bilər. Tədricən müsbət nəticələrə
aparan məşğələ yükünün nizamlanmasına dair tövsiyələr, ağrı əmələ
gəldiyi zaman məşğələlərin dayandırılmasına dair şifahi məlumatdan
daha effektivdir.
Digər müalicə növlərinin effektivliyi. Digər daha mürəkkəb
müalicə növləri, məsələn ultrasəs, diatermiya, fonoforez və ya
diaqnoz təsdiq ediləndən sonra
Bu üsullar hal-hazırda Azərbaycanda tətbiq edilmir, lakin dünya praktikasında bu üsullardan geniş
istifadə olunur.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
21
ionoforez, dəridən elektrostimullaşdırma (TENS) və s. effektivliyi
sübut olunmayıb (B). Müalicəyə əlavə edildiyi zaman onlar yalnız
xərcləri əhəmiyyətli dərəcədə artırır.
Xüsusi hazırlanmış dabanlıqlar sərt səthlərdə uzun müddət ayaq
üstə duran işçilər üçün ayağa düşən yükün azaldılması üçün
faydalıdır. Bel korsetləri və ya kəmərlər dəstəkləyici təsirə malik
deyil və ədəbiyyata əsasən effektiv müalicə vasitələri deyil. Traksiya
(dartma) aydın terapevtik təsirə malik deyil.
Dostları ilə paylaş: |