Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 iyun 2013-cü il tarixli



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix01.01.2017
ölçüsü2,34 Mb.
#4087
1   2

Qızdırıcılı çarpayı – bu kompleks, qızdırıcı elementdən, 

paneldən, su (helium) döşəyindən və parça “yuva”dan ibarətdir  

(şəkil 1). Çarpayının qızdırıcı elementi su (helium) döşəyinin stabil 

temperaturunu 37°С sərhədində saxlayır.  



 

 

Şəkil 1. Qızdırıcılı çarpayı 

 

Üstünlükləri: 

 

“dəri-dəriyə” təması əvəz edir 



 

yenidoğulmuş uşağa rahat yaxınlaşmanı təmin edir 



 

ana ilə uşağın təmasını təmin edir 



 

hipo və hipertermiya baş verməsi riskini azaldır 



 

infeksiyalaşma riski minimaldır  



 

istifadədə sadə, etibarlı və əlverişlidir 



Qüsurları: 

 



ekstremal az kütləli yenidoğulmuş  uşaqlara (1 kq-dan az) 

optimal temperatur rejimi yaratmaq və saxlamaq mümkün 

deyil 



 



intensiv terapiya (ASV, infuzion terapiya və s.) tələb 

olunan uşaqlara qulluq üçün narahatdır 

İş rejimi: Əvvəlcədən isidilmiş su (34-35°С) ilə su döşəyini 

doldurub, çarpayının qızdırıcı elementinin idarəetmə blokunu işə 

salmalı və suyun lazımi temperatura (37°С) çatmasını gözləməli (səs 

və vizual hazırlıq siqnalı  işə düşür). Soyuq sudan istifadə olunarsa 

həyəcan siqnalı çalır, xəbərdarlıq edir ki, qızdırıcı element verilmiş 

vaxt  ərzində suyu qızdırmaq iqtidarında deyil. Qızdırıcılı çarpayı 

istifadə olunur: 

 12


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 13

 



kütləsi 1 kq-dan yuxarı, stabil vəziyyətdə olan vaxtından 

əvvəl doğulmuş uşaqların bəslənməsi üçün  

 

termotənzimlənməsi pozulmuş yenidoğulmuşlar üçün  



İnkubator – lazımi temperatur, nəmliyi yaradan və saxlayan, 

izolə olunmuş sahəyə malik avadanlıqdır. İnkubator şəffaf qapaqdan 

(bir və ya iki divarlı), havanın alınması, qızdırılması  və 

nəmləndirilməsi sistemindən və idarəetmə blokundan ibarətdir. 

İnkubatora əlavə olaraq elektron tərəzi, oksigen verilməsi sistemi və 

s. quraşdırıla bilər. 

Üstünlükləri: 

 



yenidoğulmuş  uşaq üçün optimal mikroiqlim (temperatur, 

rütubət) yaratmaq imkanı  

 

ekstremal az kütləli yenidoğulmuş  uşaqları (1 kq-dan az) 



bəsləmək imkanı 

 



intensiv terapiya tələb olunan uşaqlara  rahat  qulluq     

(məs.: ASV, infuzion terapiya) 

 

yenidoğulmuş 



uşağın vəziyyətini daim klinik 

qiymətləndirmək imkanı (məs.: dərinin rəngi, tənəffüsün 

xarakterini və s.) 

Qüsurları: 

 

prosedur və manipulyasiyaların aparılması zamanı xəstəyə 



yanaşmağın narahat olması 

 



ananın uşaq ilə təmasının olmaması 

 



iş rejimi düzgün seçilmədikdə hipo və hipertemiyanın 

başvermə riski 

 

düzgün işlənmədikdə infeksiyalaşma riski 



 

istifadəsinin mürəkkəbliyi 



İş rejimi: Temperaturun saxlanması rejiminin əllə tənzimlənməsi

İnkubatorda havanın lazımi temperaturu və onun sərhədləri tibb 

personalı  tərəfindən, yenidoğulmuş  uşağın hestasiya və postnatal 

yaşından, doğularkən bədən kütləsindən asılı olaraq əllə quraşdırılır 



(cədvəl 1 bax). İnkubatorun temperaturunun təyin edilmiş sərhədləri 

başqa faktorlardan da asılı ola bilər  (cədvəl 2 bax). Yenidoğulmuş 

uşağın inkubatorda yetişdirilməsi zamanı 

uşağın bədən 

temperaturunu inkubatorun idarəetmə blokuna qoşulmuş temperatur 

ötürücü ucluğunun və ya adi termometrin köməyi ilə fasiləsiz və ya 

müntəzəm ölçmək lazımdır. Verilən rejim istifadə olunur: 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 14

 



inkubator işə salınan zaman və verilən temperatur 

parametrləri əldə edilənə qədər  

 

stabil termotənzimlənməsi olan xəstə  və vaxtından  əvvəl 



doğulan yenidoğulmuşların bəslənməsi zaman 

 



bədən temperaturuna nəzarət etməklə uşağı isidən zaman 

 

Cədvəl 1. İnkubatorun tövsiyə olunan temperaturu 



Müxtəlif bədən kütləli yenidoğulmuşlar üçün inkubatorun optimal 

temperaturu 

Yaş 

<1000 q. 

1000 -

1500 q 

1500 -

2000 q 

2000 -

2500 q 

>2500 q 

0-6 saаt 36,7-36,2 

36,2-35,4 

35,7-34,2 

34,8-33,6 

34,8-32,7 

6-12 saаt 

36,7-36,0 

36,2-35,4  35,7-34,1  34,8-33,0  34,8-32,0 

12-36 saаt 36,6-35,9 36,0-35,2 35,6-34,1 34,7-32,5 34,7-31,6 

24-36 saаt 

36,5-35,9 

35,9-35,1  35,5-34,0  34,7-32,3  34,4-31,2 

36-48 saаt 36,5-35,9 35,9-35,0 35,4-33,9 34,6-32,0 34,2-31,0 

48-72 saаt 

36,4-35,8 

35,9-34,8  35,2-33,6  34,4-31,8  34,1-30,6 

72-96 saаt 36,3-35,7 35,8-34,7 35,1-33,5 34,2-31,7 33,6-30,2 

4-5 gün 

36,3-35,6 

35,7-34,4  35,0-33,3  34,1-31,6  33,4-29,9 

5-6 gün 


36,2-35,5 

35,6-34,3  34,9-33,2  33,9-31,6  33.1-29,8 

6-8 gün 

36,0-35,2 

35,5-34,1  34,8-33,0  33,8-31,6  32,5-29,3 

8-10 gün 

35,9-35,1 

35,2-34,0  34,6-32,8  33,5-31,6  32,5-29,3 

10-12 gün 

35,8-34,9 

35,0-33,9  34,4-32,7  33,4-31,6  32,0-29,3 

12-14 gün 

35,7-34,7 

35,0-33,4  34,3-32,6  33,3-31,6  31,4-29,3 

2-3 həftə 

35,6-34,1 

35,0-33,0  34,2-32,4  33,2-31,0 

 

3-4 həftə 35,2-33,6 



34,6-32,3 

34,1-32,0 

33,0-30,4   

4-5 həftə 

34,7-33,3 

33,9-31,8  33,9-31,5  32,6-29,9 

 

5-6 həftə - 



33,1-31,0 

31,8-29,3 



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 15

Cədvəl 2. İnkubatorun lazımi temperatur seçiminə təsir edən faktorlar 

İnkubatorun temperatur seçiminə təsir 

edən faktorlar 

Tədbirlər 

Termometr inkubatorun küncündədir 

1-0,5°С azaltmalı 

Fototerapiya 

1-1,5°С azaltmalı 

Otağın temperaturu: 

                                                  30°С 

                                                  23°С 

 

0,5°С azaltmalı 



0,5°С artırmalı 

İnkubatorda nəmlik 100% 

0,5°С azaltmalı 

İnkubator istilik mənbəyinin  

(məs.: batareya) və ya soyuğun  

(məs.: soyuq divar, pəncərə) yaxınlığındadır 

Azaltmalı və ya 

artırmalı  

(müxtəlif dərəcədə) 

İnkubator ikiqat divarlıdır və ya örtüklə 

örtülüdür 

Azaltmalı  

(müxtəlif dərəcədə) 

Yenidoğulmuşda hipertermiyadır Azaltmalı  

(müxtəlif dərəcədə) 

Temperaturun saxlanmasının avtomatik rejimi. Havanın verilən 

temperaturu  əldə olunduqdan sonra tibb personalı  əllə inkubatorda 

uşağın dərisinin lazımi temperaturunu və onun sərhədlərini qurur. 

İnkubatorun idarəetmə blokuna qoşulmuş temperatur ötürücü ucluğu 

yenidoğulmuşun dərisinə  təsbit edilir və inkubator avtomatik iş 

rejiminə keçir. İnkubatorda havanın temperaturu yenidoğulmuşun 

dəri temperaturundan və verilən parametrlərdən asılı olaraq 

avtomatik tənzim olunur. Verilən rejim istifadə olunur: 

 

xüsusilə qeyri-stabil termotənzimlənməsi olan xəstə  və 



vaxtından  əvvəl doğulan yenidoğulmuşların bəslənməsi 

zamanı 


 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 16

Yenidoğulmuş uşağın normal bədən temperaturu 

T

°

 

Vaxtında 

doğulan 

Vaxtından əvvəl 

doğulan 

Qoltuq altında temperatur 

36,5-37,5

°С

 36,3-36,9



°С

 

Dəri temperaturu 



36,0-36,5

°С

 36,2-37,2



°С

 

Mərkəzi temperatur (oral, rektal) 



36,5-37,5

°С

 36,5-37,5



°С

 

Yenidoğulmuş uşağın bədən temperaturunun ölçülmə tezliyi 

Yenidoğulmuş  uşağın bədən temperaturunun ölçülmə tezliyi və 

vacibliyi onun yaşından, yetişkənliyindən və ümumi sağlamlıq 

vəziyyətindən asılıdır. 

Yenidoğulmuş uşağın normal bədən temperaturunda dəyişikliyə ən 

az şübhə olduqda belə, onu dərhal ölçmək lazımdır! 

Yenidoğulmuş uşağın  temperaturunun məsləhət görülən ölçülmə 

tezliyi: 

Uşağın yerləşdiyi yer 

Т° ölçülmə tezliyi  

Doğum zalında doğulduqdan 30 dəqiqə və 2 saat sonra  

Ana ilə birgə qaldıqları 

palatada 

sutkada 2 dəfə 

İntensiv terapiya 

palatasında 

uşağın vəziyyətindən asılı olaraq 

sutkada 4-8 dəfə 

Reanimasiya palatasında fasiləsiz monitorinq (yaxşı olar) və ya 

sutkada 8 dəfədən az olmayaraq 

Yenidoğulmuş uşağın bədən temperaturunun ölçülməsi 

proseduru 

“Yenidoğulmuşun bədən temperaturunun ölçülməsi” prosedur 

protokoluna bax (əlavə 1).  İstənilən üsulla temperaturun ölçülməsi 

zamanı yadda saxlamaq lazımdır ki, bu manipulyasiya diaqnostikdir 

və uşağı narahat etməməlidir. 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 17

Hipotermiya 

Hipotermiya – yenidoğulmuş uşağın bədən temperaturunun 

36,5°С aşağı olduğu vəziyyətdir. 

Hipotermiya ağırlıq dərəcəsinə görə ayrılır: 

Ağırlıq dərəcəsi 

Yenidoğulmuşun bədən Т° 

Yüngül 


36,0

-

36,4°С 



Orta 

32,0


-

35,9°С 


Ağır 

32,0°С-dən aşağı 



Hipotermiyanın risk faktorları 

Perinatal dövrdə: 

 

vaxtından əvvəl doğuşlar 



 

doğuş zamanı ananın anesteziyası, analgeziyası 



 

dölün hipoksiyası (distressi)  



Neonatal dövrdə: 

 



yenidoğulmuşun həyatının ilk 7-12 saаtında 

 



vaxtından əvvəl doğulma 

 



bətndaxili inkişafın ləngiməsi, hestasiya yaşı üçün az kütlə ilə 

doğulma 


 

infeksiya (sepsis) 



 

hipoqlikemiya 



 

inkişaf qüsurları 



 

hipotireoidizm 



 

аsfiksiya, uzunsürən reanimasiya 



 

hipovolemiya, şok 



Hipotermiyanın səbəbləri 

 



“istilik zənciri”nə riayət edilməməsi 

 



uşağın isidilməsi üçün istifadə olunan avadanlığın işləməməsi 

və ya düzgün istismar olunmaması 

 

manipulyasiyalar və/və ya prosedurlar zamanı istilik rejiminə 



riayət edilməməsi  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 18

 



infuzion terapiya qaydalarına riayət edilməməsi (soyuq 

infuzion məhlullar və ya qanəvəzedicilərin yeridilməsi) 

 

tənəffüsə yardım zamanı soyuq hava-oksigen qarışığı 



verilməsi 

 



termotənzimləmənin mərkəz mənşəli pozulması 

Hipotermiya zamanı yenidoğulmuş uşağın orqanizmindəki 

dəyişikliklər 

1.

 



Periferik damarların daralması (ətrafların görünən sianozu) 

 



qan dövranının mərkəzləşməsi, istiliyin itirildiyi 

periferiyaya qanın daxil olmasının qarşısını alır 

 

vazokonstriksiyanın uzanması toxumaların qan dövranını 



və oksigenasiyasını poza bilər 

2.

 



Ətraflarda hərəki aktivliyin artması 

 



əzələlərdə istilik istehsalının artması 

 



istiliyin itirildiyi səthin azalması 

3.

 



Boz piyin metabolizminin artması 

4.

 



Əsas mübadilənin artması və oksigen sərfinin yüksəlməsi 

5.

 



Enerji sərfinin artması və qlikogen ehtiyatlarının azalması 

6.

 



Ağciyər damarlarının daralması  nəticəsində süd turşusu 

toplandığına görə asidozun inkişafı 

7.

 

Şok və DDL sindromunun (ən ağır hallarda) inkişafı  və 



ölümün baş verməsi 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 19

Hipotermiyanın klinik əlamətləri 

Hipotermiyanın klinik əlamətləri soyumanın dərəcəsindən və 

müddətindən asılıdır 

Simptomların təzahür vaxtı 

Кlinik əlamətlər 

Erkən əlamətlər 

 

avazımış, soyuq dəri 



 

аkrosianoz 



 

hərəki oyanıqlıq 



 

tənəffüs pozulmaları 



Gec əlamətlər  

 

 



mərkəzi sianoz 

 



hərəki süstlük, yuxululuq 

 



hipotoniya 

 



аpnoe 

 



bradikardiya 

 



qusma, qarının köpməsi 

 



оliqo, anuriya 

 



skleredema, sklerema 

 



DDL sindromu, qanaxma 

 



qıcolmalar 

 



koma 

Hipotermiya zamanı nəzarət və müayinə 

İstənilən dərəcəli hipotermiya təyin olunmuş uşağa nəzarət və onun 

temperaturunu müntəzəm ölçmək vacibdir! (C) 

 

 



Aşkar hipotermiya zamanı vacib həyati göstəricilərin (ÜDS, 

tənəffüs, arterial təzyiq, SaO

2

) monitorinqi 



 

Sidik ifrazının qeydiyyatı 



 

Qanda qlükozanın təyini (hipoqlikemiya) 



 

Qanın geniş analizini etməli (sepsis) 



 

Qanın qazlarının təyini (hipoksemiya və asidoz) 



 

Qanın elektrolitlərinin təyini (hiperkaliemiya, dehidratasiya) 



 

Qanda sidik cövhərinin və qalıq azotun təyini (dehidratasiya, 



böyrək çatışmazlığı) 

 



Qanda bilirubinin təyini (hiperbilirubinemiya) 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 20

Hipotermiyanın müalicəsi 

Yenidoğulmuş uşağın isidilməsi 

 

hipotermiyanın əsas səbəbini aradan qaldırmalı (mümkün qədər) 



 

uşağın temperaturunun saxlanması üçün ümumi tədbirləri təmin 



etməli (“istilik zənciri”) (A)  

 



köməkçi vasitələrdən istifadə etməklə, uşağı tədricən isitməli (B):  

 



uşağın bədən temperaturu normallaşana qədər     

(>36,5°С) inkubatorun temperaturunu yenidoğulmuş 

uşağın qoltuqaltı temperaturundan 1-1,5°С yuxarı  təyin 

etməli və saxlamalı 

 

normal temperatur əldə edildikdən sonra inkubatoru 



avtomatik rejimə keçirməli  (B)  və ya inkubatorda 

havanın temperaturunu uşağın yaşından və kütləsindən 

asılı olaraq təyin etməli (сədvəl 1-ə bax

 



isidilmə zamanı  bədən temperaturu 36,5°С çatana qədər 

qoltuqaltı temperaturu hər 30 dəqiqədən bir təyin etməli 

 

sonrakı 4 saatda bədən temperaturunu hər bir saatdan, 



sonralar hər 2-3 saatdan bir ölçməli 

 



aşkar hipotermiya hallarında (mərkəzi  temperatur           

<35°С) isitmənin əlavə vasitələrindən (şüalandırıcı istilik 

mənbəyindən, qızdırıcı döşəkdən və s.) istifadə etməli 

 

əgər uşaqda  şok və ya tənəffüs pozulması  əlamətləri varsa, 



daha ehtiyatla isitməli 

Hipotermiyanın aradan qaldırılmasına kömək edən digər 

tədbirlər 

 



əsas xəstəliyi müalicə etməli 

 



simptomatik müalicə (lazım gəldikdə) tətbiq etməli: 

 



hipoksemiya zamanı oksigen və adekvat ventilyasiyanı 

təmin etməli 

 

aşkar asidoz zamanı  (рН <7,20) natrium hidrokarbonat 



yeritməli 

 



v/d yeridilən məhlulları isitməli və hipoqlikemiyanın 

korreksiyası üçün v/d qlükoza yeritməli 

 

aşağı arterial təzyiq zamanı (isidilmə zamanı qan 



damarlarının genişlənməsi mümkündür) v/d məhlulların 

yeridilməsi və damardaraldıcı dərmanların təyini 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 21

 



hiperbilirubinemiya zamanı lazımdırsa, fototerapiyaya 

başlamalı 

 

əgər lazımdırsa, apnoe və/və ya qıcolmaları müalicə 



etməli 

Hipotermiyanın profilaktikası (A) 

 



Perinatal və neonatal risk faktorlarını nəzərə almalı 

 



“İstilik zənciri” prinsiplərinə əməl etməli 

 



İsidici vasitələrdən səmərəli istifadə etməli 

 



Yenidoğulmuş  uşaqda istilik rejiminin prinsiplərinə riayət 

etməyi və saxlamağı tibbi personala müntəzəm öyrətməli             



Hipertermiya 

Hipertermiya – yenidoğulmuş  uşağın bədən temperaturunun 

37,5°С-dən yuxarı olduğu vəziyyətdir. 

Hipertermiyanın risk faktorları 

 



Doğuş zamanı ananın qızdırması 

 



Ananın infeksiyaları 

Hipertermiyanın səbəbləri 

 

Temperatur rejiminə riayət edilməməsi (həddən artıq isitmə): 



 

otağın temperaturu çox yüksəkdir 



 

günəş şüaları birbaşa uşağa təsir edir 



 

xarici istilik mənbələrinin qızdırması 



 

çox bürümə 



 

infeksiya (sepsis) 



 

mərkəzi sinir sisteminin inkişaf qüsurları 



Hipertermiya zamanı yenidoğulmuş uşağın orqanizmindəki 

dəyişikliklər 

 



Periferik damarların genişlənməsi və ya daralması 

 



Hərəki aktivliyin artması 

 



Hiss olunmayan maye itkisinin artması (susuzlaşma) 

 



Əsas mübadilənin artması və oksigen sərfinin yüksəlməsi 

 



Enerji sərfinin artması 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 22

Hipertermiyanın klinik əlamətləri 

 



əllə yoxlayarkən dəri səthinin isti olması 

 



dərinin qızarması (damarların genişlənməsi hesabına) 

 



ətrafların soyuq olması  

 



oyanıqlıq və ya süstlük 

 



ağlamanın zəif olması və ya heç olmaması 

 



taxipnoe və ya qeyri-müntəzəm tənəffüs 

 



taxikardiya 

 



tər ifrazı 

 



qidalanmanın pozulması 

 



qıcolmalar 

 



koma  

Hipertermiya zamanı nəzarət və müayinə 

Hipertermiyalı hər bir uşağın temperaturunu müntəzəm ölçmək və 

nəzarət etmək vacibdir (D)

 



Həyati vacib göstəricilərin (ÜDS, tənəffüs, arterial təzyiq, 

SaO


2

) monitorinqi 

 

Sidik ifrazının qeydiyyatı 



 

Qanda qlükozanın təyini (hipoqlikemiya) 



 

Qanın geniş analizinin edilməsi (sepsis) 



 

Qanın qazlarının təyini (hipoksemiya və asidoz) 



 

Qanın elektrolitlərinin təyini (hiperkaliemiya, dehidratasiya) 



 

Qanda sidik cövhərinin və qalıq azotun təyini (dehidratasiya, 



böyrək çatışmazlığı) 

Hipertermiyanın müalicəsi 

Yenidoğulmuş uşağın soyudulması 

 

bütün xarici istilik mənbələrini uzaqlaşdırmalı (söndürməli) 



 

qızmanın mümkün xarici səbəbini (qızdırıcı qurğudan düzgün 



istifadə olunmur, otağın temperaturu çoxdur, birbaşa günəş 

şüaları və s.) təyin etməli və uzaqlaşdırmalı 

 

uşağın bələyini açmalı, soyundurmalı 



 

nəm, sərin salfeti uşağın başına qoymalı (mümkündürsə) 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 23

 



istifadə etməməli: uşağı spirtli məhlulla silmək, buz qoymaq, 

mədəni soyuq məhlulla yumaq, v/d soyuq məhlullar yeritmək 

və s. 



 



istisna hallarda v/d birdəfəlik doza 10-15 mq/kq, oral və ya 

rektal 20-25 mq/kq parasetamol istifadə etmək  olar              

(4-6 saatdan bir təkrar etmək olar): 

 



qoltuqaltı temperatur >39°С 

 



qıcolmalar, komanın olması 

 



uşağın anamnezində qoltuqaltı temperatur >38,5°С zamanı 

qıcolmalar olubsa 

 

uşağın soyudulması zamanı  hər 30 dəqiqədən bir qoltuqaltı 



temperaturu ölçməli 

 



bədən temperaturu normallaşdıqdan sonra, hər 2-3 saatdan bir 

ölçməli  

Hipertermiyanın aradan qaldırılmasına kömək edən digər 

tədbirlər 

 

əsas xəstəliyi müalicə etməli 



 

simptomatik müalicə (lazım gəldikdə) tətbiq etməli:  



 

bakterial infeksiyaya şübhə olduqda, antibiotiklər təyin etməli 



 

hipoksemiya zamanı oksigen və adekvat ventilyasiyanı 



təmin etməli 

 



aşkar asidoz zamanı  (рН <7,20) natrium hidrokarbonat 

yeritməli 

 

dehidratasiya  əlamətləri olarsa, uşağı tez-tez döşə 



qoymalı (əgər onun qidalanması pozulmayıbsa) və ya v/d 

məhlullar yeridilməsinin vacibliyi məsələsini həll etməli 

 

əgər lazımdırsa, apnoe və/və ya qıcolmaları müalicə etməli 



Hipertermiyanın profilaktikası 

 



Risk faktorlarını nəzərə almalı 

 



Qızdırıcı vasitələrdən səmərəli istifadə etməli və lazımi 

temperatur rejiminə, xüsusilə ilin isti vaxtlarında riayət etməli 

 

Əsas xəstəliyi müalicə etməli 



 

Susuzlaşmadan qaçmalı 



 

Yenidoğulmuş  uşaqda istilik rejimi prinsiplərinə riayət etməyi 



və həmin rejimi saxlamağı tibbi personala müntəzəm öyrətməli 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 24

Əlavə 1 

Yenidoğulmuş uşağın bədən temperaturunun ölçülməsi 

Prosedur tibb bacısı və ya həkim tərəfindən aparılır 



1.   Birdəfəlik ölçülmə 

Məqsəd:  

 



yenidoğulmuş uşağın bədən temperaturunun təyini 

Vəsait:  

 



civəli termometr 

 



 elektron termometr 

 



 infraqırmızı elektron termometr 

 



 pambıq kürəciklər 

 



 steril tibbi vazelin 

 



 antiseptik məhlul (70%-li etil spirti və ya 2%-li xlorheksidin) 

Hər uşaq üçün fərdi termometr olması daha yaxşıdır. 



Prosedur 

A.  Periferik temperaturun ölçülməsi 

Civəli termometrlə temperaturun ölçülməsi 

 



əlləri yumalı və antiseptiklə işləməli 

 



termometri 70%-li spirtlə işləməli 

 



termometri göstərici 34°С-yə düşənə qədər silkələməli 

 



termometrin civəli ucunu qoltuqaltı çuxurun ortasında 

yerləşdirib uşağın qolunu bədəninə doğru yüngülcə sıxmalı 

 

termometri 4 dəqiqədən az olmayaraq saxlamalı 



 

termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli 



Elektron termometrlə temperaturun ölçülməsi 

 



əlləri yumalı və antiseptiklə işləməli 

 



termometrin ucundan qoruyucu qapağı çıxarmalı 

 



termometri işə salmalı və hazır olması haqqında səs siqnalı 

gələnə qədər gözləməli 

 

termometrin ucunu qoltuqaltı çuxurun ortasında 



yerləşdirməli 

 



ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli 

 



termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 25

B.  Mərkəzi temperaturun ölçülməsi 

Civəli termometrlə düz bağırsaqda ölçülməsi 

 



əlləri yumalı və antiseptiklə işləməli 

 



termometri 70%-li spirtlə işləməli 

 



termometri göstərici 34°C-yə düşənə qədər silkələməli 

 



termometrin ucuna vazelin sürtməli 

 



uşağı kürəyi və ya böyrü üstə uzandırmalı 

 



termometrin ucunu ehtiyatla düz bağırsağa 2-3 sm dərinliyinə 

yeritməli 

 

termometri 3 dəqiqədən az olmayaraq saxlamalı 



 

termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli 



Elektron termometrlə düz bağırsaqda ölçülməsi 

 



əlləri yumalı və antiseptiklə işləməli 

 



termometrin ucundan qoruyucu qapağı çıxarmalı 

 



termometrin ucunu 70%-li spirtlə işləməli 

 



termometri işə salmalı və hazır olması haqqında səs siqnalı 

gələnə qədər gözləməli 

 

termometrin ucuna vazelin sürtməli 



 

uşağı kürəyi və ya böyrü üstə uzandırmalı 



 

termometrin ucunu ehtiyatla düz bağırsağa 2-3 sm dərinliyinə 



yeritməli 

 



ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli 

 



termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli 

Elektron termometrlə ağız boşluğunda ölçülməsi 

 



əlləri yumalı və antiseptiklə işləməli 

 



termometrin ucundan qoruyucu qapağı çıxarmalı 

 



termometrin ucunu 70%-li spirtlə işləməli 

 



termometri işə salmalı və hazır olması haqqında səs siqnalı 

gələnə qədər gözləməli 

 

termometri uşağın ağız boşluğuna salıb alt çənəni yuxarı 



damağa doğru yüngülcə sıxmalı 

 



ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli 

 



termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli 

İnfraqırmızı elektron termometrlə qulaq keçəcəyində ölçülməsi 

 



əlləri yumalı və antiseptiklə işləməli 

 



termometrin ucundan qoruyucu qapağı çıxarmalı 

 



termometrin ucuna fərdi ucluq geydirməli 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 26

 



termometri işə salmalı 

 



termometrin ucluğunu ehtiyatla uşağın qulaq keçəcəyinə yeritməli 

 



düyməyə basmalı və ölçməyə başlamalı 

 



ölçülmənin qurtarması haqqında səs siqnalını gözləməli 

 



termometri çıxarıb göstəricilərini oxumalı və qeyd etməli 

 



istifadə olunmuş ucluğu çıxarmalı 

Fəsadlar və səhvlər 

 



Mexaniki səhvlər 

 



düz bağırsaqda 

 



ağız boşluğunda 

 



qulaq keçəcəyində 

 



Ölçmədə səhvlər 

 



ölçmə vaxtının kifayət qədər olmaması 

 



termometrin düzgün yerləşdirilməməsi 

 



termometrin düz işləməməsi 

2.  Fasiləsiz temperatur monitorinqi 

Məqsəd: 

 



yenidoğulmuş uşağın bədən temperaturuna fasiləsiz nəzarət 

 



yenidoğulmuş uşağın lazımi bədən temperaturunu saxlamaq 

üçün tibbi avadanlığın iş rejiminin avtomatik tənzimlənməsi 

– servokontrol 

Vəsait: 

 



tibbi avadanlığın elektron ötürücü ucluğu 

 



ötürücü ucluğu təsbit etmək üçün vasitələr 

 



pambıq kürəciklər 

 



steril tibbi vazelin 

 



antiseptik məhlul (70%-li etil spirti və ya 2%-li xlorheksidin) 

Prosedur: 

A.  Periferik temperaturun ölçülməsi 

 



əlləri yumalı və antiseptik məhlulla işləməli 

 



termometrin ötürücü ucluğunu 70%-li spirtlə işləməli 

 



ötürücü ucluğu qarının dərisində qaraciyər nahiyəsində təsbit 

etməli 


 

monitorun göstəricilərinə nəzarət etməli 



B.  Mərkəzi temperaturun ölçülməsi 

 



əlləri yumalı və antiseptik məhlulla işləməli 

 



termometrin ötürücü ucluğunu 70%-li spirtlə işləməli 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 27

 



termometrin ötürücü ucluğuna vazelin sürtməli 

 



uşağı kürəyi və ya böyrü üstə uzandırmalı 

 



termometrin ötürücü ucluğunu ehtiyatla düz bağırsağa        

2-3 sm dərinliyinə yeritməli 

 

ötürücü ucluğun məftillərini dəridə təsbit etməli 



 

monitorun göstəricilərinə nəzarət etməli 



C.  Servokontrol ilə temperaturun ölçülməsi 

 



əvvəlcədən inkubator və ya şüalandırıcı istilik mənbəyini əl 

ilə tənzimləməli 

 

əlləri yumalı və antiseptik məhlulla işləməli 



 

termometrin ötürücü ucluğunu 70%-li spirtlə işləməli 



 

ötürücü ucluğu qarnın dərisində qaraciyər nahiyəsində təsbit 



etməli (dərinin zədələnmiş nahiyələrində təsbit etməməli) 

 



inkubator və ya şüalandırıcı istilik mənbəyində servokontrol 

rejimi seçməli 

 

yenidoğulmuşun dərisinin arzuolunan temperaturunu 



göstərməli 

 



monitorda yenidoğulmuşun bədən və tibbi avadanlığın 

temperatur göstəricilərinə nəzarət etməli 



Fəsadlar və səhvlər 

 



Mexaniki zədələnmələr: 

 



düz bağırsağın ötürücü ucluğun təsbit olunduğu yerində 

dərinin servokontrol zamanı düzgün temperatur 

verilməməsi nəticəsində hipo- və ya hipertermiya 

 



Ölçmədə səhvlər: 

 



ötürücü ucluğun qeyri-düzgün vəziyyəti və təsbiti 

 



avadanlığın nasazlığı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Нipotermiyalı 

yenidoğulmuş 

Uşaqda istiliyin saxlanması üçün (istilik zənciri) ümumi tədbirləri  

təmin etməli  

İnkubatorun temperaturunu yenidoğulmuş uşağın qoltuqaltı temperaturundan 

1-1,5°С yuxarı təyin etməli, tədricən onu 36,5°С-yə qədər artırmalı

Bədən temperaturu 36,5°С-yə çatana qədər qoltuqaltı temperaturu hər      

30 dəqiqədən bir, sonrakı 4 saatda hər bir saatdan, sonralar hər            

2-3 saatdan bir ölçməli

Normal temperatur əldə edildikdən sonra inkubatoru avtomatik rejimə 

keçirmək və ya inkubatorda havanın temperaturunu uşağın yaşından və 

kütləsindən asılı olaraq təyin etməli  

Aşkar hipotermiya hallarında (mərkəzi temperatur <35°С) isitmənin əlavə 

vasitələrindən (şüalandırıcı istilik mənbəyindən, qızdırıcılı döşəkdən və s.) 

istifadə etməli  



Əlavə 2 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



  əgər uşaqda şok və ya tənəffüs pozulması əlamətləri varsa, daha ehtiyatla isitməli 

 



 hipoksiya zamanı oksigen və adekvat ventilyasiyanı təmin etməli 

 



  aşkar asidoz zamanı (рН <7,20) natrium hidrokarbonat yeritməli 

 



 v/d yeridilən məhlulları isitməli və hipoqlikemiyanın korreksiyası üçün 

 v/d qlükoza yeritməli 

 

 



  aşağı arterial təzyiq zamanı (isidilmə zamanı qan damarlarının genişlənməsi 

  mümkündür) v/d məhlulların yeridilməsi və damardaraldıcı  dərmanların 

  təyini 

 

 



 hiperbilirubinemiya zamanı lazımdırsa, fototerapiyaya başlamalı 

 



  əgər lazımdırsa, apnoe və/və ya qıcolmaları müalicə etməli 



 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

29

Нipertermiyalı 



yenidoğulmuş 

Yenidoğulmuş uşağın isidilməsinin bütün xarici istilik mənbələrini 

uzaqlaşdırmalı (söndürməli)

Qızmanın mümkün xarici səbəbini (qızdırıcı qurğudan düzgün istifadə 

olunmur, otağın temperaturu çoxdur, birbaşa günəş şüaları və s.) təyin 

etməli və uzaqlaşdırmalı

Uşağın bələyini açmalı, soyundurmalı

Hipertermiyanın başqa səbəbləri haqqında düşünməli, yəni infeksiya, 

dehidratasiya, mərkəzi sinir sisteminin zədələnməsi və s.

Uşağı soyudarkən qoltuqaltı temperaturu hər 30 dəqiqədən bir, bədən 

temperaturu normallaşdıqdan sonra isə hər 2-3 saatdan bir ölçməli

 Arterial təzyiqə, orqanizmin hidratasiyasına nəzarət etməli, lazım 



  gələrsə, itirilən mayenin yerini doldurmalı 

 Mümkündürsə, yenidoğulmuş uşağın qanında qlükozanı, 



 elektrolitləri təyin etməli 

 Apnoe və ya qıcolma olduqda, onları müalicə etməli 



Nəm, sərin salfeti uşağın başına qoymalı (mümkündür) 

V/d birdəfəlik doza 10-15 mq/kq, oral və ya rektal – 20-25 mq/kq 



parasetamol əgər: 

• qoltuqaltı temperatur >39°С 

• qıcolmalar, koma varsa 

• uşağın anamnezində qoltuqaltı temperatur >38,5°С zamanı 

  qıcolmalar olubsa 

Əlavə 3

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

30

Ədəbiyyat 

1.

 

Agarwal S, et al. Human touch vs axillary digital thermometry for 



detection of neonatal hypothermia at community level // J Trop Pediatr. 

– 2007. - 54(3). – p 200-201. 

2.

 

Alessandrini E.A. Textbook of Pediatric Emergency Medicine. - fourth 



ed. – Lippincott, Williams & Wilkins, 2000. – 1632 p. 

3.

 



Anderson G. C, Moore E. R, Bergman N. Early skin to skin contact for 

mothers and their healthy newborn infants /

 

The Cochrane 



Collaboration. – Issue 5. – John Wiley&Sons, Ltd, 2012. - 109 p. –

available:

 

http://onlinelibrary.wiley.com/doi/10.1002/14651858.CD003519.pub3/pdf 



(11.06

.2013) 


4.

 

Asakura H. Fetal and neonatal thermoregulation // J. Nippon Med. Sch. 



– 2004. -71. - p 360-370. 

5.

 



Bachman E.S, et al. BetaAR signaling required for diet-induced thermo 

genesis and obesity resistance // Science. – 2002. - Vol. 297. - no.5582. 

- p 843-845.  

6.

 



Bergman N.J, Linley L.L, Fawcus S.R. Randomized controlled trial of 

skin-to-skin contact from birth versus conventional incubator for 

physiological stabilization in 1200- to 2199-gram newborns // Acta 

Paediatr. – 2004. - 93(6). - p 779-785. 

7.

 

Bergstrom A, Byaruhanga R, Okong P. The impact of newborn bathing 



on the prevalence of neonatal hypothermia in Uganda: a randomized, 

controlled trial // Acta Paediatr. – 2005. - 94(10). - p 1462-1467. 

8.

 

Craig, J. V, et al. Temperature measured at axilla compared with 



rectum in children and young people: Systematic review // British 

Medical Journal. – 2000. Apr 29. - 320 (7243). – p 1174-1178. 

9.

 

Cramer K, et al. Heat loss prevention: a systematic review of occlusive 



skin wrap for premature neonates // J. Perinatol. – 2005. - 25. - p 763- 

769. 


10.

 

Darmstadt G.L, et al. Introduction of community-based skin-to-skin 



care in rural Uttar Pradesh, India // J Perinatol. – 2006. - 26(10). - p 

597-604. 

11.

 

Dollberg S, et al. Maturation of thermal capabilities in preterm infants 



// Am J Perinatol. - 2000. -17. - p 47-50. 

12.


 

Essential Newborn Care.   Maternal and Newborn Health/Safe 

Motherhood: Report of a Technical Working Group. (Trieste, 25-29 

April 1994). – Geneva.: WHO, 1996. - 19 p. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

31

13.



 

Flenady V. J, Woodgate P.G. Radiant warmers versus incubators for 

regulating body temperature in newborn infants: Cochrane Review / 

The Cochrane Library. - issue 3. – 2003. 

14.

 

Gray P.H, Flenady V. Cot-nursing versus incubator care for preterm 



infants: Cochrane Review / The Cochrane Library. - issue 3. – 2003. 

15.


 

Guidelines for perinatal care / American Academy of Pediatrics & 

American College of Obstetricians and Gynecologists. - 4th ed. – 1997. 

- 441 p. 

16.

 

Kuroshima A. Brown adipose tissue thermo genesis as a physiological 



strategy for adaptation // Japan J Physiol. – 1993. - p 43-117. 

17.


 

Low Birthweight: Country, Regional and Global Estimates // United 

Nations Children’s Fund and World Health Organization. – New York. 

– 2004. – 27p. 

18.

 

Мaura Galligan, et al. Skin-to-Skin Treatment of Neonatal Hypotermia 



// The American Journal of Maternal/Child Nursing. – 2006. - Volume 

31. - Number 5 September/ October. – p 298 -304. 

19.

 

McCall E.M, et al. Interventions to prevent hypothermia at birth in 



preterm and/or low birthweight infants // Cochrane Database Syst Rev. 

– 2008. - 1.  

20.

 

Nayeri F, Nili F. Hypothermia at birth and its associated complications 



in newborns:follow up study // Iranian J Publ Health. – 2006. - 35(1). - 

p 48-52. 

21.

 

Sinclair J.C. Servo-control for maintaining abdominal skin temperature 



at 36C in low birth weight infants: Cochrane Review / The Cochrane 

Library. - issue 3. - 2003. 

22.

 

Thermal Protection of the Newborn: a Practical Guide / Maternal health 



and safe motherhood programme. – Geneva, 1997. – 64p. 

23.


 

Van Sleuwen B.E, et al. Swaddling: a Systematic Review // Pediatrics. 

– 2007. - 120(4). - p 1097-1106. 

24.


 

Vohra S, et al. Heat loss prevention (HeLP) in the delivery room: a 

randomized controlled trial of polyethylene occlusive skin wrapping in 

very preterm infants // J. Pediatr. – 2004. - 145. - p 750-753. 

25.

 

Zayeri F, et al. Incidence and risk factors of neonatal hypothermia at 



referral hospitals in Tehran, Islamic Republic of Iran // East Mediterr 

Health J. – 2007. - 13(6). - p 1308-1318. 

26.

 

Zayeri F, et al. Hypothermia in Iranian newborns. Incidence, risk 



factors and related complications // Saudi Med J. – 2005. - 26(9). - p 

1367-1371. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

32

27.



 

Zeb A, Darmstadt GL. Sclerema neonatorum: a review of 

nomenclature, clinical presentation, histological features, differential 

diagnoses and management // J Perinatol. – 2008. - 28(7). - p 453-460. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış



r. 



Document Outline

  • XBT-10 ÜZRƏ TƏSNİFAT:
  • P80 Yenidoğulmuşların hipotermiyası
  • Р80.0 Soyuq travması sindromu
  • Р80.8 Yenidoğulmuşların digər hipotermiyası
  • P80.9 Yenidoğulmuşların dəqiqləşdirilməmiş hipotermiyası
  • P81 Yenidoğulmuşların istilik tənziminin digər pozğunluğu
  • P81.0 Yenidoğulmuşların xarici mühit faktorlarının törətdiyi    hipotermiyası
  • P81.8 Yenidoğulmuşların istilik tənziminin digər dəqiqləşdirilmiş  pozğunluqları
  • P81.9 Yenidoğulmuşların istilik tənziminin dəqiqləşdirilməmiş  pozğunluğu

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin