Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 may 2015-ci il tarixli



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix25.01.2017
ölçüsü0,91 Mb.
#6383
  1   2   3   4

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 21 may 2015-ci il tarixli 

23 saylı qərarı ilə təsdiq edilmişdir 

OBSESSİV-KOMPULSİV POZUNTULARIN 

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

Bakı - 2015 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



56.14 

O 12 


 

 

 



 

 

 



 

 

 



 

O 12  Obsessiv-kompulsiv  pozuntuların diaqnostika və müalicəsi 

üzrə klinik protokol, 2015. – 36 səh. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

Tərtibçilər: 

G.Gəraybəyli Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan 

Tibb Universitetinin psixiatriya kafedrasının 

müdiri, professor, t.e.d. 

F.İsmayılov Psixi 

Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan 

Tibb Universitetinin psixiatriya kafedrasının 

dosenti, professor, t.e.d. 

R.Salayev Psixi 

Sağlamlıq Mərkəzinin direktor müavini, 

həkim-psixiatr 

S.Kərimova Psixi 

Sağlamlıq Mərkəzinin konsultativ-müalicə 

şöbəsinin müdiri 

C.İsmayılova Psixi 

Sağlamlıq Mərkəzinin konsultativ-müalicə 

şöbəsinin həkim-psixiatrı 

L.Orucova Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin 

həkim-metodisti 



Rəyçi: 

T.Qafarov 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunun Psixiatriya və 

narkologiya kafedrasının müdiri, professor, t.e.d. 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 

Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





İxtisarların siyahısı 

DÇHS 

diqqət çatışmazlığı hiperaktivlik sindromu 



DSM-5 

Diagnostic and Statistical Manual of Mental Disorders, 

fifth edition (Psixi pozuntuların diaqnostika və statistikası 

üzrə rəhbərlik, 5-ci baxış) 



EEQ 

elektroensefaloqrafiya 



ECT 

elektrocəngolma terapiyası 



EKQ 

elektrokardioqrafiya 



XBT-10  Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

KDT 

koqnitiv-davranış (bihavioral) terapiyası 



OKP 

obsessiv-kompulsiv pozuntu 



RQAE 

ritualların qarşısının alınması ekspozisiyası  



SİUSİ 

serotoninin intraneyronal udulmasının seçici inhibitoru  



TMS 

transkranial maqnit stimulyasiya 



TSA 

trisiklik antidepressantlar  



ÜST 

Ümumdünya Səhiyyə Təşkilatı 



Y-BOCS  Yale-Brown Obsessive-Compulsive Scale 

 

 (Yel-Braun obsessiv-kompulsiv pozuntuların 

diaqnostika cədvəli)  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Klinik protokol ilkin səhiyyə  səviyyəsində  işləyən sahə 

həkimləri, ailə  həkimləri və  həkim-psixiatrlar üçün nəzərdə 

tutulmuşdur. 

Pasiyent qrupu:

 

obsessiv-kompulsiv pozuntuları olan xəstələr. 



Protokol  obsessiv-kompulsiv pozuntuların diaqnostika və 

müalicəsinin təkmilləşdirilməsi, erkən aşkar edilmə  səviyyəsinin 

yüksəldilməsi, müəyyən olunmuş psixopatoloji simptomların aradan 

qaldırılması  və bu simptomlarla olan xəstələrin həyat keyfiyyətinin 

və sosial adaptasiyasının yaxşılaşdırılması üzrə sübutlu təbabətə 

əsaslanan müasir metodik tövsiyələrin verilməsi məqsədini daşıyır. 



ÜMUMİ MÜDDƏALAR 

Obsessiv-kompulsiv pozuntu (OKP) sarışan fikirlərin 

(obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə 

onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress 

pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur

11

.

 



Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz 

fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı 

bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların 

daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və 

infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər 

yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini 

qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə 

qorxusu olur

11,14



Kompulsiya – pasiyent “qeyri-adi, fövqəltəbii”  şəkildə onu 



qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya 

həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki 

və ya psixi hərəkətlərdir (rituallar)

11,14




Fiziki kompulsiyalar    tez-tez  əl yuma, qapıları bağlama və s. 

kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir

14

.  


Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin 

iradəsinə tabe olmayan və onu narahat edən fikrində  təkrarlanan 

hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır

14



XBT-10-da diaqnostik meyarların siyahısının məhdudluğuna 

görə ÜST hazırda DSM-5 daha geniş klinik təsvir və tövsiyələrini 

XBT-11-də istifadə etməyi təklif edir. Bu prinsip XBT-11 və DSM-

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



5-in bir yerdə uyğunlaşdırılmasını  təşkil edəcək. Hazırda obsessiv-

kompulsiv spektrə obsessiv-kompulsiv pozuntulardan başqa 

aşağıdakı pozuntular da aiddir: 

 

Bədənin dismorfoloji pozuntusu – öz xarici görünüşü barədə 



ətrafdakı insanlar tərəfindən hiss olunmayan və ya az hiss olunan 

bir, ya da bir neçə qüsurların olması haqqında fikirlərdir. Bu 

pozuntu sarışan hərəkətlərlə  (məsələn, sarışan  şəkildə güzgüdə 

özünə baxma, görünüşünə normadan artıq qulluq, “normal”lığını 

təsdiq etmək üçün başqalarından soruşmaq, öz görünüşünü daim 

başqaları ilə müqayisə etmə) təzahür edir və klinik ifadəli sosial 

dezadaptasiyaya gətirir. Kişilərdə bu pozuntu sarışan  şəkildə 

intensiv fiziki çalışmalar və anabolik steroidlərin qəbulu yolu ilə 

əzələ kütləsini artırmağa cəhdlə təzahür edə bilər

4,5,10,14



 



Patoloji yığıcılıq – həqiqi dəyərindən asılı olmayaraq lazımsız 

əşyalardan azad ola bilməməkdir. Bu pozuntu yaşayış sahəsinin 

istifadəsini çətinləşdirən lazımsız  əşyaların toplanmasından 

ibarətdir. Belə lazımsız  əşyalara, adətən, daha çox qəzetlər, 

jurnallar, kitablar, köhnə paltarlar, çantalar, yararsız məişət 

texnikası aid olur. Bunlar nəzəri cəhətdən pasiyentin ayrıla 

bilmədiyi istənilən lazımsız  əşyalar ola bilər.  Şizofreniya, 

demensiya və ya əqli geriliyi olan xəstələrdə patoloji yığıcılıq 

diaqnozu qoyulmur

4,5


.

 



 

Bədən yönümlü sarışan davranış (trixotilomaniya, 

dermatilomaniya) - trixotilomaniya (saç dartma, tük örtüyünün 

seyrəlməsinə 

gətirib çıxardan saçqopartma) və ya 

dermatilomaniyadan (ekskoriasiya, dəri örtüyünün mikro 

zədələnməsinə  səbəb olan dəri didmə) ibarət olan, onları 

azaltmaq və ya qarşısını almaq üçün yönəldilən təkrarlanan 

cəhdlərlə müşahidə olunan sarışan davranışdır

4,5,10,12

 

Obsessiv-kompulsiv pozuntular spektrinə  həm də referent qoxu 



pozuntusu, ipoxondrik pozuntu və tikoz pozuntunu da aid edirlər 

(Sindrom Turetta)

5,10,14



 



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 





Epidemiologiya 

Əhalinin 80%-nin müəyyən vaxtlarda sarışan fikirlər hiss 

etməsinə  və  təxminən 50%-nin müəyyən rituallar etməsinə 

baxmayaraq, OKP-nin klinik təzahürlü vəziyyətinə bir o qədər            

tez-tez rast gəlinmir. Bir il müddətində  əhali arasında OKP-nin 

yaranma riski 1,1-1,8 %-ə bərabərdir, ümumi həyatı boyu isə hər bir 

adam üçün 1,6-3% təşkil edir. OKP-yə 18 yaşından yuxarı qadınlarda 

daha çox rast gəlinir, kişilərdə isə bu, daha erkən yaşlarda başlayır. 

15 yaşa kimi olan uşaqlar arasında OKP-nin yayılması 0,25% təşkil 

edir. OKP-nin epidemioloji göstəriciləri sosial-iqtisadi vəziyyətdən 

və etnik mənsubiyyətdən asılı olmur

14



OKP-nin başlanmasına xas olan orta yaş dövrü 19-30 yaşdır. 

Təxminən 25% pasiyentlərdə  xəstəlik 14 yaşından sonra başlayır. 

Xəstəliyin 35 yaşdan sonra başlanması isə nadir hallarda olur. 

Xəstəliyin daha erkən başlanğıcı simptomların kəskin təzahürü, daha 

çox kompulsiyaların olması ilə (obsessiyasız) xarakterizə olunur. 

Belə hallarda komorbid pozuntular (tiklər, diqqət çatışmazlığı 

hiperaktivlik sindromu və təşviş pozuntusu) və müalicəyə həssaslığın 

olmaması müşahidə olunur. Eyni zamanda uşaq və yeniyetmə 

dövründə  xəstələnənlərin 40%-də yetkinlik dövründə tam remissiya 

müşahidə olunur. Əlamətlərin intensivliyinin dalğavari gedişi OKP-

nin müalicə olunmaması ilə xarakterizə olunur. Müalicəsiz, spontan 

sağalma ehtimalı 20%-i keçmir, 50% hallarda gedişat fasiləsiz, 25% 

hallarda isə epizodik xarakter daşıyır. OKP-dən  əziyyət çəkən 

xəstələrin yarısında suisidal (özünə qəsd) fikirlər, 25%-də isə suisidal 

cəhdlər qeyd oluna bilər. Özünə  qəsd cəhdi daha çox yanaşı gedən 

depressiya ilə  əlaqədar yaranır. OKP həyat keyfiyyətinin və sosial 

adaptasiyanın nəzərə çarpacaq dərəcədə enməsi ilə assosiasiya 

olunur. Məsələn, OKP-si olan xəstələr obsessiyanı  və kompulsiyanı 

yaradan vəziyyətdən və ya insanlara zərər yetirə bilmə qorxusuna 

görə onlarla münasibətdən qaça bilərlər. Eyni zamanda 

obsessiyalarla  əlaqədar olaraq onlar həkimə müraciət etməkdən də 

qaçırlar. Bəzi xəstələr ailə münasibətlərinə neqativ təsir edən öz 

qayda və qadağalarını yaymağa çalışırlar

5



 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



10 

Obsessiv-kompulsiv pozuntunun risk amilləri 

OKP-nin inkişaf etməsində risk amilləri arasında aşağıdakıları 

göstərmək olar

4,11,14


 



irsiyyətində OKP-nin və tik pozuntunun olması  

 



qeyri-kafi həyat şəraiti  

 



cinsi, dini və gigiyena sahəsində uyğunlaşa bilməyən mövqenin 

formalaşması ilə əlaqədar yaranan mədəni-sosial amillər  

 

neqativ emosionallıq  



 

inkişaf prosesinə davranışın təsiri, uşaqlıqda baş verən fiziki və 



cinsi zorakılıq  

 



infeksiyadan sonra yaranmış autoimmun sindrom  

XBT-10 ÜZRƏ TƏSNİFAT

2

 



F42 Obsessiv-kompulsiv 

(sarışan-məcburi) pozuntular 

Belə  vəziyyətin  əsas xüsusiyyəti təkrari sarışan fikirlərin və 

ya məcburi hərəkətlərin olmasıdır.  Sarışan fikirlər stereotip 

şəkildə  xəstənin təkrar-təkrar ağlına gələn ideyalardan, 

obrazlardan və ya arzulardan ibarətdir.  Onlar demək olar ki, 

həmişə  kədərləndiricidirlər və pasiyent, adətən, səmərəsiz 

onlara müqavimət göstərməyə çalışır. Bununla belə xəstə bu 

fikirləri nə  qədər qeyri-iradi və pis olsalar belə özününkü 

sayır.  Sarışan hərəkətlər və ya rituallar stereotip 

materiallardan ibarətdir ki,  xəstə onları  təkrar-təkrar yerinə 

yetirir. Onlar zövqalma üsulu və ya faydalı məsələlərin yerinə 

yetirilməsində atribut deyildirlər.  Bu hərəkətlər xəstənin 

ehtiyat etdiyi xoşa gəlməz hadisənin baş verməsinin qarşısını 

almaq üsuludur,  hansı ki,  əks halda baş verərək onun özünə 

və ya xəstə  tərəfindən digər  şəxsə  zərər yetirə bilər.  Adətən 

belə davranış  xəstə  tərəfindən mənasız və ya effektsiz kimi 

başa düşülür və ona qarşı təkrari cəhdlər görülür. Demək olar 

ki,  həmişə  həyəcan müşahidə edilir.  Əgər kompulsiv 

hərəkətlər tormozlanırsa, həyəcan daha da artır. 

Daxil edilib:  anankastiknevroz 

obsessiv-kompulsivnevroz 



Çıxarılıb

obsessiv-kompulsiv şəxsiyyət pozuntusu (F60.5) 

 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11 

F42.0  Əsasən sarışan fikirlər və ya düşüncələr 

Onlar demək olar ki, xəstəyə  əziyyət verən ideyalar, fikir 

obrazları  və ya hərəkətə  təhrik etmə formasını ala bilərlər. 

Bəzən ideyalar tam olmayıb, gündəlik həyata aid olan adi, 

lakin vacib qərar qəbul etmək qabiliyyətinin olmaması ilə 

əlaqədar sonsuz müzakirə olunan alternativ fikir olur. Sarışan 

düşüncələr və depressiya arasında  əlaqə xüsusi ilə  sıxdır, 

buna görə də obsessiv-kompulsiv pozuntu diaqnozuna o halda 

üstünlük vermək olar ki, əgər sarışan fikirlər depressiya 

epizodu olmadan yaranır və ya saxlanılır. 



F42.1  Əsasən kompulsiv hərəkətlər [sarışan rituallar] 

Kompulsiv məcburi hərəkətlərin 

əksəriyyəti çirkin 

təmizlənməsinə aid olur (əsasən əllərin yuyulması), potensial 

təhlükəli situasiyanın yarana bilməməsi haqqında zəmanətin 

alınması üçün təkrari yoxlamalara və ya təmizkarlığa və 

səliqəliliyə riayət etməyə aid olur. Belə aydın davranışın 

əsasında pasiyenti gözləyən təhlükədən və ya onun özünün 

başqa birisini təhlükəyə düçar edəcəyi qorxusu durur və ritual 

hərəkətlər nəticəsiz qalır və ya təhlükənin qarşısını almaq 

üçün simvolik cəhdlər olur. 

F42.2 Qarışıq sarışan fikirlər və hərəkətlər 

F42.8 Digər obsessiv-kompulsiv pozuntular 

F42.9 Dəqiqləşdirilməmiş obsessiv-kompulsiv pozuntular 

Obsessiv-kompulsiv pozuntuların diaqnostikası 

Obsessiv-kompulsiv pozuntuların diaqnostikasında Yel-Braun 

obsessiv-kompulsiv simptomların cədvəlindən (Y-BOCS)

16,17


 istifadə 

edilir. Cədvəl iki hissədən ibarətdir: 

 

obsessiyaların reytinq cədvəli üzrə balların qiymətləndirilməsi 



 

kompulsiyaların reytinq cədvəli üzrə balların qiymətləndirilməsi 



(Əlavə 1

Diferensial diaqnostika

5

 

Obsessiv-kompulsiv pozuntuların diferensial diaqnostikası 

Cədvəl 1-də göstərilib. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



12 

Cədvəl 1. ОKР-nin diferensial diaqnostikasının prinsipləri 

Pozuntu Oxşar əlamətlər Fərqli əlamətlər 

Təşviş pozuntuları 

Təkrarlanan fikirlər, 

yayınan davranış, təsdiqə 

ehtiyac 


Rasional ehtiyatlılıq, konkret 

vəziyyətlərlə məhdudlaşma, 

kompulsiyaların olmaması 

Depressiv 

pozuntular 

Xoşagəlməyən fikirlər, 

bədbinanə gözləntilər 

Fikirlər sarışan hal kimi qəbul 

olunmur, əhvali-ruhiyyəyə 

uyğun olur 



Qida pozuntuları 

Qida və çəki ilə əlaqədar 

təkrarlanan fikirlər 

Fikirlər ancaq çəki və qidaya 

yönəlir 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin