Addım 7. Məlumatların toplanması alətlərinin
müəyyənləşdirilməsi
Toplanan məlumatların həcmi və növü mövcud resurslardan
asılıdır. Məlumatların toplanması üsullarının müəyyən edilməsi çox
vaxt tibb xidmətlərinin səmərəliliyini tədqiq edən hədəf qruplardan
asılıdır. Bunlara tibbi xidmət təchizatçıları (tibb müəssisələri, tibb
işçiləri) və tibb xidmətlərinin istifadəçiləri (pasiyentlər, ev
təsərrüfatları) aid edilə bilər.
Hədəf qrupları müəyyənləşdikdən sonra növbəti addım seçmənin
planlaşdırılmasıdır. Seçmənin dizaynı hazır olduqdan sonra
məlumatların toplanması üsulu müəyyənləşdirilməlidir. Bu,
sənədlərin təhlili, birbaşa müşahidə ilə yanaşı müxtəlif sosial üsullar
ola bilər: müsahibələrin aparılması, fokus-qrup müzakirələri, anket
sorğusu və s. Hər seçilmiş üsul üçün işçi materiallar - intervüyerlər
üçün təlimat, sorğu vərəqələri, anket formaları və s. hazırlamaq
lazımdır. Qeyd etmək lazımdır ki, məlumatların toplanması üsulu və
istifadə alətləri mövcud resurslardan, vaxt çərçivəsindən və əldə
olunan məlumatlara tələblərdən asılıdır. Eyni zamanda gələcək
monitorinqlərdə tibb müəssisələrinin hesabatlılığının hansı
göstəricilərinin istifadə olunmasını müəyyən etmək də vacibdir.
Mövcud məlumatlar kifayət deyilsə, onda monitorinqin
məqsədindən asılı olaraq tibb xidmətləri təchizatçıları və onlardan
yararlananların müşahidəsi üçün proqram hazırlanmalıdır. Gələcəkdə
qiymətləndirmənin aparılması üçün yeni məlumatlar lazım olarsa,
konseptual model hazırlananda məlumatların əldə edilməsi üçün
əlavə ehtiyaclar və resurslar nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |