İCTİMAİ SƏHİYYƏDƏ MONİTORİNQ VƏ
QİYMƏTLƏNDİRMƏNİN ƏSASLARINA DAİR
METODİK VƏSAİT
Bu metodik vəsait Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) BMT-nin Uşaq
Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi
ilə tərtib olunmuşdur.
Tərtibatçılar: C.Y.Məmmədov, t.f.d., T.N.Hüseynov, t.f.d.,
L.C.Qafarov,
A.A.Əsgərova, S.B.Abdullayev
Elmi məsləhətçi: ə.e.x., professor F.B.Ağayev, t.e.d.
Rəyçi:
professor R.Ə.Çobanov, t.e.d.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
3
Mündəricat
Giriş .................................................................................................... 4
Hissə 1. Səhiyyədə monitorinq və qiymətləndirmə sisteminin
təkmilləşdirilməsi ............................................................................... 4
Monitorinqin məqsəd, vəzifə və nəticələrinin müəyyənləşdirilməsi ... 5
Monitorinqin hədəfi və çərçivəsi .................................................... 6
Monitorinq sisteminin layihələndirilməsi və qurulması ................. 8
İndikatorlar .................................................................................... 15
İndikatorların seçimi ..................................................................... 17
İndikatorların təyini vəzifələri ...................................................... 20
Hissə 2. Məlumatların toplanması .................................................... 21
Məlumatlara olan tələblərin müəyyənləşdirilməsi ........................ 21
Məlumat mənbələri və məlumatların toplanma alətləri ................ 22
Məlumatların keyfiyyəti ................................................................ 25
Monitorinq və qiymətləndirmənin hədəf qrupu ............................ 25
Seçmənin aparılması ..................................................................... 26
Monitorinqin dövriliyi ................................................................... 26
Məlumatların toplanmasının kəmiyyət və keyfiyyət metodları .... 27
Ədəbiyyat .......................................................................................... 27
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
4
Giriş
Bu metodik vəsait səhiyyə təşkilatçılarına, o cümlədən səhiyyədə
siyasəti müəyyənləşdirənlərə, statistika işini aparan tibb işçilərinə,
səhiyyənin təşkili tədrisi ilə məşğul olanlara, elmi işçilərə, ali tibb
təhsili müəssisələrinin tələbələri və həkimlərin təkmilləşdirilməsi
müəssisələrinin müdavimlərinə, praktik tibb fəaliyyəti ilə məşğul
olan həkimlərə, geniş oxucu auditoriyasına ünvanlanır.
İctimai səhiyyədə monitorinq səhiyyəyə sərf olunan vəsait, onun
strukturu, əhalinin sağlamlıq göstəriciləri, səhiyyənin müxtəlif
sahələrində göstərilən xidmətlərin əlçatanlılığı, keyfiyyəti və
effektivliyini nəzərdən keçirən, ayrı-ayrı dövlət proqramlarının
həyata keçirilməsinə nəzarət edən tədbirlər toplusunu özündə
cəmləşdirir. Monitorinq həm də əhalinin sağlamlığında olan meylləri
aşkar edib onları nəzərə alaraq ictimai səhiyyənin strategiyasında
dəyişikliklərin edilməsi və ya yeni strategiyanın işlənməsində kömək
edir. Monitorinq ölkə, region, şəhər və rayonlar, ayrı-ayrı
müəssisələr səviyyəsində və s. aparıla bilər.
Monitorinq nəticələrinin geniş yayılması və müzakirəsi səhiyyə
sisteminin şəffaflıq və cavabdehliyinə, ona olan inamın, müxtəlif
sektorların səhiyyə ilə əməkdaşlığının artmasına xidmət göstərir.