Microsoft Word Ictimai sehiyyede monitorinq ve qiymetlendirme


Monitorinqin hədəfi və çərçivəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix25.12.2016
ölçüsü0,7 Mb.
#3300
1   2   3   4   5   6   7   8   9   ...   28
Monitorinqin hədəfi və çərçivəsi 

Səhiyyədə monitorinqin hədəf və çərçivəsini üç əsas komponent 

müəyyənləşdirir: 

monitorinq edilən proqramın və ya xidmətin  əsas hissələri,



məqsəd və vəzifələrini özündə birləşdirən məntiqi sxem;

ölçülə bilən indikatorlar;



məlumatların toplanması və təhlilinin metodologiyası.

Keyfiyyətli monitorinq sisteminin bir sıra ümumi xüsusiyyətləri 

vardır.  



Sadə.  Sistem bütün zəruri məlumatları birbaşa və sadə üsulla 

hazırlamalıdır. Qeydlər və  məlumatların toplanması formaları 

anlamaq və doldurmaq üçün sadə olmalıdır. Təkrarlanan məlumatı 

daxil etmək üçün əlavə vaxt itirilməməlidir. Xüsusilə  də, bu, 

resursların məhdud və  işçilərin müxtəlif vəzifələri olduğu hallarda 

çox vacibdir.  



Çevik.  Sistem rahat dəyişilməlidir, xüsusilə  də, qiymətləndirmə 

dəyişikliklərin edilməsinin vacib və ya arzuolunan olmasını 

göstərirsə. Məsələn, qeydə alınan digər səhiyyə xidmətləri haqqında 

məlumatları əlavə etməyə və ya müəyyən qrup xəstəliklər haqqında 

məlumatları  əldə etmək üçün hədəf seçimini dəyişməyə ehtiyac ola 

bilər və s.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




7

İştirakçılar tərəfindən qəbul olunan. Sistem insanların onda 

iştirak etmək istəyi olduğu halda işlək olur. İşçi heyətin blankların 

hazırlanması, qiymətləndirilməsi, məlumatların toplanması üçün 

formaların modifikasiya edilməsi prosesinə  cəlb olunması onlarda 

blankların doldurulmasının rahat və məqsədinin aydın olması barədə 

əminlik yaradacaq. Son istifadəçilərin lazım olan nəticələri əldə edə 

bilmələrinə  və onları  təkmilləşdirmək məqsədilə  şərh və  təkliflərin 

qəbul olunmasına əmin olmaları vacibdir.  



Etibarlı. Monitorinq nəticəsində  əldə olunan məlumatların 

dəqiqliyinə istifadəçilər əmin olmalıdırlar.  

Əgər resurslar imkan verirsə, monitorinqin aparılmasında 

seçmədən qaçmaq lazımdır. Seçmənin aparılması lazım olduqda onu 

müəyyən qaydalar əsasında etmək lazımdır.  Əhalinin bütün 

təbəqələrindən ibarət reprezentativ

1

 seçmə müəyyən səviyyədə oxşar 



olan xəstəxana və poliklinikaların seçilməsi yolu ilə əldə oluna bilər.  

Etibarlı  məlumatlar  əsasında  əldə edilən indikatorlar yüksək 

həssaslığa və  gələcək nəticələrdən xəbər verə bilmək xüsusiyyətinə 

malik ola bilər. Bu nəticələr tam əhatə olunmaya bilər, əsas odur ki, 

bütün vəziyyətlərdə  tədqiq olunan hadisələrin bütün formalarını 

bərabər səviyyədə əhatə etsin. Buna reprezentativ seçmə metodu ilə 

nail olmaq olar.  

Əlverişli. Sistem əlverişli və əlçatan olmalıdır. İşçi heyətə əlavə 

yük və təşkilatın büdcəsinə zərər vurmaq lazım deyil.  



Dayanıqlı.  Sistem qurulduğu andan öz məqsədlərinə xidmət 

etmək üçün az güc sərf olunmaqla işləməli, rahat yenilənməlidir.  



Məlumatı vaxtında hazırlayan.  Sistem  ən müasir məlumatı 

hazırlamalıdır. 



Təhlükəsizlik və  məxfiliyə  əməl edən.  Bu monitorinq sisteminin 

iki vacib xüsusiyyətidir. Fərdi məlumatlar tam şəkildə gizli 

saxlanmalıdır. Hesabatlarda şəxsi məlumatlar olmamalıdır. Bundan 

əlavə, sistem şübhəli və qorxu xarakterli şəxsi məlumatları 

yaymamalıdır. 

1

 



Öyrənilən populyasiyanı düzgün təmsil edən

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




8


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin