sağlamlığını və onda olan meyilləri əks etdirən göstəricilərdir.
Bunlara əhalinin xəstələnmə, doğum və ölüm sayını əks etdirən
göstəricilər aiddir. Digər monitorinq sahəsi səhiyyə müəssisələrinin
fəaliyyətidir. Başqa bir monitorinq sahəsi
sano-ekoloji
monitorinqdir. Monitorinqin bu növü əhalinin bəzi qruplarının
sağlamlığı ilə ətraf mühit arasında olan qarşılıqlı əlaqələrin
öyrənilməsinə yönəldilir.
Monitorinq müntəzəm aparılmalıdır (sutkalıq, həftəlik, aylıq,
rüblük, illik və ya bir neçə ildən bir).
Səhiyyə göstəriciləri və xidmətlərinin monitorinqinin nəticələri
səhiyyə sahəsində qərarların qəbul edilməsi üçün vacibdir və hər
hansı problem yarandığı halda strateji qərarların təkmilləşdirilməsi,
mövcud siyasətə düzəlişlərin edilməsinə imkan verir. Müsbət nəticə
göstərən fəaliyyətlər yeni səhiyyə proqramlarında istifadə edilə bilər.
Digər bir o qədər də uğurlu olmayan fəaliyyətlərə isə gələcəkdə
yenidən baxıla bilər.
İlk qiymətləndirməni monitorinq prosesinin ilkin mərhələsində
aparmaq lazımdır. Bu qiymətləndirmə məhdud büdcə şəraitində
arzuolunan nəticələrin əldə edilməsi məqsədilə insan və maddi
resursların daha səmərəli istifadəsinə şərait yaradır.
Səhiyyədə qiymətləndirməyə həyata keçirilən proqramın və ya
rutin işinin kəmiyyət və keyfiyyət nəticələrini müəyyənləşdirən
tədbirlər toplusu kimi baxmaq olar. Qiymətləndirmə son və aralıq
nəticələr, həyata keçirilən fəaliyyətlər arasında qarşılıqlı əlaqələrin
müəyyənləşdirilməsini nəzərdə tutur.
Dostları ilə paylaş: |