10
ayrı-ayrı müəssisələr öz kateqoriya, təyinat və metodlarından
istifadə edib məlumatları toplayırlar;
toplanan məlumatlar etibarlı deyil;
bir çox müəssisələrdə
mövcud olan məlumatların toplanma metodları monitorinq
sistemində nəzərdə tutulan bütün hadisələri əhatə etmir və
beləliklə məlumatların keyfiyyəti şübhə altında olur (hətta
məlumatların toplanması ardıcıllıqla aparılsa da, əksəriyyəti
əlyazma formasında olur və bu da onların sonrakı emalı və
təhlilini çətinləşdirir; əlavə olaraq, bu cür məlumatların
əlçatanlığı çox hallarda müxtəlif məhdudiyyətlər,
məlumatların monitorinq və planlaşdırma üçün dəyərinin
dərk olunmaması səbəbindən aşağı olur);
əldə olunan məlumatlar reprezentativ deyil, yəni bütün
öyrənilən əhali qrupu üçün və ya səhiyyə müəssisələrində
olan vəziyyəti əks etdirmir.
Monitorinq məqsədilə məlumatların potensial mənbəyini
qiymətləndirib seçməyin vəzifələri aşağıdakılardan ibarətdir:
daha çox məlumatları əldə etmək imkanı olan mənbələri
müəyyənləşdirmək;
bu məlumatları toplayan təşkilatlarla əlaqə yaratmaq;
məlumatların toplanması, emalı, şərhi və təqdim edilməsi
mexanizmlərini işləmək.
Dostları ilə paylaş: