Addım 6. İştirakçıların məlumatlandırılması və monitorinqə
cəlb edilməsi
Növbəti addım monitorinq sisteminin iştirakçıları kimi müəyyən
edilmiş bütün təşkilatların məlumatlandırılması və cəlb edilməsindən
ibarətdir. İştirakçıları monitorinqin onlar üçün əhəmiyyətli olmasına
və onların iştiraklarının vacib olmasına əmin etmək lazımdır.
Beləliklə, monitorinqin nəticələrində maraqlı olanların monitorinq
sisteminin hazırlanması və istifadəsi üçün cəlb olunması
əhəmiyyətlidir. Onlar belə halda özlərini tamamlanmış sistemin
bərabərhüquqlu iştirakçıları hesab edirlər və bu da sistemi daha
dayanıqlı edir.
Monitorinq sistemində iştirak etmək istəyini gücləndirmək üçün
iştirakçıları, onların iştirak payını nəzərə alaraq, sistemlə işləməyə
hazırlamaq vacibdir. Hazırlıq üç səviyyədə aparılmalıdır. Bütün
iştirakçılar 1-ci səviyyəni, bəziləri 2-ci və yalnız bir neçəsi 3-cü
səviyyəni keçməlidirlər (cədvələ bax).
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
12
Cədvəl 1. Monitorinq sistemində iştirak edən işçi heyətin hazırlıq
səviyyəsinə görə tövsiyələr
Dostları ilə paylaş: |