Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
Şakir Musayev
ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI
VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏRLƏ BAĞLI
MƏHKƏMƏ-TİBBİ EKSPERTİZALAR
Bakı 2009
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
Şakir Musayev
ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI
VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ
OLAN CİNAYƏTLƏRLƏ BAĞLI
MƏHKƏMƏ-TİBBİ EKSPERTİZALAR
(Metodik vəsait)
Bakı 2009
3
4
Metodik vəsaitə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji
Anatomiya Birliyinin Metodik Şurası müsbət rəy vermişdir.
Şakir Məzlum oğlu Musayev – tibb elmləri doktoru, professor
ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRLƏ BAĞLI MƏHKƏMƏ-TİBBİ
EKSPERTİZALAR
Bakı - 2009, 46 səh.
Metodik vəsait şəxsiyyətin cinsi toxunulmazlığı, cinsi
azadlığı əleyhinə olan cinayətlərlə və digər mübahisəli
vəziyyətlərlə bağlı məhkəmə-tibbi ekspertizalar zamanı
məhkəmə-tibb ekspertlərinə və istintaq-məhkəmə orqanlarının
əməkdaşlarına köməklik məqsədi ilə tərtib edilmişdir.
© Ş.M.Musayev, 2009
5
MÜBAHİSƏLİ CİNSİ VƏZİYYƏTLƏRDƏ VƏ
CİNSİ CİNAYƏTLƏRDƏ APARILAN
MƏHKƏMƏ-TİBBİ EKSPERTİZALAR.
Cinayət və mülki işlərin istintaqı zamanı, məhkəmə-istintaq
orqanlarının qarşısında cinsi mənsubiyyətin, kişinin
mayalandırma və qadının mayalanma qabiliyyətinin, cinsi
toxunulmazlığın, cinsi yetkinliyin, hamiləliyin, doğuşun,
abortun və digər məsələlərin təyin edilməsi ilə bağlı bir sıra
xüsusi sualların həlli zərurəti yaranır.
Məhkəmə-tibbi təcrübədə belə sualların həlli cinsi
vəziyyətin ekspertizası adlanır.
1. HƏQİQİ CİNSİN TƏYİNİNİN MƏHKƏMƏ-TİBBİ
EKSPERTİZASI
Cinayət və mülki işlərin istintaqı zamanı nigahın pozulması,
həqiqi hərbi xidmətə çağırış, pasportun verilməsi, cinsi
cinayətlər və digər hallarda həqiqi cinsin təyin edilməsinin
vacibliyi yarana bilər.
Hermafroditizm və ya həqiqi ikicinslilik, subyektdə həm
kişi, həm də qadın cinsi vəzilərin (xayalar və yumurtalıqlar)
elementlərinin olması ilə xarakterizə olunur. Belə şəxslərin
xarici cinsiyyət orqanları bir mənalı şəkildə ya kişi, ya da
qadınlara xas olmaqla bərabər müəyyən inkişaf qüsurlarına
malik olur. Həqiqi hermafroditizmə çox nadir hallarda rast
gəlinir. Yalançı hermafroditizmə daha çox rast gəlinir. Bu
zaman subyektdə müəyyən cinsə aid funksiyalı cinsi vəzilər
olsa da, xarici cinsiyyət orqanları əks cinsə aid olur. Yalançı
qadın hermafroditlərdə – yumurtalıqlar olsa da, xarici cinsiyyət
orqanları kişi tipinə uyğun inkişaf etmiş olur. Yalançı kişi
hermafroditlərdə – xayaların olmasına baxmayaraq, xarici
cinsiyyət orqanları qadın cinsinə uyğun inkişaf edir.
6
Həqiqi cinsi təyin edərkən aşağıdakı kompleks əlamətlər
nəzərə alınır:
- anamnestik məlumatlar (polyusiya, aybaşı, cinsi meyllik);
- ikincili cinsi əlamətlərin vəziyyəti və xarici cinsiyyət
orqanlarının quruluşu;
- tibbi sənədlərdən (ginekoloq, uroloq, endokrinoloq,
seksopatoloq və s. yanında müalicədə olması barədə)
məlumatlar.
Həqiqi cinsin təyininin məhkəmə-tibbi ekspertizası müxtəlif
ixtisaslı həkim-klinisistlərin iştirakı və subyekti ixtisaslaşmış
müalicə müəssisəsində müayinə etməklə komission qaydada
aparılır.
Daxili cinsi vəzilərin müayinəsi və onların funksional
fəaliyyətinin həcmi həlledici rol oynayır. Hazırda genetik
(həqiqi) cins qanda leykositlərin nüvələrinin və ağız
boşluğunun selikli qişasının epitelial hüceyrələrinin müayinəsi
yolu ilə də təyin oluna bilər. Diaqnostika kişi və qadın cinsinə
mənsub pozitiv əlamətlərin müəyyən edilməsinə əsaslanır.
Həqiqi cinsin təyininin məhkəmə-tibbi ekspertizası
zamanı, həlli üçün ekspert qarşısında aşağıdakı suallar
qoyula bilər:
1. Şəxs hansı həqiqi cinsə mənsubdur?
2. Hazırki şəxs hermafrodizmdən əziyyət çəkirmi?
3. Əgər belədirsə, o həqiqi yoxsa yalançı hermafrodizmə
aiddir?
7
2. CİNSİ YETKİNLİYİN TƏYİNİNİN MƏHKƏMƏ-
TİBBİ EKSPERTİZASI.
Cinsi yetkinlik dedikdə, orqanizmin elə bir fiziki inkişaf
dərəcəsi nəzərdə tutulur ki, bu zaman bütün cinsi funksiyalar
(kişilərdə – cinsi əlaqədə olma, mayalandırma; qadınlarda –
cinsi əlaqədə olma, döllənmə, hamiləlik, doğuş və uşağı
əmizdirmə), sağlamlıq üçün zərərli nəticələr vermədən yerinə
yetirilə bilsin. Nəzərə almaq lazımdır ki, cinsi yetkinlik
müəyyən yaşa çatma ilə əlaqəli deyil. O, nigah yaşından həm
erkən, həm də sonra başlaya bilər.
Bir çox alimlərin fikrincə cinsi aparatın tam formalaşması
və tənzimlən-məsi qızlarda oğlanlardan tez başlayır. Qızlarda 6-
9 yaşlarında hamiləliyə rast gəlinir, oğlanlarda isə 11-12
yaşlarında sperma əmələ gəlmə və pollyusiya halları başlayır.
Cinsiyyət üzvünün ereksiyası (gərginləşməsi) daha erkən
yaşlarda müşahidə edilir. Bu məmnunluğun sadə sinir-psixi
reaksiyası şəklində baş verir.
Cinsi yetkinlik bir neçə il davam edir və coğrafi, irsi, sosial
və digər faktorlardan asılıdır. Bir qayda olaraq, cinsi yetkinlik
qızlarda 13-15 yaşla-rında, oğlanlarda isə 14-17 yaşlarında
başlayır. Cinsi yetkinlik prosesi kişilərdə adətən 23-25
yaşlarında başa çatır. 25 yaşdan 55 yaşa qədər olan dövr,
davamlı seksual meyllikli və müntəzəm cinsi həyat stereotipləri
ilə xarakterizə olunan cinsi yetkinliyə aid edilir. 55 yaşdan
sonra seksual fəallıq zəifləməyə başlayır, bəzi hallarda isə
pozğunluq formasında (homoseksualizm, pedofiliya, fetişizm
və s.) müşayiət olunan psixoseksual stimulyasiyanın
reduksiyası yaranır.
Qızlarda cinsi yetkinliyin müəyyən edilməsi aşağıdakı
hallara əsaslanır:
- xarici cinsiyyət orqanlarının inkişaf dərəcəsi;
- yumurtalıqların funksiyası;
8
- ümumi fiziki inkişaf;
- çanağın ölçüsü və s.
Oğlanlarda cinsi yetkinliyin təyini nadir hallarda
aparılır və bu zaman aşağıdakı hallar müəyyənləşdirilir:
- orqanizmin sonrakı inkişafına zərər vurmadan, cinsi
fəaliyyətə (cinsi əlaqədə olma və mayalandırma) imkan verən,
cinsi vəzilərin funksional vəziyyəti;
- orqanizmin ümumi fiziki inkişafı.
Cinsi yetkinliyin təyininin məhkəmə-tibbi ekspertizası,
əlamətlərin yaxşı biruzə olunduğu halarda çətinlik törətmir. Bu
əlamətlərin tam və aydın olmadığı hallarda çətinlik yaranır.
Cinsi yetkinliyə çatma haqqında sualın həlli yalnız onların
toplusuna əsaslanır.
Ekspert rəyində qəti formada subyektin cinsi yetkinliyə
çatması təsdiq olunur, yaxud da inkar edilir. Nəticənin «cinsi
yetkinliyə tam çatmamışdır» formada tərtib edilməsi yol
verilməzdir.
9
3. CİNSİ VƏ NƏSİLARTIRMA QABİLİYYƏTİNİN
TƏYİNİNİN MƏHKƏMƏ-TİBBİ EKSPERTİZASI.
Xatırladaq ki, qadınlarda cinsi qabiliyyət dedikdə, cinsi
əlaqədə olma və döllənmə, kişilərdə isə cinsi əlaqədə olma və
mayalandırma başa düşülür.
Qadınlarda cinsi və nəsilartırma qabiliyyətinin təyin
edilməsi üçün səbəblər aşağıdakılardır:
- nigahın pozulması;
- uşağın oğurlanması;
- sağlamlığa zərərvurma dərəcəsinin təyini (nəsilartırma
qabiliyyətini itirdikdə).
Kişilərdə bu səbəblərə aşağıdakılar aiddir:
- nigahın pozulması;
- mübahisəli atalıq iddiaları;
- sağlamlığa zərərvurma dərəcəsinin müəyyən edilməsi
(nəsilartırma qabiliyyətini itirdikdə);
- zorlamada və digər hallarda.
Qadınlarda cinsi əlaqədə olma qabiliyyəti adətən cinsi
yetkinliyə çatma-dan erkən yaranır. Cinsi əlaqədə olma
qabiliyyətinin olmaması bir çox səbəblərdən asılıdır: xarici
cinsiyyət orqanlarının anadangəlmə inkişaf qüsurları, vaginizm,
xəsarətdən sonra uşaqlığın girəcəyində çapıq dəyişiklikləri və
sairə. Cinsi əlaqədə ola bilmə qabiliyyəti barədə sualın həlli
zamanı, müayinə olunan şəxsdə bunun üçün maneə yaradan
cinsiyyət orqanlarının anadangəlmə və ya qazanılmış
dəyişikliklərin (uşaqlığın qısa olması, onun daralması, şişləri və
s.) olub-olmamasının aydınaşdırılması zəruridir.
Əgər müayinə zamanı, cinsiyyət orqanlarında cinsi aktı
yerinə yetirməyə mane ola biləcək hər hansı bir dəyişikliklər
aşkar edilmirsə, cinsi əlaqədə olma qabiliyyətini çətinləşdirən
və ya istisna edən funksional xarakterli səbəbləri müəyyən
10
etmək və ya inkar etmək üçün ekspertizanın icrasına həkim-
psixoterapevt cəlb edilir.
Gənc qadınlarda döllənmə qabiliyyətinin olmaması
(sonsuzluq), çox hallarda kiçik çanaq orqanlarının iltihabi
xəstəlikləri (qonoreya xəstəliyinin nəticəsi, doğuşdan sonra),
həmçinin qadın cinsiyyət aparatının inkişaf qüsurları və sairə ilə
əlaqədar olur. Qadın sonsuzluğunun səbəbləri ginekoloji
müayinələrin köməkliyi ilə müəyyən edilir.
Qadınlarda döllənmə qabiliyyətinin təyini zamanı
aşağıdakıların nəzərə alınması vacibdir:
- müayinə olunanın yaşı;
- orqanizmin və cinsiyyət orqanlarının anatomo-fizioloji
xüsusiyyətləri;
- aybaşının başlanma vaxtı və xarakteri;
- iltihabi və ya neoplastik xarakterli ginekoloji xəstəliklərin,
hormonal pozğunluqların, xroniki infeksiyaların,
intoksikasiyanın, şüalanmanın nəticələrinin olması;
- anamnezində cinsiyyət orqanlarında hər hansı cərrahi
müdaxilənin olması.
Kişilərdə cinsi əlaqədə ola bilmə və mayalandırma
qabiliyyəti çox erkən başlaya və qocalana qədər saxlanıla bilər.
Cinsi əlaqədə olma qabiliyyətinin olmaması (impotensiya) və
ya itirilməsi, üzvü və funksional xarakterli olur. Üzvi
xarakterli cinsi əlaqəda olma qabiliyyətinin olmaması daha
çox aşağıdakı hallarla əlaqədardır:
- xarici cinsiyyət orqanlarının anadangəlmə anatomik
qüsurları və travması (mexaniki maneələr nəticəsində
impotensiya);
- cinsiyyət orqanlarının xəstəlikləri (cinsi vəzilərin
zədələnməsinə, toxum mayesinin keyfiyyətinin dəyişməsinə və
ya onun ifrazatının pozulmasına səbəb olan xayaların və prostat
vəzinin xəstəlikləri);
11
- ağır və üzücü xəstəliklər, baş beynin və onurğa beynin
travmatik zədələnməsi və xəstəlikləri, endokrin pozğunluqlar.
Cinsi əlaqədə ola bilmə qabiliyyətinin olmamasının
funksional səbəblərinə bir qayda olaraq mərkəzi sinir
sisteminin xəstəlikləri aiddir.
Kişi cinsli şəxslərin cinsi əlaqədə ola bilmə qabiliyyəti,
cinsiyyət orqanlarının normal anatomik quruluşundan, onların,
o cümlədən orqanizminin sağlamlıq vəziyyətindən (üzvi və ya
funksional) çox asılıdır.
Kişilərdə cinsi əlaqədə olma və mayalandırma qabiliyyətinin
təyini bir çox çətinliklərlə bağlıdır və müayinə olunan şəxsin
ixtisaslaşdırılmış müalicə müəssisəsinə yerləşdirilməsini tələb
edir. Belə hallarda ekspertizalar daima komission qaydada
uroloqun, endokrinoloqun, nevropatoloqun, bəzi hallarda isə
psixiatrın iştirakı ilə aparılır.
Qeyd olunan müayinələrin aparılması zamanı müayinə
olunan şəxsdən sorğu yolu ilə aşağıdakı hallar
aydınlaşdırılır:
- anamnezində cinsiyyət orqanlarının funksiyasının
pozulması ilə müşayiət olunan zöhrəvi, infeksion, endokrin
xəstəliklər, mərkəzi sinir və periferik sinir sisteminin, cinsiyyət
orqanlarının xəstəliklərinin, çanaq sümüklərinin və cinsiyyət
orqanlarının travmasının olmasını.
Alınmış məlumatları dəqiqləşdirmək məqsədilə, şəxsin
müalicə olunduğu və ya müalicədə olduğu səhiyyə
müəssisələrindən aşağıdakı hallar barədə olan sənədlər
ekspertizaya təqdim olunması üçün müstəntiq tərəfindən
tələb edilir:
- peşə zərərlərinin və zərərli adətlərin olması (radioaktiv
şüalanma, qurğuşunla, civə ilə uzun müddətli kontakt,
narkotiklərin, trankvlizatorların, hormonal preparatların,
alkoqolun, siqaretin qəbulu və s.);
12
- cinsi inkişaf, nigaha qədər və nigah dövrlərində cinsi həyat
barədə məlumatlar;
- pollyusiyanın başlama vaxtı, onun tezliyi, onanizmlə
məşğul olma (müddəti, fəallığı);
- cinsi həyatın başlama vaxtı, cinsi əlaqədə olmanın
müntəzəmliyi və tezliyi, seksualpatologiyanın olması (həkim
məlumatlarına və müayinə olunanın fikrinə görə), nigahda cinsi
həyatın xarakterli (nigahın sayı, uşaqların olması, cinsi həyat
zəminində ailə mübahisələrinin olması və s.).
Əgər sorğu zamanı müayinə olunan şəxs özünün
impotensiyası barədə bildirirsə və müayinə zamanı bunu təsdiq
edən obyektiv səbəblər aşkar olunmursa, bu zaman tibbi
sənədlərlə (analizlərlə) yanaşı, həmçinin, onun həyat yoldaşının
və zərərçəkmişin dindirmə protokolları da öyrənilməli, zərurət
yaranan hallarda isə müvafiq ixtisas həkimləri məsləhətə cəlb
olunmalıdır.
Kişi cinsli şəxslərin cinsi əlaqədə olma qabiliyyətinin
təyini ilə bağlı məhkəmə-tibbi ekspertizanın gedişatında
aşağıdakı halların müəyyən edilməsini müstəntiqin bilməsi
məqsədəuyğundur:
- ümumi fiziki inkişaf – bədən quruluşu, qidalanma (onun
xüsusiyyətləri), oturaq və ayaqüstə boy, döş qəfəsinin dairəsi,
daimi və ağıl dişlərinin olması və sayı;
- ikincili cinsi əlamətlərin biruzə olunması (sifətdə,
qoltuqaltı nahiyədə və qasıq nahiyəsində tüklənmə dərəcəsi və
xarakteri, qalxanvari qığırdağın forması, səsin tembri);
- reflekslərin vəziyyəti (qarın, sağrı, anal);
- xarici cinsiyyət orqanlarının inkişafı – gərginləşməmiş
cinsiyyət üzvünün dairəsi və eni (ereksiya yarandığı zamanı
gərginləşmiş cinsiyyət üzvünün ölçürləri);
- mağaralı cismin vəziyyəti, pülüyün görünüşü, onun
hərəkəti, yüyənin görünüşü;
- sidikçıxarıcı kanalın xarici dəliyinin yerləşməsi və s.;
13
- xayalığın forması və görünüşü (qırışlılığı, piqmentasiyası),
xayaların öz yerində olması, onların konsistensiyası (yumşaq,
yumşaq-elastikli, elastiki), əllə müayinə zamanı ikinci-beşinci
barmaqlar arasında səthinin xarakteri və s.
Əgər cinsi əlaqədə olma qabiliyyətinin təyini ekspertizasının
gedişatında, müayinə olunanın cinsi mənsubluğunun təyini ilə
bağlı suallar yaranarsa, bu zaman müayinəyə həkim-
seksopatoloqlar, lazım gələrsə digər ixtisas həkimləri cəlb
olunur.
Mayalandırma qabiliyyətinin məhkəmə-tibbi
ekspertizasının təyininə aşağıdakı cinayət işlərinin istintaqı
zamanı zərurətin olduğunu müstəntiqin bilməsi vacibdir:
- zorlamada;
- qadın cinsli şəxslərlə cinsi əlaqədə olma;
- əxlaqsız hərəkətlərdə;
- uşaqların saxlanması üçün aliment ödəməkdən yayınma
hallarında;
- nəslartırma qabiliyyətinin itirilməsi ilə müşayiət olunan
xəsarətin yetiril-məsi zamanı, sağlamlığa zərərvurma
dərəcəsinin təyini zamanı;
- mübahisəli atalıqla bağlı mülki işlərə baxılanda.
Belə hallarda ekspert müayinələri, mayalandırma
qabiliyyətinin saxlanılması və pozulması barədə fikir yürütmək
üçün obyektiv məlumatlar və göstəricilər əldə etmək məqsədilə
aparılır. Sorğu yolu ilə cinsi inkişaf, cinsi həyat, əvvəllər
keçirdiyi və hazırda da olan xəstəliklər, travma, mayalandırma
qabiliyyətinə mənfi təsir göstərən zərərli adətlər və peşə
zərərləri barədə məlmatlar aydınlaşdırılır.
Bunlara aşağıdakı xəstəliklər və patoloji hallar aiddir:
- prostat vəzinin, toxum kisəsinin, xayaların, onların
artımlarının və sidikçıxarıcı kanalın zöhrəvi və digər iltihabi
xəstəlikləri;
14
- yoluxucu xəstəliklər – parotit, malyariya, vərəm,
bruselyoz, yatalaq və sairə;
- mərkəzi və periferik sinir sisteminin xəstəlikləri,
travmaları, endokrin xəstəliklər, cinsiyyət orqanlarının
funksiyasının pozulması ilə müşayiət olunan cinsiyyət
orqanlarının və çanaq sümüklərinin travmaları;
- narkotiklərin və onların surroqatlarının, trankvlizatorların,
hormonal preparatların alkoqolun, siqaretin, radiasiya
şüalanmasının çox qəbulu, qurğuşunla, civə ilə, arsenlə, zəhərli
kimyəvi birləşmələrlə zəhərlənmə və sairə.
Cinsiyyət orqanlarının vəziyyətinin qiymətləndirilməsi
zamanı aşağıdakı hallar nəzərə alınır:
- keçirilmiş iltihabi və ya travma nəticəsində yaranan
ikitərəfli xaya və xaya artımlarının zədələnməsi (bərkimə və
qabarıqlarının olması), toxumçıxarıcı yolların keçməməzliyi və
ya spermatogenezin pozulması nəticəsində mayalandırma
qabiliyyətinin itirilməsinin obyektiv əlaməti hesab edilir;
- yalnız bir xayanın epi və ya hipostadiyası mayalandırma
qabiliyyətinin olmamasının şərtsiz əlaməti hesab olunmur;
- prostat vəzi və toxum kisəsi nahiyəsində çapıq
dəyişiklikləri, mayalan-dırma qabiliyyətinin itirilməsinin tez-tez
rast gəlinən səbəbidir.
Toxum mayesinin (eyakulyatın) müayinəsi –
mayalandırma qabiliyyətinin təyininin əsas metodudur.
Normada eyakulyatın həcmi 2-5 ml-dir. Eyakulyatın
həcminin azalması prostat vəzinin, xaya artımlarının və ya
toxum kisəsinin funksional pozulma-sını göstərir. Eyakulyatın
artıq miqdarı isə (7-8 ml-dən çox) adətən sperma-tozoidlərin
konsentrasiyasının azalması ilə müşayiət olunur.
Eyakulyatın alınması və onun Birliyin məhkəmə-biologiya
şöbəsinə çatdırılması zamanı, spermanın biokimyəvi
xüsusiyyətlərinə və spermatozoidlərin hərəkətliliyinə mənfi
təsir göstərə biləcək hallardan, havanın temperatur
15
dəyişkənliyindən və mexaniki təsirlərdən qorumaq zəruridir.
Belə təsirləri istisna etmək üçün eyakulyat yalnız bədən
temperaturuna qədər qızdırılmış təmiz və quru şüşə qablara
yığılır. Analiz üçün bütün eyakulyat götürülür. Eyakulyat
alındığı vaxtdan üç saatdan gec olmayaraq, müayinə
olunmalıdır.
Müayinə olunan şəxsin mayalandırma qabiliyyəti barədə
nəticə sorğu zamanı, obyektiv müayinə və toxum mayesinin
müayinəsi zamanı alınmış bütün məlumatların toplusuna
əsaslanır.
Bir çox tibb alimlərinin fikrincə kişilərin mayalandırma
qabiliyyətinin olmaması aşağıdakı hallardan asılıdır:
-
toxum mayesinin olmaması (aspermatizm);
-
hərəkətsiz spermatozoidlərin olması
(nekrospermiya);
-
xəstəlikdən dəyişmiş spermatozoidlərin olması
(astenospermiya);
-
az miqdarda normal spermatozoidlərin olması
(oliqospermiya).
16
4. CİNSİ TOXUNULMAZLIĞIN TƏYİNİNİN
MƏHKƏMƏ-TİBBİ EKSPERTİZASI.
Cinsi toxunulmazlıq dedikdə, cinsi həyatın olmaması başa
düşülür. Kişi və qadınların cinsi toxunulmazlığının təyininin öz
xüsusiyyətləri vardır.
Qadınlarda cinsi toxunulmazlığın əsas əlaməti qızlıq
pərdəsinin tamlığıdır. İlk cinsi əlaqə zamanı, adətən, onun
tamlığı pozulur (deflorasiya) və bu cırılmalarla özünü büruzə
verir. Bəzi hallarda qızlıq pərdəsində olan təbii oymalar, səhvən
cırılma kimi qiymətləndirilə bilər. Qızlıq pərdəsinin tamlığı
bəzən cinsi əlaqə ilə bağlı pozulmur. Əxlaqsız hərəkətlər
zamanı, barmaq, tibbi alətlər, digər əşyaların təsirindən və sair
hallarda da qızlıq pərdəsinin tamlığında pozulma ola bilər. Bəzi
qızlıq pərdələrinin anatomik xüsusiyyətləri, onların tamlığını
pozmadan da cinsi əlaqədə olmağa imkan verir.
Qızlığın və cinsi əlaqənin əlamətlərinin təyini bir çox cinsi
cinayətlər, əxlaqsız hərəkətlər, zorlamaya cəhd, azyaşlılarla
cinsi əlaqə və digər hallarda təyin edilə bilər.
Dostları ilə paylaş: |