Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim-endokrinoloqun nümunəvi vəzifə
TƏLİMATI
I.
Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı həkim-endokrinoloqun vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Həkim-endokrinoloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq ixtisas üzrə peşə hazırlığı keçmiş şəxs təyin
edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində
(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada “endokrinologiya” ixtisası üzrə peşə hazırlığı keçmiş,
ixtisası üzrə ən azı 3 il əmək stajına malik şəxs təyin edilir.
3.
Həkim-endokrinoloq Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Həkim-endokrinoloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə
tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Həkim-endokrinoloq aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin
əsaslarını;
5.3. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.4. endokrinologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi
ilə bağlı məsələləri;
5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.6. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.8. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
2
5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
II.
Vəzifə öhdəlikləri
6.
Həkim- endokrinoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir
profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz
ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.
7. Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və
müalicənin aparılması) və diaqnozunu müəyyən edir.
8. Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin
edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və
tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
9.
Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı
olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini
müəyyən edir.
10. Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz
ixtisası üzrə məsləhət yardımı göstərir.
11. Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
12. Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və
avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik
tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət
edilməsinə nəzarət edir.
13. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin
aparılmasında iştirak edir.
14. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
15. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq
vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
16. Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir.
17. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının
aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.
18. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə
və vaxtında icra edir.
19. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
20. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
21.
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin
3
fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına
qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin
vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
III.
Hüquqlar
22. Həkim-endokrinoloqun aşağıdakı hüquqları vardır:
22.1. klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator
tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz
müəyyənləşdirmək;
22.2. Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
taktikasını müəyyən etmək;
22.3. pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator
diaqnostika metodlarını təyin etmək;
22.4. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə
diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
22.5. zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün
müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
22.6. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
22.7. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, onların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
22.8. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
22.9. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
23. Həkim-endokrinoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyət
24. Həkim-endokrinoloq aşağıdakılara görə məsuliyyət daşıyır:
24.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
24.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
24.3.
daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
24.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
24.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
4
24.6. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
24.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə
25. Həkim-endokrinoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |