Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
17 saylı əlavə Azərbaycan Respublikası müdafiə nazirinin mərdlik və əsgəri şücaətə görə vımpeli haqqında Əsasnamə 1. Azərbaycan Respublikası müdafiə nazirinin mərdlik və əsgəri şücaətə görə
vımpeli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə, hərbi hissə və
gəmilərini Azərbaycan Hökumətinin və müdafiə nazirinin tapşırıqlarını yerinə
yetirərkən göstərdikləri mərdlik və əsgəri şücaətə, eləcə də təlimdə və dəniz
səfərlərində xüsusi fərqlənənləri təltif etmək üçün təsis olunur.
2. Vımpellə Azərbaycan Respublikasının müdafiə naziri təltif edir, bu barədə
müvafiq əmr verilir və əmr Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün
birləşmə, hərbi hissə və gəmilərinə çatdırılır.
3. Vımpel birləşmə, hərbi hissə və gəmiyə müdafiə nazirinin nümayəndəsi
tərəfindən təntənəli şəraitdə şəxsi heyətin sırası qarşısında Döyüş Bayrağının hərbi
hissəyə verilməsinə uyğun qaydada verilir (16 saylı əlavə).
4. Vımpel açıq şəkildə xüsusi dayağa bərkidilmiş bayraq dəstəyində birləşmə və
hərbi hissələrdə Döyüş Bayrağı olan postda, gəmilərdə isə kayut-kompaniyada
saxlanılır.
Vımpel birləşmənin, hərbi hissənin və gəminin şəxsi heyətinin iclaslarında döyüş
hazırlığına yekun vurularkən və vəzifələr tapşırılarkən, eləcə də təntənəli iclaslarda
nümayiş etdirilir.
5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmələri, hərbi hissələri və
gəmiləri vımpellə bir neçə dəfə təltif oluna bilərlər.
6. Birləşmə və hərbi hissələr ləğv edildikdə (gəmi Silahlı Qüvvələr siyahısından
silindikdə), Azərbaycan Respublikası müdafiə nazirinin mərdlik və əsgəri şücaətə görə
vımpeli qısa tarixi arayışla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi
Muzeyinə təhvil verilir.