17. Hərbi hissələrin döyüş ənənələrini və döyüş xidmətlərinin xatirəsini qoruyub
saxlamaq məqsədilə Döyüş Bayraqları və fəxri adlar başqa hərbi hissələrə verilə bilər.
Bu hallarda Döyüş Bayraqları və fəxri adlar ancaq hərbi hissələr arasında birbaşa
varislik olduqda, yəni bir və ya bir neçə hərbi hissədən yeni bir hərbi hissə (hissələr)
düzəldikdə verilir.
Bir hərbi hissəni başqa hərbi hissəyə çevirdikdə, çevrilən hərbi hissənin Döyüş
Bayrağı, onun təqdimatı və fəxri adları yeni yaradılan hərbi hissədə saxlanılır.
Bir hərbi hissəni iki və daha artıq hərbi hissəyə çevirdikdə, çevrilən hərbi hissənin
Döyüş Bayrağı, onun təqdimatı və Fəxri adları yeni yaradılan hərbi hissələrdən birində
saxlanılır.
İki və daha artıq hərbi hissəni bir hərbi hissəyə çevirdikdə, onlardan birinin
Döyüş Bayrağı, təqdimatı və fəxri adları yeni yaradılan hərbi hissədə saxlanılır. Qalan
hərbi hissələrin Döyüş Bayraqları və onların təqdimatları müəyyən edilmiş qayda ilə
təhvil verilir.
Texniki vəziyyətlərinə görə Hərbi Dəniz Donanmasından silinmiş gəmilərin fəxri
adları və Hərbi Dəniz Bayraqları yenidən Hərbi Dəniz Donanmasına daxil edilmiş
gəmilərə o şərtlə verilə bilər ki, silinmiş gəminin şəxsi heyətinin bir hissəsi yenidən
daxil edilmiş gəmilərin şəxsi heyətinə verilmiş olsun. Belə halda fəxri adların və Hərbi
Dəniz Bayrağının yeni gəmiyə faktiki verilməsi, fəxri adların və Hərbi Dəniz
Bayrağının məxsus olduğu gəmi Hərbi Dəniz Donanmasının Heyətindən silindikdən
sonra həyata keçirilə bilər.
Yeni yaradılan hərbi hissəyə Döyüş Bayrağının və fəxri adların, yenidən qurulan
gəmiyə isə fəxri adların və Hərbi Dəniz Bayrağının verilməsi məsələsinə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında, hərbi hissənin yenidən tərtib
edilməsi, yaxud yenidən qurulan gəmi ekipajının tərtibi məsələsi ilə eyni zamanda
baxılır və müəyyən edilmiş qayda ilə rəsmiləşdirilir.
Döyüşlərdə məhv edilmiş gəmilərin döyüş ənənələrini qoruyub saxlamaq
məqsədilə onların fəxri adları və Hərbi Dəniz Bayraqları başqa gəmilərə onlar arasında
birbaşa varislik olduqda verilə bilər. Bu halda fəxri adların və Hərbi Dəniz Bayrağının
verilməsi Hərbi Dəniz Qüvvələri komandanının vəsatətinə əsasən müdafiə nazirinin
əmri ilə yerinə yetirilir.
18. Göstərdikləri qəhrəmanlıqlara görə müdafiə nazirinin əmri ilə hərbi hissələrin
(gəmilərin) siyahısına əbədi, yaxud fəxri əsgər kimi daxil edilmiş hərbi qulluqçuların
xatirəsini əzizləyib saxlamaq məqsədilə bu hərbi hissələr ləğv edildikdə və ya gəmilər
Hərbi Dəniz Donanması heyətindən silindikdə onların soyadları, fəxri adların və Hərbi
Dəniz Bayraqlarının verilməsi üçün 17-ci bənddə şərh olunmuş qaydada, varislik üzrə
başqa hərbi hissələrin və gəmilərin siyahısına daxil edilə bilər. Bu halda hərbi
qulluqçuların soyadlarının hərbi hissələrin (gəmilərin) siyahısına əbədi, yaxud fəxri
əsgər kimi daxil edilməsi müdafiə nazirinin və ya onun müavininin əmri ilə həyata
keçirilir.
Dostları ilə paylaş: