Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə113/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   109   110   111   112   113   114   115   116   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

14 saylı əlavə 
 
_______hərbi hissə (bölük) üzrə növbətçiliyin qəbulu və təhvili kitabı 
 
Gün və 
ay 
Növbətçiliyin qəbulu və təhvili, qəbul edilmə silahların, 
sursat yeşiklərinin sayı və növbə vaxtı aşkar edilmiş xidmət 
çatışmazlıqları haqqında qeydlər 
Komandirin 
qərarı 
 
 
 
 
 
Qeyd:  
Bölük növbətçiliyinin qəbulu və təhvili kitabında ancaq təhvil verilib, təhvil alınası predmetlər göstərilir, 
aşkar edilmiş çatışmazlıqlar haqqında isə ancaq şifahi məlumat verilir (256-cı maddə). 
 
15 saylı əlavə 
Alay (briqada) düşərgəsi salınma qaydaları 
 
1. Düşərgə yerini yerli hakimiyyət orqanları ilə razılaşmaqla böyük rəis təyin edir. 
O, mümkün qədər tədris obyektlərinin (çöllərinin) yaxınlığında olmalıdır. 
2.  Düşərgənin  ön  tərəfini  müəyyən  edərkən  küləklərin  ən  çox  əsdiyi  istiqamət 
nəzərə alınmalıdır. 
Düşərgənin önünün ümumi işlək yolları ilə kəsilməsinə yol verilmir. Düşərgənin 
cinahları işlək yollardan 50 metrdən artıq məsafədə olmalıdır. 
3.  Düşərgə,  eyni  zamanda  rabitə  yolu  kimi  işlənilən  eninə  və  uzununa  xətlərlə 
düzbucaqlı məhəllələrə bölünür. 


4. Düşərgə dərinliyinə görə onun önünə paralel olan üç — ön, orta və arxa xətlə 
zolaqlara  bölünür.  Xətlər  arasında  məsafə  çadırların,  lazımi  tikintilərin  və 
avadanlıqlarının yerləşməsi sxemindən asılıdır. 
Düşərgənin arxasında döyüş və digər təkərli və tırtıllı maşınların hərəkəti üçün 
ayrı-ayrılıqda arxa yolları hazırlanır. 
5.  Düşərgə  önünə  şaquli  olan  köndələn  xətlərlə  bölünür.  Köndələn  xətlər 
taborların  və  alayın  (briqadanın)  əlahiddə  bölmələri  arasında  salınır.  Düşərgənin 
köndələn  xətlər  arasında  qalan  ön  xətdən  arxa  yoluna  qədər  olan  sahəsi  bu  sahənin 
birinci zolağında yerləşən taborun (bölmənin) adını alır. 
6.  Birinci  zolaqda  (ön  və  orta  xətlər  arasında)  bölmələr  çadırlarda  onların 
nömrələrinə görə ardıcıllıqla yerləşdirilir. 
İkinci zolaqda (orta xətlə arxa xətt arasında) hərbi hissə qərargahı, tibb məntəqəsi 
və yeməkxanalar yerləşdirilir. 
Üçüncü  zolaqda  (arxa  xətlə  arxa  yol  arasında)  ayaqyolular,  anbarlar, 
emalatxanalar və başqa təsərrüfat tikililəri yerləşdirilir. 
Döyüş sursatı və partlayıcı maddələr anbarları düşərgədən kənarda yerləşdirilir. 
7.  Çadır  yuvaları  üç-üç,  yaxud  iki-iki  olmaqla  bölük  sırasında  yerləşdirilirlər. 
Çadır  yuvalarının  ölçüsü  5m  x  5m-dir.  Bir-birinə  qonşu  yuvaların  yan  tərəflərinin 
əsasları arasındakı məsafə önə 2,5m, dərinliyə isə 5m-dir. 
Müddətli xidmət çavuşları öz bölmələri ilə yerləşdirilirlər. Bölük başçavuşu üçün 
ayrı çadır ayrılır, burada həm də bölük dəftərxanası yerləşir. 
Gizirlər  və  müddətindən  artıq  xidmət  çavuşları  üçün  hər  üç  adama  bir  çadır 
hesabı ilə ayrıca çadır ayrılır. 
Zabitlər  ayrıca  çadırlarda,  yaxud  binalarda  yerləşdirilirlər.  Taborlarda  tabor 
qərargahı üçün çadır ayrılır. 
8. Tərbiyə işi üçün çadırlar bölüklərin arxa cərgə çadırları səviyyəsində qurulur, 
onlarla yanaşı, bölüklərin ümumi iclasını aparmaq üçün sinif-meydançalar hazırlanır. 
9. İkinci və üçüncü taborların arasında birinci səf çadırları xəttində bayraq dayağı 
qoyulur.  İkinci  səf  çadırlar  xəttində  bayraq  dayağının  arxasında  alay  (briqada) 
növbətçisi  və  onun  köməkçisinin  çadırı  qurulur.  Qarovullar  üçün  çadırlar  ikinci 
zolaqda qurulur. 
10.  Bölük  çadırları  arxasında  birinci  zolaqda  silah  saxlamaq  üçün  bina  (çadır) 
yerləşir,  onun  yaxınlığında  silahları  təmizləmək  üçün  yer,  onların  arxasında  isə 
əlüzyuyanlar və su çuxurları hazırlanır. 
11. Hər taborun sağ və sol cinahında ön xətdə gün növbətçiləri üçün göbələkvari 
çətir qoyulur. 
12.  Parklar  arxa  xətlə arxa  yollar  arasında,  düşərgənin  cinahlarında,  yaxud  önü 
qarşısında  hazırlanır.  Parklar  üçün  sahənin  yerini  birləşmə,  yaxud  hərbi  hissə 
komandiri təyin edir. 
13.  Gimnastika  şəhərcikləri  və  idman  oyunları  üçün  meydançalar,  bir  qayda 
olaraq, ön xəttin qarşısında hazırlanır. 


14.  Alay  (briqada)  klubu,  bir  qayda  olaraq,  açıq  səhnəni  və  onun  qabağında 
tamaşaçılar  üçün  yerləri  və  klub  pavilyonlarını  rahat  yerləşdirməyə  imkan  verən  yer 
sahəsində yerləşdirilir. 
15.  Ərazi  xüsusiyyətlərindən  asılı  olaraq  düşərgə  salınmada  aşağıdakılara  yol 
verilə bilər: 
a)  düşərgənin  önü  düz  xəttə  yox,  yer  predmetlərinin  yerləşməsinə  uyğun  ola 
bilər; 
b) bölmələr arasındakı məsafə artırıla, yaxud azaldıla bilər; 
v) parklar düşərgə hüdudlarından kənarda yerləşdirilə bilər. 
Düşərgənin ərazisi ildırımötürən qurğularla təchiz edilir. 
 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin