Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə114/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   110   111   112   113   114   115   116   117   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
16 saylı əlavə 
 
Hərbi hissələrə Döyüş Bayraqları verilməsi qaydası haqqında 
 
Əsasnamə 
 
I. Ümumi müddəalar 
 
1.  Döyüş  Bayrağı  diviziyalara,  briqadalara,  alaylara,  əlahiddə  taborlara, 
divizionlara,  aviaeskadrilyalara,  hərbi  təhsil  müəssisələrinə,  təlim  hissələrinə  və 
donanma  ekipajlarına  verilir  (bundan  sonra  bütün  sadalananlar  «Hərbi  hissə» 
adlandırılacaqdır). 
Azərbaycan  Respublikasının  Qvardiya  Bayrağı  olan  birləşmə  və  hərbi  hissələr 
istisna olmaqla arxa, texniki təminat, mühafizə və xidmət, təlim-məşq, intizam, hərbi-
inşaat hissələrinə və digər analoji hərbi hissələrə Döyüş Bayrağı verilmir. 
Hərbi  hissələrin  yerləşmə  şəraiti,  operativ  istifadəsi  və  başqa  səbəblərə  görə 
Döyüş Bayrağının saxlanması və mühafizəsi təmin edilə bilməyən bəzi hallarda Silahlı 
Qüvvələr Baş Qərargah rəisinin qərarı ilə bu hərbi hissələr üçün Döyüş Bayrağı sifariş 
edilmir və onlara bayraq verilmir. 
2.  Qvardiya  hissələrinə  dəstəyinə  qumaş  parçadan  yuxarı  bərkidilmiş  və  ucları 
aşağı  sallanan  bantla  bağlanmış  qızılı  qvardiya  lenti  olan  Döyüş  Bayrağı  verilir. 
Qvardiya lentinin təsviri Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təsdiq 
edilir. 
3.  Hər  bir  hərbi  hissədə  müəyyən  edilmiş  nümunədə  ancaq  bir  Döyüş  Bayrağı 
olmalıdır.  Qvardiya  Bayrağı  və  xatirə  bayraqları  hərbi  hissədə  Döyüş  Bayrağının 
yanında  yadigar  kimi  saxlanılır,  onunla  birlikdə  təntənəli  hadisələrə  və  bayramlara 
həsr edilmiş iclaslara çıxarılır. Xüsusi hallarda Silahlı Qüvvələr Baş Qərargah rəisinin 
icazəsi ilə və hərbi hissə ləğv edilərkən, bu bayraqlar Azərbaycan Respublikası Müdafiə 
Nazirliyinin mərkəzi muzeyinə təhvil verilir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin