Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


II. Hərbi hissəyə Döyüş Bayrağı verilməsi qaydası



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə115/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   111   112   113   114   115   116   117   118   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 


II. Hərbi hissəyə Döyüş Bayrağı verilməsi qaydası 
 
4.  Döyüş  Bayrağı  hərbi  hissə  tərtib  edildikdən  sonra  Azərbaycan  Respublikası 
Müdafiə  Nazirliyinin  nümayəndəsi,  Silahlı  Qüvvələr  komandanları,  yaxud  qoşun 
birləşmələri komandirləri tərəfindən ona verilir. 
Döyüş  Bayrağı  verilərkən,  hərbi  hissəyə  Azərbaycan  Respublikası  Prezidentinin 
təqdimatı təqdim edilir. 
5.  Döyüş  Bayrağını  vermək  üçün  hərbi  hissə  Sıra  nizamnaməsində  sıra  baxışı 
üçün müəyyən edilmiş qaydada silahlarla düzülür. 
Döyüş  Bayrağı  döyüş  şəraitində  verildikdə,  hərbi  hissə  döyüş  şəraitindən  asılı 
olaraq düzülür. 
6. Hərbi hissə komandiri Döyüş Bayrağını düzülüş yerinə gətirmək üçün Döyüş 
Bayrağını verməkdən ötrü gəlmiş şəxsin sərəncamına əsasən orden və medallarla təltif 
edilmiş, döyüş hazırlığı əlaçısı olan zabit, gizir və çavuşlardan bayraqdar, iki assistent 
və bayraq taqımı ayırır. 
7. Müəyyən edilmiş vaxtda bayraqdar Döyüş Bayrağını çexoldan çıxarıb, Döyüş 
Bayrağını  verməyə  gəlmiş  şəxsin  arxasınca  onun  üç  addımlığında  hərbi  hissənin 
düzüldüyü  yerə  gedir.  Bu  halda  bayraqdar  Döyüş  Bayrağını  sol  çiynində  Sıra 
nizamnaməsində  göstərilən  vəziyyətdə  tutur,  assistentlər  isə  bayraqdardan  sağda  və 
solda gedirlər. 
Döyüş  Bayrağını  verməyə  gəlmiş  şəxs  sıranın  40-50  addımlığına  çatanda  hərbi 
hissə komandiri komanda verir. 
Məsələn:  «Alay  (briqada),  Bayrağı  qarşılamaq  üçün  —  FARAĞAT,  diqqət  — 
SAĞA  (SOLA,  MƏRKƏZƏ)».  Əgər  alay  (briqada)  karabinlərlə  silahlanmışsa  «Alay 
(briqada),  Bayrağı  qarşılamaq  üçün  FARAĞAT.  Sağdan  (soldan,  mərkəzdən) 
qarşılamaq üçün qarovula — AL» komandası verir. 
Orkestr «Qarşılama marşı» çalır. 
8.  Hərbi  hissə  komandiri  komanda  verib,  əlini  baş  geyiminə  yapışdırıb,  Döyüş 
Bayrağını  vermək  üçün  gəlmiş  şəxsə  yaxınlaşır,  iki-üç  addımlıqda  dayanır  və  raport 
verir. 
Məsələn:  «Yoldaş  general-mayor,  105-ci  Xankəndi  motoatıcı  alayı  (briqadası) 
Döyüş  Bayrağının  verilməsi  münasibətilə  düzülmüşdür.  Alay  (briqada)  komandiri 
polkovnik Mirzəyev». 
Alay  (briqada)  komandirinin  Döyüş  Bayrağını  verməyə  gəlmiş  şəxsə  raport 
vermək  üçün  dayandığı  anda  orkestr  çalmağı  kəsir.  Bayraqdar  Döyüş  Bayrağını  sağ 
ayağının  yanında  şaquli  vəziyyətdə  qoyur  və  ayağının  yanında  sağ  əli  ilə  Sıra 
nizamnaməsinin tələblərinə uyğun saxlayır. 
9.  Döyüş  Bayrağını  verməyə  gəlmiş  şəxs  raportu  qəbul  edib  sıranın  ortasında, 
onun qabağında dayanır, hərbi hissə ilə salamlaşır və sonra bayraqdara yanaşır. Döyüş 
Bayrağını verən şəxs bayraqdara yanaşanda bayraqdar Döyüş Bayrağını əyib, onu iki 
əli  ilə  üfqi  vəziyyətdə  saxlayır.  Döyüş  Bayrağını  verən  şəxs  çexolu  açır  və  Döyüş 


Bayrağını çıxarır. Sonra bayraqdar Döyüş Bayrağını şaquli vəziyyətdə qoyub onu sağ 
əli  ilə  saxlayaraq,  üzü  hərbi  hissə  sırasına  tərəf  dayanır.  Döyüş  Bayrağını  verən  şəxs 
Azərbaycan Respublikası Prezidentinin təqdimatını oxuyur. Sonra Döyüş Bayrağını və 
təqdimatı  hərbi  hissə  komandirinə  təqdim  edir.  Orkestr  Azərbaycan  Respublikasının 
Dövlət Himnini ifa edir. 
10. Hərbi hissə komandiri Döyüş Bayrağını və təqdimatı qəbul edir. Dövlət Himni 
ifa  edilib  qurtardıqdan  sonra  Döyüş  Bayrağını  bayraqdara  verərək  «Bayraqdar, 
ardımca  addımla  —  MARŞ»  komandası  verir.  Bayraqdar  «Addımla»  komandasında 
Döyüş Bayrağını sol çiyninə alır. 
11. Hərbi hissə komandiri, onun ardınca üç addımlıqda bayraqdar Döyüş Bayrağı 
ilə assistentlər sıranın sol cinahına gedirlər, sonra dönüb sıranın önü ilə sıradan 10-15 
addımlıqda  sıranın  sağ  cinahına  gedirlər.  Sağ  cinaha  çatanda  hərbi  hissə  komandiri 
bayraqdarı  assistentlərlə  onlar  üçün  müəyyən  edilmiş  yerdə  saxlayır.  Orkestr  yerişin 
başlanmasından bayraqdarın  sıradakı yerində dayanmasına qədər «Qarşılama  marşı» 
çalır. Hərbi hissə Döyüş Bayrağını sürəkli «URA» nidaları ilə salamlayır. 
Bayraqdar yerində  dayananda  hərbi  hissə  komandiri  orkestrə  dayanmaq  işarəsi 
verir,  sıranın  ortasına  çıxır  və  Döyüş  Bayrağını  vermiş  şəxsin  yanında  dayanır,  onun 
göstərişi  ilə  «Azad»  komandası  verir,  alayın  (briqadanın)  «Qarovula  —  AL» 
vəziyyətində karabinləri olduqda isə əvvəlcə «Alay (briqada), ayağa — AL» komandası 
verir. 
12. Döyüş Bayrağını vermiş şəxs hərbi hissəni Döyüş Bayrağı alması münasibətilə 
təbrik  edir.  Hərbi  hissə  təbrikə  üç  dəfə  təkrar  edilən  sürəkli  «URA»  ilə  cavab  verir. 
Bundan sonra hərbi hissə komandiri cavab sözü ilə çıxış edir. 
13.  Axırda  hərbi  hissə  Döyüş  Bayrağı  vermiş  şəxsin  önündən  təntənəli  marşla 
keçir. Təntənəli marşla keçdikdən sonra hərbi hissə yenidən düzülür və Döyüş Bayrağı 
Sıra nizamnaməsi ilə müəyyən edilmiş qaydada saxlanma yerinə aparılır. 
14.  Döyüş  Bayrağının  alınması  haqqında  hərbi  hissə  üzrə  əmr  verilir,  Döyüş 
Bayrağının saxlanma yeri müəyyən edilir, bayraqdar və assistentlər təyin olunur. 
15.  Döyüş  Bayrağının  sırada  yeri,  onun  çıxarılması  və  qaytarılması  Sıra 
nizamnaməsi,  onun  mühafizəsi  isə  Qarnizon  və  qarovul  xidmətləri  nizamnaməsi  ilə 
müəyyən edilir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin