Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alay (briqada) qərargahı növbətçisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə74/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   70   71   72   73   74   75   76   77   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alay (briqada) qərargahı növbətçisi 
 
270.  Alay  (briqada)  qərargahı  növbətçisi  alay  (briqada)  qərargahının  və 
xidmətlərinin  gizir  və  çavuşlarından  təyin  edilir.  O,  qərargah  otaqlarında  təmizliyə, 
kuryerlərin  yaxşı  xidmət  etməsinə,  daxil  olan  poçtun  vaxtında  qəbul  olunmasına 
cavabdehdir.  Alay  (briqada)  qərargahı  növbətçisi  alay  (briqada)  növbətçisinə,  onun 
köməkçisinə və alay (briqada) qərargahı rəisinə tabedir. 
Növbətçiliyin təhvili və qəbulu haqqında köhnə və yeni növbətçilər alay (briqada) 
qərargahı rəisinə və alay (briqada) növbətçisinə məlumat verirlər. 
271. Alay (briqada) qərargahı növbətçisinin vəzifəsidir: 
işdənkənar vaxt daxil olan poçtu qəbul etmək;  
xidməti telefonoqramları qəbul etmək və vermək;  
kuryerlərə rəhbərlik etmək;  
daim qərargahın binasında olmaq, orada təmizliyə və qayda-qanuna fikir vermək
qərargah binasına kənar şəxsləri alay (briqada) komandirinin müəyyən etdiyi qaydada 
buraxmaq;  
həyəcan  və  ya toplanış  elan  olunduqda,  dərhal  alayın  (briqadanın)  qərargah və 
xidmət zabitlərini, gizirlərini, həmçinin müddətindən artıq xidmət çavuşlarını xəbərdar 
etmək, gecə vaxtı işığın maskalanmasına diqqət yetirmək;  
möhürlənən otaqların açarlarını qəbul etmək və saxlamaq;  
sobaların  qalanması  qaydalarının  yerinə  yetirilməsinə  diqqət  yetirmək,  iş  günü 
qurtaranda  isə  alay  (briqada)  qərargahı  otaqlarını  yağından  mühafizə  məqsədilə 
yoxlamaq;  


yanğın  baş  verdikdə  yanğınsöndürmə  komandasını  çağırmaq,  yanğının 
söndürülməsi  və  qərargahdakı  sənədlərin  və  əmlakın  xilas  edilməsi  üçün  tədbirlər 
görmək,  bu  barədə  dərhal  alay  (briqada)  növbətçisinə  və  qərargah  rəisinə  məlumat 
vermək;  
alay  (briqada)  qərargahı  rəisi,  alay  (briqada)  komandirinin  başqa  müavinləri  və 
onlardan böyük rəislər, həmçinin öz hərbi hissəsindən olmayan generallar, admirallar 
və zabitlər alay (briqada) qərargahına gəldikdə özünü təqdim etmək.  
Məsələn: «Yoldaş mayor. Alay (briqada) qərargahı növbətçisi çavuş Ağayev». 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin