Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) düşərgə qaydasında (çadırlarda) yerləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə82/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   78   79   80   81   82   83   84   85   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) düşərgə qaydasında (çadırlarda) yerləşdirilməsi 
 
320. Alay (briqada) düşərgə qaydasında (çadırlarda) yerləşdirildikdə, düşərgə 15 
saylı əlavədə göstərilən qaydalara uyğun salınır. 
Alayda (briqadada) daxili xidmətin yerinə yetirilməsi üçün 212-214-cü maddələrə 
uyğun  naryad  təyin  edilir.  Sutkalıq  naryadın  dəyişməsi  alay  (briqada)  komandirinin 
müəyyən  etdiyi  vaxtda  alay  (briqada)  düşərgəsinin  ortasında  ön  xətt  qabağında  üzü 
çölə aparılır. 
321.  Bölükdə  gün  növbətçilərinin  üç  növbəsi  təyin  edilir:  növbədə  duran  gün 
növbətçisi  ön  xətdə  çətirin  yanında  dayanır,  ikinci  növbətçi  bölüyün  yerləşdiyi 
hüdudları  mühafizə  edir,  üçüncüsü  isə  istirahət  edir.  Bölüyün  gün  növbətçiləri 


vəzifələrini  260  və  261-ci  maddələrə  uyğun  yerinə  yetirirlər.  Bundan  əlavə,  gün 
növbətçiləri  çadırlarda  olan  hərbi  qulluqçulara  və  qonşu  gün  növbətçilərinə 
sərəncamları səs ilə ötürməli, hərbi qulluqçuların təbii tələbatlarını yerinə yetirməkdən 
ötrü bunun üçün ayrılmış yerə getmələrinə nəzarət etməlidirlər. 
322. Bölüklər səhər baxışını və axşam yoxlanışını keçirmək üçün özlərinin ön və 
yan xətlərində düzülürlər. Pis havada alay (briqada) növbətçisinin sərəncamı ilə axşam 
yoxlanışını çadırlarda aparmağa icazə verilir. 
323.  Axşam  yoxlanışı  alay  (briqada)  növbətçisinin  «Yoxlanışa  başla»  komandası 
(siqnalı) ilə aparılır. 
Axşam yoxlanışından ötrü növbətçilər və gün növbətçiləri xəttə çıxırlar və 328-ci 
maddənin tələblərinə uyğun olaraq dururlar, bölmələr isə bölük başçavuşu tərəfindən 
özlərinin ön, yaxud yan xəttində sıraya düzülürlər. 
324.  «Şəfəq»  üçün  müəyyən  olunmuş  saatda  alay,  briqada  (düşərgə  toplanışı) 
növbətçisi  «Farağat»  komanadsı  verir  və  «Şəfəq»  çalmağı  əmr  edir.  Orkestr  (siqnalçı) 
«Şəfəq» çalır. Ümumalay, ümumbriqada (ümumdüşərgə) axşam yoxlanışı aparıldıqda 
«Şəfəq» çalınıb qurtardıqdan sonra orkestr Azərbaycan Respublikasının Dövlət himnini 
ifa edir, şəxsi heyət isə himni oxuyur, bundan sonra alay, briqada (düşərgə toplanışı) 
növbətçisi «Azad», «Çadırlara» komandaları verir. Orkestr marş çalır. 
Müəyyən  olunmuş  saatda  «Yat»  siqnalı  verilir.  Yoxlamadan  sonra  bölük 
növbətçiləri raport vermək üçün alay (briqada) növbətçisinin yanına gəlirlər. 
325. Bürkülü havada gündüzlər və gecələr alay (briqada) növbətçisinin sərəncamı 
ilə  gün  növbətçiləri  çadırların  ətəklərini  qaldırırlar.  Quru  havada  düşərgə  xətlərinə, 
yollara və çadırlararası cığırlara su səpilir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin