Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə83/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   79   80   81   82   83   84   85   86   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Növbətçilərin xəttə çağırılması 
 
326. Aşağıdakı şəxslər düşərgəyə gəldikdə, xüsusi sərəncam olmadan növbətçilər 
xəttə çağırılırlar: 
Azərbaycan  Respublikasının  Prezidenti,  Azərbaycan  Respublikası  Milli 
Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının 
müdafiə naziri və onun müavinləri;  
hərbi  hissə  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  yerləşdikdə  respublika 
Milli Məclisinin sədri və Baş naziri;  
Azərbaycan  Respublikasının  generalları,  admiralları  və  alay  (briqada) 
komandirindən  yüksək  vəzifəli  birbaşa  komandirlər,  eləcə  də  təftiş  (yoxlama) 
aparmağa rəhbərlik üçün təyin edilmiş şəxslər.  
327. Növbətçilər xəttə, həmçinin «Çağırış» siqnalı və alay (briqada) növbətçisinin 
sərəncamı ilə çağırılırlar. 
Növbətçilər  xəttə  xətdəki  gün  növbətçiləri  vasitəsi  ilə  «Növbətçilər  xəttə»  və 
yaxud «1-ci bölüyün növbətçisi, xəttə» komandası ilə çağırılırlar. 


«Yat»  siqnalından  «Qalx»  siqnalına  qədər  növbətçilərin  xəttə  çağırılması  üçün 
komanda verilmir. 
328. Növbətçiləri xəttə çağırdıqda, onlar üzləri çölə tərəf öz yerlərində aşağıdakı 
qaydada dururlar: 
bölük növbətçiləri (sol cinahdakından başqa) — öz bölüklərinin sağ cinahlarında 
növbədə duran gün növbətçisindən bir addım qabaqda, taborun sol cinah bölüyünün 
növbətçisi isə sol cinahda;  
alay (briqada) növbətçisi — bayraq dayağının önündə, ondan üç addım qabaqda, 
onun köməkçisi isə növbətçidən bir addım arxada;  
növbətçi  siqnalçı  —  alay  (briqada)  növbətçisi  köməkçisinin  arxasında  bölük 
növbətçiləri ilə bir xətdə.  
329.  326-cı  maddədə  göstərilən  şəxslər  düşərgəyə  gəldikdə,  alay  (briqada) 
növbətçisi  qarşılamaq  üçün  alayın  (briqadanın)  onların  gəlməsi  gözlənilən  cinahına 
çıxır, göstərilən şəxslər gəldikdə raport verir və onları müşayiət edir. 
Gələn  komandiri  (rəisi)  alay  (briqada)  komandiri  qarşılayıb  ona  raport  verdiyi 
hallarda, alay (briqada) növbətçisi ancaq özünü təqdim edir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin