hərbi eşelonda yol getdiyi dövrdə şəxsi heyətlə ictimai-siyasi işi yüksək döyüş
hazırlığının, hərbi intizamın saxlanmasına, şəxsi heyətin mütəşəkkilliyinə, onun
ictimai-siyasi və mənəvi vəziyyətinin möhkəmlənməsinə, daşınma zamanı davranış
qaydalarına və təhlükəsizlik tədbirlərinə riayət edilməsinə yönəldərək təşkil etmək və
keçirmək;
şəxsi heyətlə yüksək sayıqlıq, daşınma haqqında məlumatları məxfi saxlamaq,
sənədləri, silahları, döyüş texnikasını və digər texnikanı, nəqliyyat əmlakını qoruyub
saxlamaq ruhunda iş aparmaq;
hərəkət marşrutlarında olan təşviqat məntəqələrindən fəal surətdə istifadə
edərək, şəxsi heyətin ictimai-siyasi informasiyasını, onun yolda dövri mətbuatla və
mədəni-maarif əmlakı ilə təmin edilməsini təşkil etmək;
hərbi eşelonda fəalların seçilib yerləşdirilməsinə şəxsən rəhbərlik etmək, onlara
şəxsi heyətlə ictimai-siyasi işin məzmunu, formaları və metodları haqqında sistematik
surətdə təlimat vermək;
şəxsi heyətin qidalanmasına, maddi-məişət təminatına, onun ehtiyac və
xahişlərinin yerinə yetirilməsinə qayğı göstərmək;
bədbəxt hadisələr, təbii fəlakətlər nəticəsində, yaxud düşmən tərəfindən dəmiryol
hərəkəti pozulduqda, şəxsi heyəti onun bərpası işlərinə səfərbər etmək;
şəxsi heyətin ictimai-siyasi və mənəvi vəziyyəti haqqında hərbi eşelon rəisinə
vaxtında məlumat vermək.
Dostları ilə paylaş: