Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə78/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   74   75   76   77   78   79   80   81   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Parkın gün növbətçisi 
 
304. Parkın gün növbətçisi əsgərlərdən və ya çavuşlardan təyin edilir. O, parkda 
müəyyən  olunmuş  qayda-qanuna  riayət  edilməsinə,  maşınların  parkdan  və  parka 
buraxılmasının  düzgünlüyünə  cavabdehdir.  Parkın  gün  növbətçisi  park  növbətçisinə 
tabedir. 
305. Parkın növbədə duran gün növbətçisinin vəzifəsidir: 
hərbi  qulluqçuları  parka,  həmçinin  maşınları  və  başqa  texnikanı  parkdan  və 
parka ancaq park növbətçisinin icazəsi ilə buraxmaq;  
parkda təmizliyə və qayda-qanuna diqqət yetirmək;  
xüsusi  ayrılmış  və  hazırlanmış  yerlər  istisna  olmaqla  park  otaqlarında  və 
ərazisində papiros çəkilməsinə və od qalanmasına yol verməmək;  
maşınların ancaq park növbətçisinin icazəsi ilə dayanacaq yerlərinə qoyulmasına 
diqqət yetirmək;  
soyuq  vaxtlarda  parkın  qızdırılan  otaqlarının  havasının  temperaturuna  diqqət 
yetirmək; parkın qızdırılmayan otaqlarında və çöl parklarında mühərriklərin soyuducu 
sistemlərindən  suyun  buraxılmasını  və  «Suyu  buraxıb»  yazısı  olan  lövhələrin 
asılmasını  yoxlamaq;  bərk  şaxtada  maşınlardan  akkumulyator  batareyalarının 
çıxarılmasını və «Akkumulyator batareyası çıxarılıb», yazısı olan lövhələrin asılmasını 
yoxlamaq;  
yanğın baş verdikdə,  dərhal onun söndürülməsindən ötrü tədbir  görmək və bu 
barədə park növbətçisinə məlumat vermək;  
parkda  baş  verən  bütün  qayda-qanun  pozuntuları  barəsində  dərhal  park 
növbətçisinə məlumat vermək.  
306.  Növbədə  durmayan  gün  növbətçisi  parkda  işləyən  zaman  parkın  daxili 
qayda-qanununu və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə diqqət yetirir. 
Park nöbətçisinin icazəsi olmadan onun heç yerə getməyə ixtiyarı yoxdur. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin