Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Vaqonun (gəmidə yaşayış otağının, hava gəmisi kabinəsinin) gün növbətçisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə92/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   88   89   90   91   92   93   94   95   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

Vaqonun (gəmidə yaşayış otağının, hava gəmisi kabinəsinin) gün növbətçisi 
 
353.  Vaqonun  (gəmidə  yaşayış  otağının,  hava  gəmisi  kabinəsinin)  gün 
növbətçiləri  bölük  növbətçisinə,  vaqon  (gəmidə  yaşayış  otağı)  böyüyünə,  onlar 
olmayan yerdə isə hərbi komandanın rəisinə tabedirlər. 
354. Vaqonun (gəmidə yaşayış otağının, hava gəmisi kabinəsinin) gün növbətçisi 
260-261-ci maddələrdə nəzərdə tutulmuş vəzifələri yerinə yetirir. Bunlardan əlavə gün 
növbətçisinin vəzifəsidir: 
şəxsi  heyət  adam  daşınan  vaqona  minməzdən  və  düşməzdən  qabaq  vaqon 
qapısının  qoruyucu  taxtasını  götürmək  və  asma  (siyirtmə)  pilləkan  qoymaq,  minmə, 
yaxud  düşmə  qurtardıqdan  sonra  isə  asma  (siyirtmə)  pilləkanı  götürmək  və  qapının 
qoruyucu taxtasını yerinə qoymaq;  
şəxsi heyət vaqonlara (gəmiyə) mindikdən sonra onların sayını yoxlayıb vaqonun 
(gəmidə  yaşayış  otağının)  böyüyünə,  yaxud  hərbi  komandanın  rəisinə  məlumat 
vermək;  
müəyyən edilmiş komanda, yaxud siqnal verilməmiş və forma üzrə geyinməmiş 
şəxsi heyətin vaqondan (gəmidə yaşayış otağından) çıxmasına icazə verməmək;  
sobaların  qalanmasına  və  yanğın  təhlükəsizliyi  qaydalarına  riayət  edilməsinə, 
həmçinin  vedrə  və  baklarda  suyun  olmasına  diqqət  yetirmək;  düşməzdən  qabaq 
sobaların qalanmasını dayandırmaq və onlardakı odu söndürmək;  
vaqonu (gəmidə yaşayış otağını, hava gəmisi kabinəsini) yığışdırmaq;  
avadanlığın və inventarın qorunub saxlanmasına diqqət yetirmək;  
hərbi  eşelon  (komanda)  rəisinin  və  hərbi  eşelon  növbətçisinin  siqnal  və 
komandalarına diqqət yetirmək;  


vaqondan  başını  çıxarmağa,  qapının  qoruyucu  taxtasına  söykənməyə  və  onun 
bayır tərəfində durmağa, qapı yerində oturmağa və durmağa icazə verməmək;  
vaqonda  yalnız  hərbi  eşelon  rəisinin  göstərdiyi  qapıların  açılmasına  diqqət 
yetirmək;  
vaqondan  (gəmidə  yaşayış  otağından)  zibilin,  yemək  qalığının  və  s.  müəyyən 
edilməmiş yerlərdə tullanmasına yol verməmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin