Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə95/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   91   92   93   94   95   96   97   98   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Hamam — camaşırxana xidməti 
 
364.  Əsgərlər  və  çavuşlar  həftədə  bir  dəfə  hamamda  çimməli,  aşpazlar  və 
çörəkbişirənlər  isə  bundan  əlavə  hər  gün  duş  qəbul  etməlidirlər.  Sürücü-mexaniklər 
(sürücülər), döyüş texnikasının və digər texnikanın istismarı və ona xidmət edilməsi ilə 
məşğul olan başqa əsgər və çavuşlar isə zərurət olduqda, duş qəbul edirlər. 
Hərbi  qulluqçular  duş  qəbul  etdikdə  sabun,  dəsmal  və  dezinfeksiya  edilmiş 
hamam lifi ilə təmin edilirlər. 
Hamamda çimmə vaxtı əvvəlcədən müəyyən olunur. 
365.  Bölük  hamama  bölük  başçavuşunun  komandası  altında  gedir.  Naryadda 
olan  hər  hansı  səbəbə  görə  yerində  olmayan  şəxslər,  həmçinin  ezamiyyətdən  və 
məzuniyyətdən qayıdan şəxslər bölük başçavuşu tərəfindən hamama başqa bir vaxtda 
çavuşlardan təyin edilən böyüyün komandası altında göndərilirlər. 
Həbsdə olanlar hamama ayrılıqda və bunun üçün ayrılmış xüsusi vaxtda gedirlər. 
Hamamda  qayda-qanuna  riayət  edilməsinə  nəzarət  üçün  çavuşlardan  hamam 
üzrə növbətçi təyin edilir. Əsgər və çavuşlarda dəri xəstəliklərini aşkar etmək, onları 
yoxlamaq  və  onların  şəxsi  gigiyena  qaydalarını  yerinə  yetirmələrinə  nəzarət  etmək, 
həmçinin  şəxsi  heyət  hamamda  çimərkən  onlara  tibbi  yardım  göstərmək  məqsədilə 
növbətçi feldşer (sanitar təlimatçı) təyin edilir. 
366.  Hər  çimən  növbədən  sonra  hamam  otaqlarının  yığışdırılması  və 
dezinfeksiyası üçün hamam növbətçisinin sərəncamına lazımi miqdarda əsgər ayrılır. 
367.  Dəyişəyin  yuyulma  qaydası  alay  (briqada)  komandirinin  arxa  xidmət  üzrə 
müavini tərəfindən müəyyənləşdirilir. 
Alt  və  yataq  dəyişəyi,  dəsmallar,  ayaq  dolaqları  və  corablar  həftədə  bir  dəfə 
hamam  günü,  aşpazların  və  xörəkbişirənlərin  alt  dəyişəyi  isə  həftədə  azı  iki  dəfə 
dəyişdirilir.  Şəxsi  heyətə  təmiz  alt  dəyişəyi,  dəsmallar  və  ayaq  dolaqları  bilavasitə 
hamamda verilir, çirkliləri isə onlardan təhvil alınır. 
Zəruri  hallarda  alt  dəyişəyi,  dəsmallar,  ayaq  dolaqları  və  corablar  daha  tez-tez 
dəyişdirilir. 
368.  Hərbi  geyimin,  alt  dəyişəyinin  və  yataq  ləvazimatının  xüsusi  təmizlənməsi 
alay (briqada) komandirinin ayrıca sərəncamı ilə aparılır. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin